I Pyotr (Bolqarıstan çarı)
Pyotr (bolq. Петър I; 910-cu illər, Preslav – təq. 30 yanvar 970 və ya 969, Konstantinopol) — Birinci Bulqar dövlətinin imperatoru, I Simeonun ikinci oğlu idi.
I Pyotr | |
---|---|
bolq. Петър I | |
| |
Birinci Bulqar dövlətinin XX imperatoru | |
927 – 969 | |
Əvvəlki | I Simeon |
Sonrakı | II Boris |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 910-cu illər |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | monarx |
Atası | I Simeon |
Anası | Mariya Sursuvul |
Həyat yoldaşı | İrene Lekapene |
Uşaqları |
II Boris Roman |
Dini | Xristian |
Vikianbarda əlaqəli mediafayllar |
Hakimiyyəti
Pyotr 27 may 927-ci ildə taxta çıxıb. Elə həmin il də Bizansa hücuma başlamışdı. İmperator I Roman sülhə gedərək nəvəsi Mariya ilə Pyotrun evlənməsinə nail olmuşdu. Mariyanın adı bu vaxt "sülh" mənasına gələn İrene ilə dəyişdirildi. İmperator çara vergi verməyə davam etdi.[1]
Üsyanlar
Pyotr hakimiyyətə gələn kimi qardaşı Mixail ilə hesablaşmalı oldu. Lakin Mixail tezliklə vəfat etdi. İvanın üsyanı da nəticə vermədi. Ən kiçik qardaşı Bayan isə zərərsiz idi. Lakin 933-cü ildə Serbiya knyazı Çaslav Klonimiroviç həbsdən qaçaraq üsyana başlamışdı.[2]
Daxili siyasət
Pyotrun hakimiyyəti əsasən sakit, sülh içində keçmişdir. Kilsəyə həddindən çox yardım etməsi din adamları tərəfindən rüşvət kimi görülməyə başlanmışdı.
Bizansla münasibətlər
İrene Lekapenenin ölümü Bizansla əlaqələrin yenidən soyumasına təkan verdi. 966-cı ildə II Nikifor xərac verməkdən imtina edərək Kiyevli I Svyatoslavı bulqarların üzərinə göndərmək barədə həvəsləndirdi. I Svyatoslav 2 ilə 60.000 əsgərlə Bolqarıstanın 80 qalasını işğal etmişdi. Müttəfiqinin qalibiyyətlərindən şübhələnərək qorxan imperator Pyotr ilə sülhə tələsdi və bu dəfə Peçeneqləri Kiyevin üstünə saldı.
Ölümü
969-cu ildə I Svyatoslavın növbəti hücumu ilə ağır məğlubiyyət yaşayan Pyotr, taxtdan əl çəkərək keşiş həyatına başladı. 30 yanvar, 970-ci ildə də vəfat etdi.
O atasına nisbətən zəif hökmdar olaraq yadda qaldı. Onun dövründə Boqomilçilik vüsət aldı.
İstinadlar
- John V.A. Fine, Jr., The Early Medieval Balkans, Ann Arbor, 1983.
- Runciman, A history of the First Bulgarian Empire, s. 185