I Qiyasəddin Keyxosrov

I Qiyasəddin Keyxosrov (XII əsr1211) — Rum Sultanlığının sultanı.

I Qiyasəddin Keyxosrov
I. Gıyaseddin Keyhüsrev
1192 1196
ƏvvəlkiII Qılınc Arslan
SonrakıII Süleyman Şah
1205 1211
ƏvvəlkiIII Qılınc Arslan
SonrakıI İzzəddin Keykavus
Şəxsi məlumatlar
Doğum tarixi XII əsr
Vəfat tarixi
Vəfat yeri Alaşehir
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Atası II Qılınc Arslan
Uşaqları oğlanları:
I İzzəddin Keykavus
I Əlaəddin Keyqubad
Ailəsi Səlcuqlular
Dini Sünni İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hakimiyyəti

Birinci hakimiyyəti dövrü

II Qılınc Arslan 1186-da ölkəsini 11 oğlu arasında böldü. Qardaşlar arasında vəliəhtlik mübarizəsi Qılınc Arslan həyatta olarkən başladı. Ölkənin ona aid olduğunu müdafiə edən Qütbəddin Məlikşah hakimiyyət uğrundakı mübarizədə ən güclü rəqib idi. Lakin saray əyanları onu hakimiyyətə layiq görmürdülər.[1] Məlikşah Konyanı tutub özünü sultan elan etsə də II Qılınc Arslan onun yanından qaçıb əvvəl Kayseridəki Sultan şahın, sonra digər oğullarının yanına getdi və sonda ən kiçik oğlu I Qiyasəddin Keyxosrovu vəliəht elan etdi.

Hakimiyyətə can atan Qiyasəddin I Keyxosrov Konyanı ələ keçirərək atasının yerində sultan oldu. O, 4 il hakimiyyətini sürdü. Qardaşlar arasında hakimiyyət uğrunda mübarizə şiddətləndi. Qiyasəddin qardaşı Süleymana qarşı mübarizə aparmaqla bərabər Bizans imperatoru III Aleksisi məğlub edərək Qərbə doğru irəliləyə bildi. Lakin II Süleyman şah ordu toplayaraq mübarizəni daha da genişləndirmək üçün Bizansla ittifaq bağlamağa çalışdı. Belə bir dövrdə xristianlar yenidən xaç yürüşünnə başladılar.[2] 1196-cı ildə Süleyman şahın Konyanı mühasirəyə almasından sonra tərəflər arasında bağlanan sülhə əsasən hakimiyyətdən əl çəkdi.

İkinci hakimiyyəti dövrü

II Süleyman şah öldükdən sonra hakimiyyətə gələn oğlu III Qılınc Arslanın yaşı çox az olduğundan türkmən bəyləri taxta Keyxosrovu dəvət etdilər. 1205-ci ildə Keyxosrov yenidən hakimiyyət başına keçdi. O, tezliklə böyük qüvvə toplayaraq Trabzonda Pont dövləti quran III Aleksionosla mübarizəyə girdi və onun silahı qüvvələrini darmadağın etdi. Keyxosrovun silahlı qüvvələri 1207-ci ildə Antalyanı, iki il sonra erməni knyazı II Levonun hakimiyyəti altında olan Sis bölgəsini tuta bildi. Keyxosrov 1211-ci ildə İznik ərtafında Pont (Rum) dövlətinə qarşı aparılan döyüşlərin birində həlak oldu. Hakimiyyət başına oğlu İzzəddin Keykavus (1210/1211–1219) keçdi.[3]

İstinadlar

  1. "Kamil Eron, Sikkeler Işığında II. Süleymanah'ın Gerçek Tahta Çıkış Tarihi, 19. iyun 2009, İzmir Numizmatik Derneği web sitesi" (PDF). 2015-07-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-19.
  2. Eldəniz Əliş oğlu Məmmədov. Səlcuqlar. Dərs vəsaiti. – Bakı: Mütərcim, 2015. səh.112–113
  3. Eldəniz Əliş oğlu Məmmədov. Səlcuqlar. Dərs vəsaiti. – Bakı: Mütərcim, 2015. səh.115
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.