Kolxida şümşəsi
Kolxida şümşəsi (lat. Ilex colchica) — aquifoliaceae fəsiləsinin ilex cinsinə aid bitki növü.
Kolxida şümşəsi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Campanulids Dəstə: Aquifoliales Fəsilə: Cins: ???: Kolxida şümşəsi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Təbii yayılması
Cənubi Qafqazda və Kiçik Asiyada,Balkanda qarışıq meşələrdə bitir.
Botaniki təsviri
Hündürlüyü 2,5 m-ə qədər olan,sürünən gövdəli,sallaq budaqlı ağac və ya həmişəyaşıl koldur.Yarpaqları ellipsvari,uzunluğu 5-10 sm,dərili,cod kənarları dişli,üst tərəfi tünd-yaşıl rəngli,aşağı tərəfi açıq-yaşıldır.Yarpaqların qoltuqlarında yerləşmiş hamaşçiçəyi çətirşəkilli salxımlarda toplanmışdırErkək çiçəkləri üç çiçəkləri,dişi çiçəkləri isə bir çiçəkdən ibarətdir.Kasacığı yarıya qədər bitişik,4 ədəd enli,ucu biz və üçkünc hissəlidir.Çiçək tacı ağımtıldır.ləçəkləri erkək çiçəklərdə uzunsov-yumurtavari,dişi çiçəklərdə isə enli-yumurtavaridir.meyvəsi 8–10 mm uzunluğunda,7–10 mm enində,qırmızı rəngli olub,dörd çəyirdəklidir.Çəyirdəyi üç hissəli,kənarlardan sıxılmış,uzunsov,enli çıxıntılıdır.yetişmiş meyvələri bütün qışı budaqların üzərində olur.Toxum və qələmlərlə çoxaldılır.
Ekologiyası
Torpağa tələbkardır,kölgəli sahələrdə normal böyüyüb,inkişaf edir.
Azərbaycanda yayılması
Abşeronda,Lənkəranda,Gəncədə bağ və parklarda mədəni şəraitdə becərilir.
İstifadəsi
Qışda giləmeyvələri çox dekorativ görünür.Canlı çəpərlərin salınmasında,qazonlarda,mərkəzi alleyalarda tək və ya qrup əkinlərində istifadə məqsədyönlüdür.