İbn İshaq
Əbu Abdullah Məhəmməd ibn İshaq hicri-qəməri tarixi ilə 85-ci ildə Mədinə şəhərində dünyaya göz açmış,
İbn İshaq | |
---|---|
Doğum tarixi | 704[1] |
Doğum yeri | |
Vəfat tarixi | 767[1][2][…] və ya 768[3] |
Vəfat yeri | |
Elm sahələri | Siyər, islam tarixi |
Vikianbarda əlaqəli mediafayllar |
hicri-qəməri 150 və ya 153-cü ildə Bağdad şəhərində vəfat etmişdir. "Xizran" məzarlığında dəfn edilmişdir.
Özünün "Əs-Sirətun-Nəbəviyyə" adlı kitabı ilə məşhurdur.[4]
Həyatı və Təhsili
Uşaqlıq illərini və gənclik dövrünün bir hissəsini Mədinədə keçirən Məhəmməd ibn İshaq hicri-qəməri 115-ci ildə İskəndəriyyə şəhərinə getmişdir.İskəndəriyyənin və Misirin hədis və tarix ustadlarından, o cümlədən, Ubeydullah ibn Muğeyrə, Yezid ibn Həbib, Ubeydullah ibn Əbu Cəfər, Qasim ibn Qəzman və başqa böyük ustadlardan dərs almış, sonra Kufə, Cəzirə, Rey, Hirə, Bağdada səfər etmişdir.
Xəlifə Mənsur Abbasi ilə görüşü
Bağdada səfər edərkən dövrün xəlifəsi Mənsur Abbasinin görüşünə getmiş və bu görüş onun Bağdadda qalmasına, habelə bir qrup tarixçinin dediyinə görə onun məşhur kitabı olan "Əs-Sirətun-Nəbəviyyə" əsərinin yazılmasına səbəb olmuşdur.Tarixçilər yazırlar ki, bu görüşdə Mənsur Abbasi, Məhəmməd ibn İshaqın tarixi məlumatlarına heyran qalır və ona tarix kitabı yazmağı əmr edir.
Məhəmməd ibn İshaq Mənsurun əmrini yerinə yetirib müfəssəl bir tarix kitabı yazır və onun sarayına gətirir.Lakin Mənsur kitabın çox geniş olduğun söyləyib müxtəsər hala salmasını tapşırır. İbn İshaq kitabı müxtəsər halda yazdıqdan sonra kitab Xəlifə Mənsur tərəfindən onun öz oğlu Mehdiyə verilir.[5]
Biblioqrafiya müəllifi İbn ən-Nədim öz əsərində Məhəmməd ibn İshaq’ın bu əsərini "Kitâbu’s-Sîrə və’l-mübtədəʾ və’l-məġāzî" adıyla qeyd etmişdir.[6]
Tənqidlər
"Əs-sirətun-Nəbəviyyə" kitabı qələmə alındığı vaxtdan indiyədək bir çox tarixçilər ve və hədis ravilərinin diqqətini özünə cəlb etmişdir.Onu tərifləyənlərlə birlikdə, tənqid edənlər də mövcud olmuşdur.Tənqidçilər müəllifi şəcərənaməni yanlış yazmaqda, etibarsız ravilərdən rəvayət nəql etməkdə, hadisələri saxtalaşdırmaqda və.s işlərdə ittiham etmişlər.
Məhəmməd ibn İshaq tarixi hadisələri nəql edərkən məzhəb təəssübkeşliyindən uzaq duraraq bitərəf mövqe tutduğuna görə əhli-sünnənin "rical elmi" sahəsindəki bəzi alimləri onu şiəlikdə ittiham etmiş, onun şiə olduğunu söyləmişlər.[7]
Məhəmməd ibn İshaqdan sonra Əbdul-Məlik ibn Hişam onu indiki tərtibatda qələmə almışdır.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Ibn Ishaq // Encyclopædia Britannica (ing.).
- G. W. T. Ibn Isḥāq (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 14. P. 222.
- Seyid Haşim Rəsuli Məhəllatinin qələmi ilə, İbn Hişam "Əs-Sirətun-Nəbəviyyə", cild 1,səh.3
- Seyid Haşim Rəsuli Məhəllatinin qələmi ilə, İbn Hişam "Əs-Sirətun-Nəbəviyyə", cild 1,səh.4
- İbn ən Nədim, əl-Fihrist, səh.142
- Seyid Haşim Rəsuli Məhəllatinin qələmi ilə, İbn Hişam "Əs-Sirətun-Nəbəviyyə", cild 1,səh.5