I Simeon
I Böyük Simeon (bolq. Симеон I Велики təq. 864, Pliska, Birinci Bulqar dövləti – 27 may 927[1], Preslav, Birinci Bulqar dövləti) — Birinci Bulqar dövlətinin XIX imperatoru
Çar I Böyük Simeon | |
---|---|
bolq. Симеон I Велики | |
Birinci Bulqar dövlətinin XIX imperatoru, Bolqarların və Romalıların çarı | |
893 – 27 may, 927 | |
Əvvəlki | Vladimir-Rasate |
Sonrakı | I Pyotr |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Preslav |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Fəaliyyəti | suveren[d] |
Atası | I Boris |
Anası | Mariya |
Həyat yoldaşları | 2 nəfər, adları bilinmir. |
Uşağı | Aşağıda |
Dini | Xristian |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Simeon 893-cü ildə doğulmuşdu. Vladimir-Rasatedən fərqli olaraq bütün ömrü boyu xristian olmuşdur. 14 yaşında Konstantinopol Universitetinə getmişdi və arxiyepiskop olmaq istəyirdi. Lakin Vladimirin devrilməsi nəticəsində taxta çıxmalı oldu. Qavrilin yerinə niyə Simeonun seçildiyi məlum deyil[2].
Hakimiyyəti
Bizans və Macarlarla əlaqələr
Simeonun taxta çıxdığı dövr Bizansla əlaqələrin pisləşdiyi dövr idi. VI Leo bolqar tacirlərin ticarət mərkəzini Konstantinopoldan Salonikiyə dəyişmiş, ağır vergilər qoymuşdu.Onlar Simeona, Simeon da Leoya şikayət etmişdi. İmperator bu şikayətləri qulaqardına vurdu[3][4]. Qəzəblənən Simeon Bizansı işğal etdi və kiçik mübarizəylə rastlaşdı[5] Xəzər muzdlu əsgərlərini əsir alan Simeon Macar işğalının qarşısını almaq üçün şimala dönməli oldu[6]. Arpadın oğlu Liüntikanın başçılığı ilə gələn bir ordu artıq Dunayı keçmişdi[7]. Simeon 896-cı ildə Peçeneqlər ilə birlikdə Macarlara hücum edərək onları darmadağın etdi[8]. Bundan sonra Konstantinopola dəfələrlə hücum edən knyaz çətinliklə də olsa saxlanıldı. İmperator sülh müqaviləsi imzalamağa məcbur oldu. Petar Qoynikoviçi də Serbiya knyazı kimi tanıyaraq Simeonun öz vassalı halına gətirdi.
[9] 904-cü ildə imperator Makedoniyanın və Albaniyanın şimalını da güzəştə getməyə məcbur oldu.
Çarlığı
Leonun ölümündən sonra taxta keçən VII Konstantin hökuməti Simeona vergi verməkdən imtina etdikdə bu bəhanə Simeona yeni bir müharibə başlamağa imkan verdi[10]. Ara müharibələrlə qızışan Bizansı işğal edən Simeon üçün 913-cü ilin avqustunda Konstantinopola çatmaq çətin olmadı. Çətin vəziyyətdə qalan Bizans, Simeonun qızlarından birinin imperator ilə evliliyinə Simeonun çar kimi qəbul olunmasına, yəni imperatora bərabər olmasına razı oldu[11].
20 avqust 917-ci ildə müharibəyə başlayan Bizans ordusu ağır məğlubiyyətə uğradıldı. Anxilaos döyüşü kimi tarixə düşən savaşda Bizans çox ağır itki verdi. Daha sonra üzünü Serbiyaya çevirən çar 924-cü ildə kovxan Fyodor Siqritsa və komita Marmaisin başçılığı ilə işğala başlamışdı. Simeon sonra dəfələrlə Bizansı işğala hazırlaşdı, hətta Fatimilər xilafəti ilə müqavilə imzaladı. 924-cü ildə Serbiya bir dövlət kimi
ləğv olunaraq Bolqarıstana birləşdirildi[12]. 9 sentyabr 924-cü ildə Bizansla yenidən sülh müqaviləsi imzalandı[13].
Xorvatlarla müharibə
Simeon 925-ci ildə Bolqarıstan Pravoslav Kilsəsinin səviyyəsini patriarxlığa yüksəltdi. 926-cı ildə isə sərkərdə Alaqabaturun başçılığı ilə Xorvatiyaya hücum edən Simeon 27 mayda Çar Tomislava məğlub olsa da onun Bizansla əlaqəsini kəsə bildi.
Ölümü
Həyatının son illərində yenidən Bizansı işğal etməyi planlayırdı. 27 may, 927-ci ildə ürək çatışmazlığından vəfat etdi.
Ailəsi
Simeon iki dəfə evlənmişdi. Birinci həyat yoldaşından Mixail adlı övladı, ikincisindən isə I Pyotr, İvan və Bayan adlı övladları olmuşdu.
İstinadlar
- http://www.promacedonia.org/en/sr/sr_3_1.htm#176_3..
- Zlatarski, Istorija na Pǎrvoto bǎlgarsko carstvo, səh. 280
- Skylitzes–Kedrenos, II, p. 254.4–16
- Runciman, A history of the First Bulgarian Empire, pp. 144–145.
- Zlatarski, Istorija na Pǎrvoto bǎlgarsko carstvo, s. 289.
- Canev, Bǎlgarski hroniki, s. 198.
- Zlatarski, Istorija na Pǎrvoto bǎlgarsko carstvo, p. 297.
- Runciman, A history of the First Bulgarian Empire, p. 147.
- Bakalov, Istorija na Bǎlgarija, "Simeon I Veliki"
- Todt, Biographisch-Bibliographisches Kirchenlexikon.
* Runciman, A history of the First Bulgarian Empire, p. 155.
* Zlatarski, Istorija na Pǎrvoto bǎlgarsko carstvo, p. 352.
* Bǎlgarite i Bǎlgarija, 1.2. - Ostrogorsky, George (1935). "Avtokrator i samodržac". Glas Srpske kraljevske akademije (Serbcə) (CLXIV): 95–187.
- Zlatarski, Istorija na Pǎrvoto bǎlgarsko carstvo, s. 459.
- Runciman, A history of the First Bulgarian Empire, səh. 169–172.
- Ailəsi:
- Cawley, 2011
- Zlatarski, Istorija na Pǎrvoto bǎlgarsko carstvo, s. 280, p. 495.
- Runciman, A history of the First Bulgarian Empire, s. 133, p. 177.