I Sahib Gəray
I Sahib Gəray (1501, Krım – 1551, Krım) — 1532- 1551-ci illər arasında hökmdarlıq etmiş Krım xanı. I Məngli Gərayın oğludu, eyni zamanda Osmanlı sultanı I Səlimin qaynıdı. Sahib Gəray 1485-ci ildə Məngli Gərayın evləndiyi Kazan xanı İbrahim xanın dul qadını olan Nur Sultandan dünyaya gəldi. 1521-ci ildə qardaşı böyük qardaşı I Mehmed Gəray Kazanı zəpt edərək qardaşı Sahib Gəraya vermişdi. 1532-ci ildə qardaşı böyük qardaşı ilə birlikdə Rus çarı III Vasilini Moskva yaxınlığında məğlub etmişdilər. 1532-ci ildə I Səadət Gərayın ölümü ilə Sahib Gəray Krım taxtında oturdu. 1541-ci ildə Moskvaya səfər etdi. Atalarının siyasətini davam etdirərək, bozqırdakı türk boylarını Krıma yerləşdirdi.
I Sahib Gəray | |
---|---|
![]() | |
oktyabr 1532 – 1551 | |
Əvvəlki | I İslam Gəray |
Sonrakı | I Dövlət Gəray |
1521 – 1524 | |
Əvvəlki | Şahəli xan |
Sonrakı | Səfa Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1501 |
Doğum yeri | |
Vəfat tarixi | 1551 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | monarx |
Atası | I Mənqli Gəray |
Ailəsi | Gəraylar |
Dini | sünnilik |
![]() |
Sabib Gərayın hakimiyyəti dövründə Qafqaza bir sıra səfərlər təşkil olunmuş və çərkəzlər üzərində xanlığın hakimiyyət təsiri gücləndirilmişdir. Yusif Mirzənin tabeçiliyində olan noqay tayfaları Kırım xanının və Osmanlı sultanının tabeçiliyinə keçmişdilər. 1551-ci ildə İstanbuldan Krıma göndərilən Dövlət Gəray I Sahib Gərayı qətlə yetirdi.
Ertəsi il ruslar Kazanı tatarlardan geri aldılar və 4 il sonra Astraxanın zəbtinə müvəffəq olaraq şərqi Avropada üstünlük qazandılar.