I Mustafa

I. Mustafa ((Osmanlı türkcəsi: مصطفى الأول 24 iyun 1591, Konstantinopol20 yanvar 1639[1], Konstantinopol[1]) — 15. Osmanlı padşahı və 94. İslam xəlifəsidir.[2]

I Mustafa
مصطفى الأول
Divanə
22 noyabr 1617 26 fevral 1618
ƏvvəlkiI Əhməd
SonrakıII Osman
İkinci səltənət dövrü
19 may 1622 10 sentyabr 1623
ƏvvəlkiII Osman
SonrakıIV Murad
Şəxsi məlumatlar
Doğum tarixi 24 iyun 1591(1591-06-24)
Doğum yeri
Vəfat tarixi 20 yanvar 1639(1639-01-20)[1] (47 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti rəhbər[d]
Atası III Mehmed
Anası Həlimə Sultan
Ailəsi Osmanlı sülaləsi
Dini Sünni, İslam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atası Sultan III Mehmeddir. I. Mustafanın Qafqaz əsilli anasının adı bilinməsə də, bəzi qaynaqlarda Həlimə Sultan olaraq göstərilir.[3] Osmanlı tarixində ilk dəfə padşahlığın atadan oğula keçməsi qanunu pozuldu və şahzadə Mustafa qardaşı I. Əhmədin 22 noyabr 1617 tarixində vəfat etməsi ilə taxta oturdu. Müxtəlif illərdə 2 dəfə hakimiyyətdə olmuşdur.

Həyatı

Uşaqlıq illəri

Atası Şahzadə Mehmedin (III Mehmed) Manisa sancaqbəyliyi dönəmində dünyaya gələn Şahzadə Mustafanın abxaziya əsilli anasının adı bilinməsə də, bir çox qaynaqlarda Həlimə Sultan olduğu qeyd edilir. 1595-ci ildə atası taxta oturmuş, Şahzadə Mustafa da digər qardaşları ilə birlikdə İstanbula gətirilmişdir. İlk təhsilini sarayda alan Şahzadə Mustafa özündən 1 yaş böyük qardaşı Şahzadə Əhmədin taxta çıxmasıyla Osmanlı sülaləsinə mənsub yeganə şəxs oldu. I. Əhmədin çox kiçik yaşda taxta oturması və ailədə başqa şahzadənin olmaması səbəbilə Şahzadə Mustafaya toxunulmamışdır. Daha sonra padşahın oğul övladları olsa da, hələ o illərdə yaranan əql-i zəifliyi səbəbilə toxunulmamışdır. Bəzi əcnəbi qaynaqlar I Əhmədin onu bir neçə dəfə öldürmək istədiyini, ancaq sonradan peşman olub imtina etdiyini yazır. Venesiya elçisi Kontarini 1612-ci ilə aid qeydlərində bu təşəbbüslərdən birincisinə padşahın anidən xəstələnməsi, ikincisinə isə güclü bir fırtınanın mane olduğunu qeyd edir. Bu dönəmdə Şahzadə Mustafanın sarayda çox sərt nəzarət altında saxlanılması onun psixoloji vəziyyətini daha da pisləşdirmiş, əqli-zəifliyini artırmışdır.

İlk səltənəti

I Əhmədin gözlənilmədən gənc yaşda vəfatı isə Şahzadə Mustafaya taxt yolunu açdı. Şeyxülislam Xocazadə Əsad Əfəndininsədarət naibi Sofu Mehmed Paşanın irəli sürdüyü yeni vərasət sisteminə əsasən I Əhmədin böyük oğlu Şahzadə Osmanın 13 yaşında olması səbəbilə Şahzadə Mustafa taxta çıxmışdır.

22 noyabr 1617 tarixində Çərşənbə günü taxta oturan I Mustafanın cülus mərasimi cümə günü Əyyub Sultan məscidində keçirildi. Xəzinədən 100 kisə qızıl həcmində cülus bəxşişi paylanıldı.

Onun 26 fevral 1618 tarixinədək davam edən birinci səltənəti haqqında çox məlumat yoxdur. Saray işçilərindən Əbdülqadir Əfəndi yeni sultanın tez-tez ova çıxdığını, silah, tüfəng, ox- kaman kimi döyüş sürsatları ilə maraqlandığını qeyd edir. Dönəmin tarixçilərindən Həsənbəyzadə Əhməd yeni sultanın əqlən zəif olduğunu, ancaq sonra düzələr ümidiylə taxta çıxardıldığını qeyd edir. Buna baxmayaraq bir çox mənbələrdə taxtan salınmasının səbəbləri açıq şəkildə qeyd olunur. Tez-tez dəniz səyahətinə çıxması, dənizdəki balıqları qızıl sikkələrlə yemləməsi, divan məclisindəki vəzirlərin başındakı çalmaları açmaq və s. Bütün bu səbəblərə görə, Qızlar ağası Hacı Mustafa ağa vəziyyəti Sofu Mehmed PaşayaŞeyxülislam Xocazadə Əsad Əfəndiyə vəziyyətin pis olduğunu, divanə padşahın hər an saraydakı şahzadələri edam etdirə biləcəyini bildirdi.

Sofu Mehmed PaşaŞeyxülislam Əsad Əfəndi dövrün validə sultanı Həlimə Sultanla məsləhətləşərək padşahın əqlən zəif olduğu və bu vəziyyətdə taxtda çox qala bilməyəcəyi qərarını verdi. I Mustafa hərəmxanadakı otaqlardan birinə həbs olundu və ardından I Əhmədin böyük oğlu Şahzadə Osman taxta çıxdı (26 fevral 1618). II Osman vaxtilə onu yox, əmisini taxta çıxardan Sofu Mehmed Paşanı paytaxtdan uzaqlaşdırdı və şeyxülislamın səlahiyyətlərini məhdudlaşdırdı.

İkinci səltənəti

Qardaşı oğlunun səltənəti illərində Sultan Mustafa həbs olunduğu otaqda nəzarət altında yaşadı. II Osman Hotin səfərinə çıxarkən qardaşı Şahzadə Mehmedi edam etdirsə də, əmisinə toxunmamış, buna səbəb isə onun əqlən zəif olması olmuşdur. Bir müddət sonra əmisini də edam etdirmək fikrinə düşən II Osman gecikdi. Çünki artıq II Osmanın taxtı təhlükə altında idi. II Osmanı taxtdan endirmək istəyən yeniçərisipahilər istədiklərini etdirmək üçün I Mustafanı taxta çıxartmaq istəyirdilər. Üsyan qaldıran yeniçərilər 19 may 1622 tarixində saraya soxuldular. Saray ağalarından biri divanə padşahın həbs olunduğu otağı göstərmiş, ancaq qapıları aça bilməyən yeniçərilər otağın günbəzini sındırmış və 3 nəfər yeniçəri iplə otağa girərək Sultan Mustafanı azad etmişdir. Əsgərləri görən kimi "Siz beni isterseniz ben de sizi isterim" deyərək onlara qoşulan Sultan Mustafa sarayda olan şeyxülislamın atına minərək saraydan çıxmaq istəsə də, atın üstündə dayana bilməmiş, bu səbəblə yeni padşah saraydakı Ərz otağına aparılmışdır. Bu əsnada üləmadan bəzi şəxslər və Şeyxülislam Əsad Əfəndi üsyançılara məsləhət verərək bu işdən əl çəkmələrini desə də, onlara heç kəs qulaq asmamış, əksinə məcbur qalıb divanə padşaha təzim etmişlər. Ərz otağında pərişan vəziyyətdə olan I Mustafa ardından yanındakı kənizləri ilə birlikdə anasının yanına — Köhnə Saraya yollanmaq üçün hazırlandı. Bu əsnada əmisinin yenidən sultan elan edildiyini eşidən II Osman saraydan güclüklə çıxa bilmişdir. Sultan Mustafanı Köhnə Saraya aparmaq istəyən üsyançı yeniçərilər II Osmanın divanə padşahı ələ keçirmək üçün əmr verdiyini eşitdilər və Sultan Mustafanın təhlükəsizliyi səbəbilə onu Orta Məscidə apardılar. Hadisələri öz gözüylə izləyən İbrahim Peçevi bu əsnada böyük bir xalq kütləsinin toplandığını, hamının arabada gedən sultanı və anasını görməyə çalışdığını, hətta bəzilərinin sarıq və paltarlarından kəsdikləri parçaları arabaya atmağa çalışdığını və bu parçaları validə Həlimə Sultanın topladığını qeyd edir.

Axşam saatlarında məscidə gələn Sultan Mustafanın yanında anası, kənizlərisaraydan çıxarkən onunla birlikdə arabaya minən saray xidmətçilərindən Dərviş ağa (sonradan yeniçəri ağası seçildi) var idi. Üsyançılar onu Topqapı Sarayına aparmaq istəsələr də, Sultan Mustafa II Osman ələ keçirilmədən saraya getməyəcəyini bildirdi. Bu əsnada Sultan Mustafa məscidin mehrabında oturaraq II Osmanın gətirilməsini gözləmişdir. Orada iştirak edən bir yeniçərinin dediklərini nəql edən İbrahim Peçevi məscidə gətirilən II Osmanın "Bakın görün, kimi sultan ediyorsunuz" dediyi, ancaq bu əsnada validə Həlimə Sultanın üsyan başçısı yeniçərilərin qulağına nələrsə pıçıldadığını qeyd edir.

O illəri özünün Müsibətnamə əsərində qeyd edən Hüseyn Tugi isə məsələni başqa cür nəql edir. Onun yazdıqlarına görə, axşam namazı vaxtı Sultan Mustafa əllərini qaldıraraq orada olan hər kəsi duaya çağırmış, II Osman bura gəlmədən burdan çıxmayacağını qeyd edir. Və yenə Tugiyə görə, bir gün sonra II Osman Orta Məscidə gəlmiş, ancaq Sultan Mustafa ilə heç görüşməmişdir. Bir çox qaynaqların təsdiqlədiyi digər məlumat isə bütün bunlar olarkən, Həlimə Sultanın kürəkəni Davud Paşanı sədrəzəm etmək üçün üsyançılarla razılaşdığı, ardından isə II Osmana qarşı bir neçə dəfə sui-qəsd tərtib etdiyidir. Həm Davud Paşanın sədarət əmri, həm də üsyançıların tələb etdiyi bəzi təyin əmrləri isə Həlimə Sultanın adından Qara Əhməd ağa adlı bir çavuş tərəfindən yazılmışdır.

20 may 1622 — cümə günü günorta saatlarında Topqapı Sarayına gələn Sultan Mustafa üçün xüsusi cülus mərasimi keçirildi və adına xütbələr oxundu. Onun ikinci səltənət dönəmi tamamilə II Osman hadisəsinin kölgəsi altında keçdi. II Osmanın faciəvi qətli isə istər İstanbul, istərsə də bölgələrdə xalq arasında yeniçərilərəsipahilərə qarşı böyük bir nifrət qazandırdı. II Osmanın qatillərinin tapılması və cəzalandırılması məsələsindəki təzyiqlər səbəbilə 13 iyun tarixində Davud Paşa vəzifədən alınaraq həbs edildi, yerinə Mere Hüseyn Paşanın gətirilməsi və yeniçəri-sipahi çəkişmələri isə vəziyyəti daha da gərginləşdirdi. Mere Hüseyn Paşanı vəzifədən uzaqlaşdıraraq Biləcikli Mustafa Paşanı sədarətə gətirən üsyançılar 10 iyul tarixli divan məclisinin ardından paytaxtda padşahın istənilmədiyi şayəsini yaymağa başladılar.

Taxtdan endirilişi

Nəhayət, sədrəzəm Kəmankeş Əli Paşa şeyxülislam və şəhər qazısı ilə görüşərək razılığa gəldi. Yeniçərilərlə də görüşərək cülus bəxşişi istəməmək şərtilə padşahı taxtdan endirməyə razı saldılar. Daha sonra validə Həlimə Sultanla görüşüldü və oğlunun əqlən zəif olması səbəbilə taxtdan endiriləcəyi bildirildi. O əsnada anasıyla birlikdə Davud Paşa köşkündə olan Sultan Mustafa bir gün sonra baş tutacaq divan məclisi bəhanəsiylə saraya dəvət edildi və ertəsi gün (10 sentyabr 1623) əvvəllər də həbs olunduğu otağa həbs olundu. Yerinə qardaşı I Əhmədin kiçik oğlu Şahzadə Murad taxta çıxardıldı.

İlk səltənəti 96 gün, ikinci səltənəti isə 1 il 3 ay 22 gün davam edən Sultan Mustafa taxtdan endirildikdən sonra həbs olunduğu otaqda 15 il daha yaşadı. 20 yanvar 1639 tarixində öz əcəliylə vəfat edən Sultan Mustafanın cənazəsi bir çox mənbələrə görə, bir müddət ortada qaldı. Dəfn olunması üçün yer tapılmayan Sultan Mustafa daha sonra Aya Sofya məscidinin əvvəllər vəftizxana olan binasında dəfn olundu. Əqli zəifliyi səbəbilə heç bir qadını özünə yaxınlaşdırmamış, bu səbəblə də övladı olmamışdır.

İstinadlar

  1. Deutsche Nationalbibliothek Record #1017599777 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. "Arxivlənmiş surət". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-06.
  3. Börekçi, Gunhan (2010) İnkırâzın Eşiğinde Bir Hanedan: III. Mehmed, I. Ahmed, I. Mustafa ve 17. Yüzyıl Osmanlı Siyasi Krizi, Ohio State Üniversitesi Ph.D. Doktora tezi Türkçe özeti makale Sayfa:80

Xarici keçidlər

I Mustafa
Doğum: 17 oktyabr 1591 Vəfat: 20 yanvar 1639
Hakimiyyət titulları
Sələfləri 
I Əhməd

Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı

22 noyabr 1617-26 fevral 1618
Xələfləri 
II Osman
Sələfləri 
II Osman

Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı

19 may 1622-10 sentyabr 1623
Xələfləri 
IV Murad
Sünni İslam titulları
Sələfləri 
I Əhməd

İslam Xəlifəsi (خلافة إسلامية)
Xələfləri 
II Osman
Sələfləri 
II Osman

İslam Xəlifəsi (خلافة إسلامية)
Xələfləri 
IV Murad
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.