Insomniac Games

Insomniac Games, Inc. (əvvəllər Xtreme Software) — ABŞ videooyun istehsalı şirkəti. Şirkət 1994-cü ildə Ted Prays tərəfindən "Xtreme Software" adı altında təsis edilmişdir və növbəti ilə adını dəyişmişdir. Şirkət ən çox Əjdaha Spayro, RetçetKlenk kimi erkən PlayStation talismanların müəllifi, eləcə də "Resistance" franşizasının, 2014-cü ildə satışa çıxarılan "Sunset Overdrive" və 2018-ci ildə satışa çıxarılan "Spider-Man" videooyununun istehsalçısı olmaqla tanınır.

Insomniac Games
Loqonun şəkli
2017-ci ildən bəri istifadə edilən "Insomniac Games" loqosu.
Ümumi məlumatlar
Tipi filial
Sənaye videooyun sənayesi[d]
Məhsulları
  • "Spyro" seriyası (1998–2000)
  • "Ratchet & Clank" seriyası (2002–h.h.)
  • "Resistance" seriyası (2006–2011)
  • Sunset Overdrive (2014)
  • Spider-Man (2018)
Təsis tarixi 28 fevral 1994) (1994-02-28)
Əvvəlki adı Xtreme Software, Inc. (1994–1995)
Baş qərargahın yeri
Struktur
İşçi sayı
  • 520 nəf. (24 aprel 2023)[1]
Bölmələr Insomniac North Carolina[2]
Rəhbərlik
Təsisçi
insomniac.games
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şirkətin ilk layihəsi ilk PlayStation konsolu üçün hazırlanan "Disruptor" videooyunu idi. Bu oyunun pis satmasına görə şirkət müflisləşməyə çox yaxın idi. "Insomniac Games" şirkətinin növbəti layihəsi "Spyro the Dragon" idi. Oyunun əldə etdiyi müvəffəqiyyət iki il ərzində daha iki sikvelin satışa çıxarılmasına gətirib çıxarmışdır. a successful video game that spawned two sequels within two years. "Insomniac Games" şirkəti "Sony Computer Entertainment" ilə yaxından əməkdaşlıq edirdi və korporasiya üçün iki oyun franşizası yaratmışdır "Ratchet & Clank" və "Resistance". Bu iki franşiza şirkət üçün həm tənqidi, həm də ki maddi uğur olmuşdu. .irkət 2013-cü ildə ilk çoxplatformaları videooyunu olan "Fuse" videooyununu satışa çıxarmışdır, lakin bu oyun şirkətin ən pis qarşılanan oyununa çevrilmişdir.

"Insomniac Games" 2014-cü ildən bəri öz oyunlar portfelini genişləndirmək üzrə fəaldır. Şirkət 2014-cü ildə "Microsoft Studios" ilə "Sunset Overdrive" üzərində işləmiş, "GameTrust" ilə "Song of the Deep" üzərində partnyorluq etmiş, bir neçə mobil oyun və virtual reallıq layihəsi yaratmış, eləcə də ilk "Ratchet & Clank" videooyununun remeykini buraxmışdır. Şirkət ilk lisenziyalı epizodu olan "Marvel's Spider-Man" videooyununu PlayStation 4 konsolu üçün 2018-ci ildə satışa çıxarmışdır.

"Sony" şirkətinin daimi əməkdaşı olmağına baxmayaraq və əvvəlki baş qərargahının "Naughty Dog" studiyasının baş qərargahı ilə eyni binada olmasına baxmayaraq, "Insomniac Games" heç vaxt "SIE Worldwide Studios" qrupunun bir üzvü olmamışdır. "Insomniac Games" illər boyunca tənqidçilərdən diqqətə layiq təqdir almışdır. Şirkət "IGN" tərəfindən ən yaxşı iyirminci videooyun istehsalçısı adlandırılmışdır.

İstinadlar

  1. Вайс А. Создающая игры про Человека-паука Insomniac Games выросла до 520 сотрудников (rus.). // Игромания 2023. ISSN 1560-2583
  2. Makuç, Eddi. "Spider-Man, Ratchet & Clank Dev Insomniac Games Reveals New Logo". gamespot.com. GameSpot. September 20, 2017. 20 sentyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 3, 2018.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.