I Rocer
I Rocer (1031 – 22 iyun 1101 və ya 29 iyun 1101[2]) — Siciliyanın ilk qrafı. Tankred Hoytvillin oğlu idi. Normanların nəslindən gələn Rocer 1055-ci ildə İtaliyaya gəlmişdi. Qardaşları ilə birlikdə uzun illər Siciliya əmirliyinə qarşı müharibə aparmışdı. 1071-ci ildə Palermonun ərəblərdən alınmasından sonra Siciliya qrafı elan edilmişdi. 1091-ci ildə Malta adasını almışdı.
I Rocer Bosso | |
---|---|
norv. Roger I av Sicilia | |
Siciliyanın I qrafı | |
1071 – 1101 | |
Əvvəlki | Siciliya əmirliyi |
Sonrakı | Simon Hoytvill |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | Tankred Hoytvill |
Anası | Fredisenda |
Həyat yoldaşları |
Judit Eremburqa Adelheyd del Vasto |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Ailəsi
1061-ci ildə Normandiya hersoqu I Vilyamın böyük nəvəsi Juditlə evlənmişdi. Ondan ancaq qızları olmuşdu (Matilda, Adelisa və Emma). 1077-ci ildə Eremburqa adlı başqa bir norman qadınla evlənmişdi. Ondan olan övladları:
- Mauger — Troyana qrafı
- Matilda
- Muriel
- Konstansiya — II Konradla evlənmişdi.
- Felisiya — I Kolomanla evlənmişdi.
- Violante — Burqundiya şahzadəsi Robert ilə evlənmişdi.
- Flandina
- Judit — Korversano qrafı I Robert ilə evlənmişdi. Rocer 1087-ci ildə Adelheyd del Vasto ilə evlənmişdi. Övladları:
- Simon Hoytvill — Siciliya qrafı
- II Rocer — Siciliya kralı
İstinadlar
- Lundy D. R. Roger I de Hauteville, Conte di Sicilia // The Peerage (ing.).
- BeWeB.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.