I Viktoriya
I Viktoriya (24 may 1819[1][2][…], Kensinqton, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[3][4][…] – 22 yanvar 1901[1][2][…]) — 1837–1901-ci illərdə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallıqının Kraliçası, 1876–1901-ci illərdə isə Hindistanın imperatriçası olmuşdur. XIX əsrdə 63 illik hökmranlıq ilə Böyük Britaniyanın II Elizabetdən sonra ən çox hökmranlıq edən hökmdarıdır.
I Viktoriya | |
---|---|
ing. Alexandrina Victoria | |
Şəxsi məlumatlar | |
Doğum adı | Princess Alexandrina Victoria of Kent |
Doğum tarixi | 24 may 1819[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 22 yanvar 1901[1][2][…] (81 yaşında) |
Vəfat səbəbi | beyin qansızması[d] |
Həyat yoldaşı |
|
Uşaqları | |
|
|
Təltifləri | |
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Atası Stratham və Kent qrafı Kral VIII Georg, anası Viktoriya isə Sakse-Koburq-Salfeld şahzadəsidir (Belçıka kralı Leopoldun bacısı). Viktoriya cütlüyün tək uşağı idi, 1819-cu ilin, may ayının 24-də Londonda, Kensington sarayında anadan olmuşdur. 24 iyunda Kantenburi baş yepiskopu Karl Manners-Sutan tərəfindən Kensington sarayında baptist edilmişdir. Onunla birlikdə Şahzadə Regent, Prusiya kralı Aleksandr, Vürtenburq kraliçası Charlettovo Saxe-Koburq-Saafeld də baptist edilmişdir. Alexsandirina olaraq baptist edilməsinə baxmayaraq ailə içində Drina olaraq çağırılırdı. Atası onun anadan olmasından səkkiz ay sonra vəfat etdi, babası III Georg ondan 6 gün sonra vəfat etdi, Şahzadə Viktoriyanın əmisi, Gal şahzadəsi Kral IV Georg taxt-taca sahib oldu.
Şahzadə Viktoriya 11 yaşında olduğu zaman, Kral IV Georg özündən sonra varis buraxmayaraq öldü, taxt-taca IV Georgun kiçik qardaşı IV Vilyam gəldi. Onun məşuqu Doratidən nikahdan kənar 10 uşağının olmasına baxmayaraq, onun varis seçilə biləcək övladı yox idi. Nəticədə Viktoriya varis təyin olunur. Viktoriya 1836-cı ildə gələcək həyat yoldaşı Kral IV Vilyam ilə tanış oldu. 1839-cu ildə onlar ikinçi dəfə görüşdülər, Viktoriya bunu öz gündəliyində belə qeyd edir: Əziz Albert…O, çox duyqulu…çox kübar…və çox yaxşı…və çox da dostca. O, ən sevimli və xoş tərəflərə və görünüşə sahibdir. Albert Saksee-Koburq və Qota Viktoriyanın dayısı oğlu idi. Şahzadə Viktoriyaya Almanca, ingiliscə, İtalyanca, Fransızca danışa bilirdi. Gənc yaşlarından musiqi təhsili almışdır. Tarixi çox sevirdi və tarix fənnini yaxşı bilirdi. Müəllimləri Georg Davys və Baroner Luis Lehzen idi.
Hakimiyyətə gəlişi və hakimiyyətinin ilkin dövrü
1837-ci ilin iyun ayının 20-də Kral IV Vilyam ürək çatışmazlığından vəfat etdi. Şahzadə Viktoriya, gecə saatlarında anası tərəfindən oyandırılır, bu hadisələri öz gündəliyində belə qeyd edir: saat 6-da anam tərəfindən oyandırıldım, anam mənə Kanterburi baş yepiskopu və lord Koninqhamın burada olduqlarını və görüşmək istədiklərini dedi, onlarla görüşdüm, Lord Koninqham əmimin həyatda olmadığını bildirdi. Və mən kraliça idim.Honnoverdə Salic Qanununa görə, heç bir qadın taxta varis ola bilməzdi. Buna görədə Hannover tacı Viktoriyanın əmisi Kumberland və Teviotdale qrafına keçdi və Ernest Avqust adı altında Honnover kralı oldu. Ernest Avqust Kraliça Viktoriyanın ilk uşağı dünyaya gələnə qədər həm də Birləşmiş Krallığın varisi sayılırdı. Kraliça taxta çıxdığı zaman, hökumət Lord Melburnun başçılıq etdiyi Viqlər(muhavizəkarlar partiyası) partiyası tərəfindən idarə olunudu, siyasi təcrübəsi olmayan gənc kraliçaya Lord Melburnun büyük təsiri var idi. Lakin İngiltərə kaloniyalarda çətinliklərlə üzləşməyə başladı.Kanadada 1837–1839-cu illəri əhatə edən üsyan başladı, Yamayka kaloniyasında da həmçinin üsyanlar başladı.1839-cu ildə Lord Melburn istefa etdi. Yeni hökuməti torilərdən(liberallar partiyası) Robert Peel formalaşdırdı lakin Kraliça Viktoriya onu qəbul etmədi və 1840-cı ildə Lord Melburn yenidən kökümət formalaşdırdı. Sonradan həyat yoldaşı Albertin təsiri ilə viqlərdən uzaqlaşaraq torilərə yaxınlaşdı. Belə ki, 1841–1846-cı illəri əhatə edən Robert Peelin 2 hökumətindən sonra gələn Vikont Palmerstonenin viq hökumətiylə arası çox pis olmuşdur. Xüsusuilə də, baş nazirin xarici siyasətini macərapərəst olduğunu bildirdikdən sonra münasibətləri tamamilə pisləşdı və 1851-ci ildə Palmerston istefa verdi.1857-ci ildə I Dünya Sənaye Sərgisi Londonda keçirildi. Sərgi Albertin planlayıb, təşkil etdiyi Kristal Sarayda keçirildi. Bu sərgi və sərginin keçirildiyi sarayın möhtəşəmliyi morarxın xalq arasındakı nüfuzunu gücləndirdi. Bu vəziyyət Krim müharibəsi ərəfəsində Kraliça Viktoriyanın ruspərəst olması şayələri ilə bir qədər pisləşdi, lakin Kraliçanın rus düşməni Palmerstoneni baş nazir etməsiylə vəziyyət normallaşır. Krim müharibəsində İngiltərə, Fransa həmçinin də Osmanlı imperiyası Rusiya ilə müharibə edirdi. Bu müharibənin sonunda İngiltərə və müttəfiqləri qalib gəldilər.
Hakimiyyətinin sonrakı dövrü
1861-ci ildə Albert bir kəndlinin evini ziyarət edərkən yoluxduğu xəstəlikdən vəfat etdi. Bundan sonra Kraliça 3 il xalqa görünmədi və ölümünədək ancaq qara paltarlar geyindi. Albertin xatirələri anormal bağlılıq yaranmışdı, belə ki, yatağının baş ucunda Albertin əlinin bir qəlpini saxlayır, Albert həyatdaymış kimi onun paltarlarını təmizlətdirib otağına yerləşdirərdi.[7] Bütün bunlar şayə halında xalq arasında yayılmaşa və onun nüfuzuna ziyan verməyə başladı, onu təkrarən orta çıxması daha çox Benjamin Dizraeli ilə bağlıdır. Benjamin Dizraeli Kraliçanın sevimlilərindən idi. Dizraeli Kraliça Viktoriyanı 1876-cı ildə Hindistanın İmperatriçası idi. Kraliça o dövrün tanınmış şəxslərindən olan Gladstonedən nifrət edir, başda İrlandiya yönətimi olmaqla onların politikasına müxaliflik edirdi. Bəzi tarixçilər bu dövrdə İrlandiyada baş vermiş və 3 milyon insanın ölümünə və ya miqrasiya etməsinə səbəb olmuş “Kartof Fəlakəti”nin səbəbkarı kimi görüllər. Buna baxmayaraq Kraliça yaşlılıq illərində avtoritetinin ən yüksək nöqtəsini yaşadı.1887 və 1897-ci ildə təşkil olunan yubileylər ingilis tarixinin ən uzun müddət taxtda qalan monarxının 50 və 60 illiyini qeyd etdi. Kraliça Viktoriya uzun sürən xəstəlikdən 1901-ci ildə, 81 yaşında vəfat etdi. Onun şərəfinə hələ də İngiltərədə ən yüksək ordenlərdən sayılan Viktoriya Xaçı təsis edildi.
Nəticə
Kraliça Viktoriya dövrü ingilis hökmranlığı və üstünlüyünün pik illəridir. İngiltərə bu dövrdə dünyanın ən mükəmməl donanmasına, sənaye çevrilişini başa vurmuş dövlət kimi ingiltərə malları bu dövrdə dünyanın demək olar ki, hər tərəfinə yayılmışdı. Kraliça 1901-də vəfat etdiyi zaman Birləşmiş Krallıq dünyanın təxminən 1/3-nə nəzarət edirdi, İngiltərə Afrikanın təxminən yarısını, demək olar ki, bütün Okeaniyanı müstəmləkə halına salmış, Hindistanı tamamilə mərkəzi haimiyyətə tabe etmiş, Kraliça Viktoriya Krim savaşında birbaşa, Şərq məsələsində isə dolayı yol ilə rus imperiyası ilə çatışmışdır. Bununla bərabər, həmçinində Misir və Birma üzərində mandatlıq hüququ almış, Çində muxtar bölgələr əldə etmişdir.[8]
Mənbə
- Oxsford Lügəti, Viktoriya maddəsi
- Hibbert, Kristofer (2000) Kraliça Viktoriya: Xüsusi Tarix, London
- Marşall, Doroti (1972) Kraliça Viktoriyanın həyatı və hakimiyyət dövrü, London
Həmçinin bax
- Yekaterina Alekseyevna
- Büllur saray
İstinadlar
- Victoria // Benezit Dictionary of Artists (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
- Williams E. T., Veldman M. Victoria // Encyclopædia Britannica (ing.).
- http://www.bbc.co.uk/schools/primaryhistory/famouspeople/victoria/.
- http://www.telegraph.co.uk/news/uknews/theroyalfamily/9150661/Kensington-Palace-reopens-its-doors-after-12m-revamp.html.
- Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
- Kindred Britain.
- Julia Baird, Acıların qadını
- Rövşən Hətəmov, Yeni Tarixdən mühazirələr kursu