Illdisposed
Illdisposed — 1991-ci ildə vokalist Bo Summer tərəfindən Danimarkanın Aarhus şəhərində yaranmış death metal qrupudur. 2011-ci ildən etibarən qrup, vokalist Bo Summer, gitarist Jakob "Batten" Hansen, bas gitarist Jonas "Kloge" Mikkelsen və barabanda Thomas "Muskelbux" Jensen ilə yoluna davam edir.
Illdisposed | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub | brutal det-metal |
Fəaliyyət illəri | 1991—h.h. |
Ölkə | Danimarka |
Şəhər | Orxus |
Leybl |
AFM Roadrunner |
Heyət |
Bo Summer Jakob "Batten" Hansen Thomas "Muskelbux" Jensen Jonas "Kloge" Mikkelsen Ken Holst |
Keçmiş üzvlər |
Michael Enevoldsen Morten Gilsted Ronnie R. Bak Hans Wagner Lars Hald |
www.illdisposed.dk | |
Vikianbarda əlaqəli mediafayllar |
Yarandığı ildən bəri qrup, səkkiz studiya albomu, iki yığma (toplu) albom, iki EP və bir ədəd DVD yayımlamışdır.
Qrup haqqında
Four Depressive Seasons, Submit and There's Something Rotten… (1992–1997)
Qrup 1991-ci ildə yarandıqdan dərhal sonra "The Winter of Our Discontempt" adlı ilk demosunu yayımladı. Bu demo albom qrupun Nuclear Blast şirkəti müqavilə imzalamasına fürsət yaratdı. 1993-cü ildə "Four Depressive Seasons" adlı ilk studiya albomunu çıxardan qrup, 1993-cü ilin dekabr ayında Wargasm və Sinister qruplarını dəstəkləmək üçün Avropa turuna çıxdı. 1994-cü ildə barabançalan Michael Enevoldsen qrupu tərk edib Angel Accelerator Death adlı qrupa qoşuldu. Gitarist Morten Gilsted alkoqol ilə problem yaşadığı üçün müvəqqəti olaraq qrupdakı yerini Hans Wagnerə verdi. 1995-ci ilin əvvəllərində barabançalan Lars Hald qrupun bir neçə konsertində iştirak etdi. İkinci studiya albomu olan "Submit" yeni barabançalan Rolf Rognvard-Hansen ilə hazırlandı. Almaniya turu zamanı yeni albomu tanıtmaq məqsədilə gitarist Lasse Bak bir neçə açıq hava konsertləri verdi. 1997-ci ildə qrupun üçüncü albomu olan "There's Something Rotten... In the State of Denmark" yayımlandı. Bu albom gitarist Morten Gilsted qrupdan ayrıldıqdan sonra yayımlandı.
Retro və Kokaiinum (1998–2002)
2000-ci ildə qrup, Carcass, Autopsy, Darkthrone, Venom, Motorhead və AC/DC kimi məşhur qrupların mahınlarının cover'larının yer aldığı "Retro" adlı albom yayımladı. Bu, 1999-cu ildə qrupa qoşulan yeni gitarist Jakob Hansen ilə olan ilk iş idi. Bu, 2001-ci ildə qrupun dördüncü albomu olan "Kokaiinum" yayımlanana qədər davam etdi. Bu albom qrupun öz bəstələrindən ibarət idi. Albomda "Fear Bill Gates" kimi yumoristik mahnı da yer alırdı. Kokaiinum albomu bəzilərinə görə melodik elementlər daşısa da, qrup üçün tanınan groove/death metal tərzini qoruyurdu.
1-800 Vindication və To Those Who Walk Behind Us (2003-2009)
Qrup, Bo Summer'in alkoqolizmə qarşı müalicəsi üçün qısa bir müddət fəaliyyətinə ara verdi. 2003-cü ildə onlar "Demo 2003" adlı EP albom hazırlayaraq birlikdə geri qayıtdılar. Albomdakı "Jeff" və "Dark" mahnıları qrupun artıq çıxmaqda olan "1-800 Vindication" adlı albomunda da yer alırdı. Bu ərəfədə qrupa yeni üzvlər qatıldı. Thomas "Muskelbux" Jensen barabançı olaraq, Jonas "Kloge" Mikkelsen isə bas gitarist olaraq qrupa qoşuldu. Tore Mogensen qrupdan yaxşı bir şəkildə ayrıldı və bu müddət ərzində Jakob Hansen artıq qrupun bas gitaristi yox əsas gitaristi oldu. 2004-cü ildə "1-800 Vindication" albomu yayımlandı. Bu, Roadrunner səsyazma şirkəti ilə yayımlanan ən uğurlu albom idi.
2006-cı ildə yayımlanan "Burn Me Wicked" albomunun demək olar hamısı Jakob Hansen tərəfindən yazılmışdı. Roadrunner şirkətindən çıxan bu iki albom bu zamana qədər qrupun ən uğurlu albomları hesab edilirdi. Albomların hər biri 30.000 satdı. Geniş miqyaslı bir turdan sonra qrup yeddinci albomlarını hazırlamaq üçün yenidən studiyaya qayıtdı. 2008-ci ildə qrupun yeddini albomu "The Prestige" yayımlandı. Səsyazma başlamazdan əvvəl Martin Thim, gündəlik işlərinə daha çox diqqət ayırmaq üçün qrupdan ayrıldı və yerini eks-Volbeat gitaristi olan Franz "Hellboss" Gottschalk'a verdi. Qrupun bu vaxta qədər ən uğurlu çıxışı isə Almaniyada keçirilən With Full Force adlı metal festivalında oldu. Burada qrup, "The Prestige" albomunu 70.000 nəfərin qabağında səsləndirdi. Bu canlı performansda səsləndirilən "A Child Is Missing" mahnısı qrupun veb saytında yer aldı.
Roadrunner şirkəti ilə bağlanmış müqavilənin ləğv olunmasından bir il sonra qrup Massacre şirkəti ilə müqavilə bağladı. 2009-cu ildə Roadrunner şirkəti ilə yayımladıqları "To Those Who Walk Behind Us" adlı albom, Illdisposed'in Roadrunner'dən olan albomları qədər uğurlu oldu. Albomun prodüserliyini qrupun gitaristi Jakob Hansen etdi.