I Qılınc Arslan

I Qılınc ArslanRum Səlcuqlu dövlətinin sultanı.

I Qılınc Arslan
قِلِج اَرسلان
Osmanlı türkcəsi: قلج أرسلان
türk. Kılıç Arslan
1093 1107
ƏvvəlkiSüleyman şah
SonrakıMəlikşah
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Dəməşq, Səlcuq İmperiyası
Vəfat tarixi (28 yaşında)
Vəfat yeri İznik, Səlcuq İmperiyası
Vəfat səbəbi boğulma
Milliyyəti Oğuz türkü
Fəaliyyəti siyasətçi
Atası Süleyman şah Səlcuqlu
Uşaqları
  • I Rüknəddin Məsud[d]
Ailəsi Səlcuqlular
Dini Sünni İslam

Həyatı

Rum Səlcuqlu dövlətinin qurucusu Süleyman Şahın oğludur. Urfalı Mateos onun 1085-ci ildə dünyaya gəldiyini qeyd edir [1]. Ancaq 1107-ci də vəfat etdiyində on bir yaşında bir uşağı olduğu [2] diqqətə alınaraq daha öncəki bir tarixdə doğulduğu söylənə bilər. Adı Bizans qaynaqlarında Klitziasthlas [3], Latın xronikalarında atasının adıyla (Soliman) zikr edilir [4]. Qaynaqlarda Qılıcarslana dair ilk bilgi, atası Süleyman Şahın 1084-cü ildə Antakiya səfəri sırasında onun yanında olduğudur. Atasının iyun 1086-cı ildə Tutuş ilə apardığı savaşda ölümündən sonra Qılıcarslan, vəzir Həsən ibn Tahirin himayəsi altında Antakiyada qaldı. 1087-ci ilin baharında Antakiyaya gələn Sultan Məlikşah tərəfindən İsfahana göndərilərək göz dustaqlığında tutuldu.[5]

Sultan Məlikşahın 1092-ci ildə vəfatı üzərinə qardaşı Kulanarslan ilə birlikdə Sultan Börkiyaruqun izniylə İsfahandan Anadoluya dönmək üçün yola çıxan Qılıcarslan, qədimdən atası Süleyman Şaha tabe olan Orta Anadoludan böyükcə bir qüvvə toplayaraq hicri 485-ci ilin sonlarında (1092 sonları, 1093 başları) İznikə gəldi. Bu sırada İznikdə idarəni əlində tutan Əbülqazinin iqtidarı ona təslim etməsiylə də Rum Səlcuqlu taxtına çıxdı. Atasının ölümünün ardından sərkərdələri ona təslim edilmiş olan şəhərlərdə müstəqil hərəkət etməyə başlamışdılar, bu üzdən dövlətin birliyi dağılmışdı. Başlangıcdakı hakimiyyət sahəsi sadəcə İznik və civarıyla sınırlı görünən Qılıcarslan ilk iş olaraq dağılmış olan dövlətin birliyini qurmağa çalışdı.[6]

Kutalmışın oğullarından biri I Qılınc Arslan İznikə gələrək hakimiyyəti ələ aldı. Bu zaman Konya sultanlığının ərazisi əsasən Nikeya (İznik) və onun ətraf torpaqlarından ibarət olmuşdu. Nikomediya və onun ətraf əraziləri Bizansın nüfuzu altında idi. Smirnada isə digər türk əmiri Çaka bəy hakimiyyətdə idi. Çaka bəy Smirnadan Çanaqqalaya qədər uzanan sahil ərazilərini tutaraq mərkəzi Smirna olan bəylik yaratmışdı. Onun planı Balkan yarımadasında yaşayan peçeneqlərlə birləşib Konstantinopolu ələ keçirmək və Bizans dövlətinə son qoymaq olmuşdu.[7]

I Qılınc Arslan Çaka bəyin nüfuzu və qüvvəsindən istifadə etdi. O, ordunu yenidən təşkilatlandıraraq Çaka bəyin köməyilə Mərmərə sahillərini Bizansdan aldı. Konstantinopola gedən yollar türklər üçün açıldı. İmperator Aleksey Komnin qorxuya düşərək I Qılınc Arslana ittifaq və Çaka bəyə qarşı müttəfiqlik təklifi ilə müraciət etdi. Aleksey Komnin “türkə qarşı türkün gücündən istifadə etmək” kimi ənənəvi Bizans siyasətinə əl atdı və türklərin Bizansa qarşı birlik yaratmasının qarşısını aldı. Vəziyyəti sona qədər qiymətləndirməyən I Qılınc Arslan Çaka bəyin nüfuzundan ehtiyalanaraq Bizansın təklifinə tərəfdar çıxdı. I Qılınc Arslanın sarayında Çaka bəyin öldürülməsi (1093) Bizans üçün yaranmış real təhlükəni aradan qaldırdı.[8]

Qılıcarslanın gənc yaşda gözlənməyən ölümüylə Cənubi-şərqi Anadoluda və Şimali Suriyada xaçlılara qarşı aparılan mübarizə və Rum Səlcuqlu dövlətinin siyasi birliyi zəiflədi. Danişməndlilər, durumdan faydalanaraq Anadoluda siyasi güclərini artırma və torpaqlarını genişlətmə imkanını tapdılar. Bizans da Egey bölgəsinə doğru yayılmağa başlamış olan türkləri Qərbi Anadoludan təkrar geriyə atma fürsətini yaxaladı.

İstinadlar

  1. Urfalı Mateos Vəkayinaməsi, s. 164.
  2. İbn əl-Əsir, X, 344; Əbül-Fərəc, II, 346.
  3. Anna Komnene, II, 79.
  4. Tyrensis, s. 29; Carnotensis, s. 83
  5. Əbül-Fərəc, Tarix, I, 331, 335; II, 345-347, 349, 351.
  6. Aksarayi, Müsamərətül-əxbar, s. 21, 27-29
  7. Suriyalı Mixail, Chroniquə də Michel lə Syrien, patriarchə jacobite dAntioche: 1166-1199 (nşr. və trc. J.-B. Chabot), Paris, 1899-1924, III, 185, 189, 192, 193
  8. Cl. Cahen, “Kiliғј Arslan I”, EI² (İng.), V, 103-104.

Mənbə

  • 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.23.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.