Gürcü süsəni
Gürcü süsəni (lat. Iris iberica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.
Gürcü süsəni | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Iridoideae Triba: Irideae Cins: Növ: Gürcü süsəni |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Qısa morfoloji təsviri
Çoxillik ot bitkisidir. Kökümsovu nazik, sürünəndir, gövdə 4—20 sm (30) hündürlükdə, bir iri təpə çiçəyindən ibarətdir. Yarpaqları boz-göyümtül, dar-xətvari, bəzən oraqvari əyilmişdir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli, sivridir. Çiçəkyanlığının borucuğu uzun, silindrikdir. Çiçəkyanlığının xarici tərəfi 6-7 sm uzunluğunda, ağımtıl-sarı və tünd-qara ləkə və orta hissədə dırnaqcıqda tünd-qara tükcüklər var. Çiçəkyanlığının daxili hissəsi yuxarıya doğru durandır, ağımtıl, ağ və ya mavidir. Sütuncuğun tərəfi bükülmüş, əsas tünd-boz, nisbətən parlaq, tozcuq ağdır. Qutucuq uzadılmış ellipsvari, 3 tilli, sivridir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
Çiçəkləmə dövrü aprle ayına, meyvə əmələgətirmə may ayına təsadüf edir. Kökümsov və toxum vasitəsilə çoxalır. Aşağı dağ qurşağında daşlı, gilli və çınqıllı yamaclarda yayılmışdır. Mezokserofitdir.
Yayılması
Naxçıvanın Sədərək kəndi ətrafında. Azerbaycandan kənarda Ermənistan, İran, Gürcüstanda yayılmışdır. Aşağı və orta dağlıq qurşaqlarının quru, daşlı, cınqıllı yamaclarında bitir. Nəzərə çarpacaq dərəcədə azalmaqdadır. Bozqır yaylasında və Kür düzənliyində.
Sayı və tendensiyası
Populyasiyalarının sayı azalır. Otarılma və tapdalanma nəticəsində yaşama ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur.
Məhdudlaşdırıcı amillər
Antropogen amillər (növün yığılması, otarılma).
Mühafizə tədbirləri
Mühafizə tədbirləri yoxdur. Yasaqlıqların yaradılması vacibdir.
Çoxalması
Toxumla və vegetativ yolla çoxalır.Çiçəkləyən bitkilərin toplanması, kök yumruların gəmirəcilər tərəfindən yeyilməsi bitkinin azalmasına səbəb olmuşdur. Azərbaycan Botanika İnstitutunun Botanika bağında becərilir. Xüsusi mühafizə tədbirlər hazırlanmamışdır.