I Tutmos
I Tutmos (e. ə. XVI əsr – təq. e.ə. 1493) —
Qədim Misir fironu | |
I Tutmosis | |
---|---|
Tutmosis | |
| |
Sülalə | XVIII sülalə |
Tarixi dövr | Qədim Misir, On səkkizincı sülalə |
Uşaqları | |
Dəfn yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
I Tutmosun hakimiyyəti işğalçılıq müharibələrinin genişlənməsi ilə səciyyələnir. I Amenxotepin bacısına evlənən I Tutmos bu nikaha əsasən hakimyyətə sahib olmuşdu. I Tutmos cənubda Misirin siyasi mövqeyini möhkəmləndirmək məqsədilə yürüş təşkil etmiş və burada baş vermiş üsyanı yatırmışdı. I Tutmosun Şərqi Aralıq dənizi ölkələrinə yürüşü də uğurlu olmuşdu. O, Fərat çayına qədər gəlib çatmış, Mitanni qoşununu darmadağın etmişdi. Qələbə zamanı qənimət kimi ələ keçirdiyi hərbi əsirlərin sayı məlum deyildi.
I Tutmos Fələstin və Suriyanı keçərək Mesogotamiyanın şimalına çatmış və orada Mitanni hökümdarını məğlubiyyətə uğrat-mışdı. O, Fərat çayına çatmış ilk Misir fironu idi. XVIII sülaləsinin ilk fironları Misiri yenidən qüdrətli dövlətə çevirdilər. Fironlar işğal edilmiş ölkələrdən ilbəil xərrac alırdılar. Qələbədən sonra ələ keçirilmiş qənimət Misirə gətirilirdi. Ölkədə məbəd tikintisi genişləndirilirdi. I Tutmos əvvəlki fironlardan fərqli olaraq özünə ehram yox, yer altında qayalıqlar arasında sərdabə tikdirmişdi. Onun ölümündən sonra hakimiyyətə əvvəlcə oğlu II Tutmos, sonra isə nəvəsi III Tutmos gəldi.