I Vaxtanq
I Vaxtanq Qorqasali (gürc. ვახტანგ I გორგასალი; 440, Mtsxeta – 502, Ucarma, Kaxetiya) — Kartliyə (İberiya) 449–502-ci illərdə çarlıq etmişdir. Qorqasali farsca "Qurdbaşlı" demək idi("Qorq"-Canavar,"Sa"-baş). Həmin adı ona iranlılar vermişlər çünki o iranlılarla döyüşdə başına qurd təsviri olan dəbilqə qoyarmış. Ehtimala görə Vaxtanqın dəbilqəsi qızılla örtülmüş poladdan idi.
I Vaxtanq Qorqasali | |
---|---|
gürc. ვახტანგ I გორგასალი | |
| |
İberiya çarı | |
449 – 502 | |
Əvvəlki | V Mitridat |
Sonrakı | Daçi |
Şəxsi məlumatlar | |
Doğum adı | ვახტანგ I |
Doğum tarixi | 440 |
Doğum yeri | |
Vəfat tarixi | 502 |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | V Mitridat |
Anası | Daçi |
Dini | Gürcü Ortodoks Kilsəsi, şərqi ortodoks xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
İslahatları
Vaxtanq Qorqasalinin adı ilə bir çox şəhərlərin və qalaların (Ucarma, Artanuci, Ciremi, Xornacubi qalası və s.) məbəd və kilsələrin ucaldılması bağlıdır. Onların arasında Kartlinin paytaxtının Msxetadan Tbilisiyə köçürülməsi xüsusi qeyd olunmalıdır.
Vaxtanq həmçinin böyük kilsə islahatları keçirmişdir. Onun təşəbbüsü ilə kilsə başçısı Ranq Gürcüstanda baş yepiskopdan katalikosadək yüksəldildi. Bununla da kilsənin tam müstəqilliyinin əsası qoyuldu.O,ölkədən atəşpərəstləri qovdu.
Ölümü
Çar Vaxtanqın İranla qarşıdurması iki dəfə 482–484 və 502 ci illərdə müharibəyə çevrildi. Çar Vaxtanq 502-ci ildə farslarla döyüş zamanı ağır yaralandı və vəfat etdi.
Vaxtanq Qorqasalinin məzarı Tbilisidən 20 km şimal-qərbdə yerləşən tarixi Msxeta şəhərindəki Svetitsxoveli kafedralındadır.