I Murad

Hakimiyyət illəri:1362-1389

I Murad
Osmanlı türkcəsi: مُراد اوَّل
ƏvvəlkiQazi Orxan bəy
Sonrakıİldırım Bəyazid
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bursa, Osmanlı imperiyası
Vəfat tarixi (62 yaşında)
Vəfat yeri
Vəfat səbəbi bıçaqlama[d]
Dəfn yeri Hüdavəndigar Məşhədi, Kosova
Hüdavəndigar məscidi, Bursa
Fəaliyyəti rəhbər[d]
Atası Qazi Orxan bəy
Anası Nilüfər Xatun
Həyat yoldaşları Gülçiçək Xatun
Tamara Xatun
Füldanə Xatun
Paşa Mələk Xatun
Uşaqları İldırım Bəyazid
Yaxşı bəy
Yaqub bəy
Savcı bəy
İbrahim bəy
Ailəsi Osmanlı sülaləsi
Dini Sünni, İslam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Murad və ya Murad Hüdavəndigar (Osmanlı türkcəsi: مراد اول — Murād-i evvel) (d. 29 iyun 1326) — 3-cü Osmanlı sultanı.

Həyatı

Şəhzadəlik illəri

29 iyun 1326-cı ildə dünyaya gəldi. Atası 2-ci Osmanlı sultanı Qazi Orxan bəy, anası isə Yarhisar təkfurunun qızı Nilüfər Xatundur. Tarixi mənbələrdə və kitabələrdə "bəy, əmir-i-əzəm, xan, hüdavəndigar, padşah, sultan-üs-səlatin, məlik-ül-mülk" kimi ünvanlarla anılır. Osmanlı tarixində isə daha çox Murad Hüdavəndigar olaraq tanınır. Süleyman, Sultan, İbrahim, Xəlil və Qasım adlı qardaşları olsa da, bunlardan yalnız Süleymanla anaları bir idi. Taxt çıxdığı əsnada isə bu qardaşlarından yalnız Şahzadə İbrahim və Xəlil sağ idi.

Atası Orxan bəy, İzmitin fəthinə çıxmadan öncə (1337) onu Bursa sancaqbəyi təyin etdi və 12 yaşlı Murad kiçik yaşlarından yanında olan Lələ Şahin ağayla birlikdə Bursaya göndərildi.[1] İzmitin fəthinin ardından Əskişəhər sancaqbəyliyinə gətirildi. Rumeli fatehi olaraq tanınan qardaşı Süleyman Paşanın vəfatının ardından 1357-ci ildə lələsi Şahin Paşayla birlikdə Rumeliyə göndərildi. 1362-ci ilədək bu bölgədə şahzadə ünvanıyla hərbi fəaliyyət göstərdi.

PapaBizans imperatoru tərəfindən toplanan xaçlı donanmasının 1359-cu ildə Gelibolu yarımadasının hər iki tərəfini (Saros və Lapseki körfəzləri) zəbt etməsinin qarşısını alan Şahzadə Muradın əmrində dönəminin güclü hərbçiləri olan Şahin Paşa, Hacı İlbəy və Evrenos bəy vardı. Ancaq kiçik qardaşı Şahzadə Xəlilin yunan quldurlar tərəfindən əsir alınıb Foçaya aparılması atası Orxan bəyin Bizans imperatoru V İohann Paleoloqla atəşkəs bağlamasına səbəb oldu və bu atəşkəs şərtləri səbəbilə Şahzadə Murad Rumelidəki hərbi fəaliyyətlərini dayandırmalı oldu. Qardaşının təslim edilməsinin ardından (sentyabr 1359) fəth yürüşlərinə davam edən Şahzadə Muradın birlikləri Ədirnənin mühasirəsinə hazırlığa başladı. Belə ki, şəhərə dəstək verə biləcək İstanbul-Ədirnə yolu üzərindəki mühüm qalalar ələ keçirildi. Digər yandan Maritsa çayı yaxınlığındakı Keşan qalası və Trakyanın ikinci böyük şəhər mərkəzi olan Dimetoka qalası zəbt edilərək Ədirnə şəhəri tamamilə blokadaya alındı (1360/1361).[2]

1361-ci ilin yazında Şahzadə Murad əmrindəki Rumeli birlikləri ilə birlikdə Ədirnəyə hücuma keçdi. Şəhərin 55 km şərqində qərargah qurdu və Şahin Paşa idarəsindəki ordunu qala üzərinə göndərdi. Ədirnə təkfuru Sazlıdərə istiqamətində önünü kəsməyə çalışsa da, məğlub olub geri çəkildi və gecə vaxtı gəmiylə Enesə qaçdı. Çox keçmədən Ədirnə əhalisi şəhəri Osmanlı birliklərinə təslim etdi (5 may 1361). Şahzadə Murad birliklərin başında Qum qalası qapısından şəhərə daxil oldu ancaq şəhərin mühafizəsi üçün Şahin Paşa ilə birlikdə Bolqarıstan çarlığına aid Plovdiv bölgəsinə yeni səfərə çıxdı.[3] Ancaq bu əsnada Bursa qazısı Çandarlı Qara Xəlil Əfəndidən atasının vəfatı xəbərini aldı (mart 1362).

Səltənət illəri

İznikƏskişəhərdə olan qardaşları İbrahim və Xəlilin adamları, QaramanƏrətna bəyliklərinin də dəstəyini alaraq şahzadələrin adına Bursada taxtı ələ keçirmiş, Orxan bəyin ölümünü fürsət bilən Amasya əmirlərindən Bəxtiyar bəy Ankaranı, Qaraman birlikləri isə Sivrihisar bölgəsini işğal etmişdi. Bu səbəblə, Şahin Paşanı Rumeli bəylərbəyi təyin edərək dərhal Bursaya gələn Murad Çandarlı Qara Xəlil Əfəndinin tərtibiylə iğtişaşlar çıxmadan taxta cülus etdi. 1364-cü ilin yazında Şahin Paşadan Plovdivin fəthi xəbəri alındı. Bu bölgə daha sonra Rumelinin mərkəzi halına gətirildi.

Sultan Murad taxta çıxdıqdan sonra 1365-ci ilədək QaramanƏrətna bəyliklərinin müxalifəti səbəbilə Anadoludan ayrıla bilmədi. Belə ki, Qaramanoğlu Ələddin bəyin yardımıyla Ərətnada hakimiyyəti ələ alan Mehmed bəy, Ankaranı əlində tutan Bəxtiyar bəylə birlikdə Osmanlı torpaqlarına hücum edirdi. 1362-ci ilin qışını Bursada keçirən Sultan Murad ertəsi ilin yazında Anadoluya səfərə çıxdı. Əskişəhər yaxınlığında Ərətnanın monqol birliklərini darmadağın etdikdən sonra Qaramanoğlu ordusu da geri çəkilməyə məcbur oldu. O əsnada mühasirədə olan Ankara qalasının ağsaqqalları qala açarlarını gətirərək təslim oldular. Beləcə, QaramanƏrətna təhlükəsi müvəqqəti olaraq aradan qalxmış oldu.

İsgəndəriyyəyə hücum edən səlib ordusu

1364-cü ildə Anadoludakı türkmən bəyliklərinə və Misirdəki Məmlüklərə qarşı yeni bir səlib yürüşünə hazırlıq başladı. 1365-ci ilin oktyabrında hərəkətə keçən Kipr donanması İsgəndəriyyəni ələ keçirmiş, Misirin ən zəngin ticarət limanı yandırılaraq xarabaya çevrilmişdi. İsgəndəriyyənin bu hala salınması Avropada müsəlmanlar üzərində ən parlaq qələbə olaraq elan edildi. Ertəsi il papanın tərtibatıyla bu dəfə Osmanlılar üzərinə yen bir səfər təşkil edildi və Gəlibolu işğal olundu (avqust 1366).

Sultan Murad, Rumelidə əldə etdiyi əraziləri Bizansa və səlib ordusuna qarşı qorumaq üçün daha öncədən 1366-cı ilin martında Rumeliyə keçmiş, Çanaqqala boğazı yoluyla Malqaraya gəlmişdi. İdrisi Bitlisiyə görə, 5 il Rumelidə qalan Sultan Murad bu müddət ərzində Bizans və Bolqarıstan mülklərinə hücumlar etdi və bəzi bölgələri fəth etdi. Maritsa çayı üzərindəki Çirmən qalası üzərinə birliklər göndərdi və qala çox keçmədən təslim oldu. Ardından İstanbul ətrafındakı bəzi qalaları və indiki Çatalca bölgəsini fəth etdi. Rumelidə əsasən Dimetokada qalmış, bu müddət ərzində Ədirnə sarayının tikilməsini əmr edərək saray inşasının ardından Ədirnəyə getmişdir (1369).

Bizansa qarşı 1366-cı ildə çıxdığı səfərdə Sultan Murad öncə Bolqar çarı İvan Aleksandrla müttəfiq idi. Bu ittifaqın səbəbi isə Bizans imperatorunun Bolqarıstan torpaqlarına göz dikməsi idi. Ancaq səlib ordusunun müdaxiləsiylə çarla imperator barışdı və Sultan Murad həmin ilin sonunda təkbaşına 2 cəbhədə döyüşməyə başladı. 1368-ci ilin yazında şərqi Bolqarıstan üzərinə yürüyən Osmanlı ordusu Balkan dağ keçidlərinə nəzarət edən Aydos və Karin bölgəsini ələ keçirdi. Ardından vaxtilə mühasirəyə alaraq geri çəkilməyə məcbur qaldığı Sozopol qalası üzərinə yürüdü və qala aman diləyərək təslim oldu. Həmin ilin qışını Ədirnə sarayında qalan Sultan Murad yazda Bizans üzərində hücuma keçdi və Pınarhisar, Kırklareli və Vizə qalalarını ələ keçirdi. Osmanlı ordusunun İstanbul istiqamətində irəliləməsi şəhərdə təşvişə səbəb oldu. İmperator V İohann son çarə olaraq katolikliyi tanıma bahasına, papanın dəstəyini ala bilmək üçün Romaya getdi.[4]

Sultan Murad Bizansla mübarizə apardığı əsnada, Qara Timurtaş Paşa rəhbərliyindəki birliklər cənubi Bolqarıstandakı Elhovo və Yamboli, Şahin Paşa rəhbərliyindəkiv birliklər isə mərkəzdə İhtiman və Samokov qalaları üzərinə göndərilmişdi. Timurtaş Paşa hər iki qalanı ələ keçirərək qənimətlə Ədirnəyə döndü. Şahin Paşa isə sözügedən qalaları ələ keçirdikdən sonra bölgədə qalaraq serblərlə mübarizəyə başladı. Bizans imperatorunun təhrikləriylə yeni seçilən papa V Urban səlib hərəkatının Osmanlılar üzərinə yönəlməsində önəmli rol oynasa da, 2 il boyunca İtaliyada qalan imperator türklərin Balkanlarda irəliləməsinə qarşı mühüm siyasi nəticə əldə edə bilmədi.

Əslində isə səlib ordusunun Gəlibolunu işğal edərək imperatora təslim etməsi (14 iyun 1367) Rumelidəki Osmanlı torpaqları üçün mühüm təhlükə kəsb edirdi. Üstəlik bu vəziyyət İstanbuldakı Katolik-Pravoslav ittifaqını dəstəkləyənlərin sayını artırmışdı. Gəlibolunun geri qaytarılması üçün təzyiq göstərən Sultan Murad Çirmən döyüşünün ardından aparılan sülh müzakirələrində bu şərti irəli sürdü. Digər yandan Trakyadakı fəthlərin ardından imperatorun Sultan Murada göndərdiyi elçilərə də bu şərt irəli sürülmüşdü. Bu vəziyyət isə serbləri Bizans cəbhəsinə yaxınlaşdırdı və tərəflər siyasi evliliklə müttəfiqə çevrildi (1368). Üstəlik tərəflər arasında illərdir davam edən məzhəb problemi də 1371-ci ilin mayında kilsələrin birləşdirilməsi ilə sona çatdı.[5]

1371-ci ilin yazında serblərin döyüş hazırlığına başlamasının ardından Şahin Paşa o əsnada Bursada olan Sultan Muraddan yardım istədi. Ancaq yardım qüvvələrinin gecikməsi səbəbilə serblər Çirmənə qədər müqavimətsiz irəlilədilər. Ədirnə artıq təhlükə altında idi. Anadolu birliklərini toplayaraq Çanaqqala boğazına qədər irəliləyən Sultan Murad bölgədəki Bizans qüvvələri səbəbilə Rumeliyə keçə bilmədi. Üstəlik bu bölgədə hələ də Bizansın əlində olan Qarabiqa qalası var idi və hər an cəbhə arxasından hücum gözlənilirdi. Bu səbəblə toplanan divan məclisində öncə Qarabiqa qalasının ələ keçirilməsinə qərar verildi. Qurudan və dənizdən ümumi hücumla qala mühasirəyə alındı (1371-ci ilin yayı).

Osmanlı xronologiyalarına görə, Çirmən döyüşü (26 sentyabr 1371) Hacı İlbəy rəhbərliyindəki birliklərin serblər üzərində etdikləri ani basqınla nəticələndi. Bu basqın nəticəsində təşvişə düşən serb əsgərlərinin bir hissəsi, eləcə də serb kralı Vukaşin Maritsa çayına düşərək boğuldu və qalan birliklər qılıncdan keçirildi. Sultan Murad Qarabiqa mühasirəsi davam edərkən qələbə xəbərini aldı. Döyüşdən sonra həlak olan kralın oğulları və qardaşı Sultan Murada tabe olub illik xərac verməyi qəbul etsələr də, çox keçmədən taxt mübarizəsində məğlub oldular. Serbiya uğrunda yerli əsilzadələr arasında çıxan bu mübarizə Sultan Muradın Balkanlardakı gücünü sabit hala saldı.[1]

Sultan Murada qarşı imperatorla ittifaq quran və yeni səlib yürüşü təşkil etmək istəyən Papa V Urban 1370-ci ildə vəfat etdi. Beləcə, 2 məzhəbin birləşməsi və türklərə qarşı planlaşdırılan səlib yürüşü təxirə düşdü. Romada borc içinə düşən və kiçik hərbi birliklə İstanbula dönən imperator Osmanlılara tabe olmağa məcbur oldu (1372 qışı). Bizans imperiyası illik 15 min hyperper (1 hyperper yarım Venesiya qızılı idi) xərac ödəyəcək və Osmanlı sultanının səfərlərinə hərbi birlikləriylə vassal olaraq qatılacaqdı. Bu hadisə Osmanlının RumeliBalkanlardakı mülklərinin təhlükəsizliyi baxımından olduqca mühüm idi.

Osmanlı-Bizans ittifaqının qurulması isə ilk növbədə Roma papasını narahat edirdi. 1373-cü ilin payızında imperator, böyük oğlu Androniki taxtdan məhrum edərək kiçik oğlu Manueli varis elan etdi və bu hərəkətinin səbəbkarı olaraq Sultan Murad göstərildi.[4] Bu hadisənin ardından imperatorun Romaya yazdığı məktubda isə Osmanlı ilə bağlanan bu ittifaqın müvəqqəti olduğu qeyd edilirdi. O illərdə Təbrizdən İstanbula gələn bir keşişin yazdığına görə, ittifaqın qurulmasının ardından İstanbula bir çox türk ailəsi köçürülmüş, şəhər sanki türkləşməyə başlamışdı.[4]

Türklərə qarşı Balkanlarda təşkil ediləcək yeni bir səlib yürüşünə rəhbər olaraq Macar kralı seçilmişdi. Belə ki, Kral Lüdoviq papaya yazdığı məktubunda Bolqarıstan və Serbiya torpaqlarının ilhaqından sonra hədəfin Macarıstan krallığı olduğunu və buna qarşı 1374-cü ilin mayında səfərə azırlaşdığını qeyd edirdi. Dunay çayının cənub sahillərində möhkəmləməyə çalışan Kral Lüdoviq çox keçmədən Dalmasiyadakı rəqibi Venesiyaya müharibə elan etdi. Əslində macarların bu ərazilərdə irəliləməsi Sultan Muradın strategiyasına uyğun idi. Ancaq Bizans imperatoru kağız üzərində müttəfiq olduğu Osmanlılara qarşı papayla yazışmalara davam edir, Gəlibolu boğazının zəbt edilməsiylə türklərin Rumeliyə çıxışının qarşısını almağı planlaşdırırdı.

İdrisi Bitlisinin yazdığına görə, Çirmən döyüşünün ardından Sultan Murad 1372–1374-cü illərdə yenidən Rumelidə keçərək bölgədə mühüm zəfərlər qazandı. 1372-ci ilin baharında Köstəndil təkfuru Konstantin Osmanlı tabeliyini qəbul etdi. Bu itaətkarlıq 1389-cu ildə baş tutacaq Kosova səfərinə kömək oldu və Konstantin Osmanlı ordusunu ərzaqla təmin etdi. 10 aprel 1372-ci ildə Osmanlı birlikləri Salonikini ilk dəfə mühasirəyə alsa da, çox keçmədən mühasirə qaldırıldı. Ancaq o əsnada imperator Osmanlı ordusuyla birlikdə Rumelidə idi və bundan istifadə edən oğlu Andronik atasının əleyhinə üsyan başlatdı. Sultan Muradın o əsnada Bursada olan oğlu Savcı bəylə birləşən Andronikin üsyanı 1373-cü ilin mayında baş tutdu. Savcı bəy özünü Bursada sultan, Andronik isə İstanbulda imperator elan etdi. Ancaq Bizans mənbələrinə görə, 25 may 1373-cü ildə baş tutan çatışmada hər ikisi məğlub edildi. Andronik atasının birliklərinə təslim olsa da (30 may), Savcı bəy Trakyaya qaçıb bir müddət Dimetoka qalasına sığındı və 7 sentyabra qədər burada gizləndi.[6] Osmanlı tarixində isə bu hadisə fərqli qeyd olunur. Belə ki, Bursada Savcı bəy üsyan etdiyi əsnada Sultan Murad Ədirnədə idi.[7] Üsyan xəbərini aldıqdan sonra dərhal geri dönmüş və üsyandan xəbərsizcəsinə oğlunu ov üçün yanına çağırmışdır. Ancaq yanındakı tərəfdarlarının təhriki ilə xəzinəni talan edən və öz adına xütbə oxudan Savcı bəy, bu dəvəti qəbul etməyərək atasına qarşı ordu toplamağa başladı. Ardından Bursaya hücum edən Sultan Murad burada oğlunun tərəfdarlarını qılıncdan keçirdi və oğluna nəsihət edərək bu yoldan çəkinməsini istədi. Ancaq atasına qarşı sərt şəkildə cavab verən Savcı bəy, taxt iddiasının ləğvi məqsədilə gözlərinə mil çəkilərək kor edildi.[8] Üstəlik Osmanlı mənbələrində bu üsyanın tarixi 1373 yox, 1374-cü ilin yayı olaraq göstərilir.

İdrisi Bitlisiyə görə, Sultan Murad üçüncü dəfə Rumeliyə keçdiyi zaman budəfəki rəqibi Bolqarıstan çarı İvan Şişman oldu. Ancaq çar, serb knyazları kimi Osmanlı tabeliyinə keçdi və 3 illik xəracla sultanın hüzuruna çıxaraq tabeliyini bildirdi. Qışı Rumelidə keçirən Sultan Murad ardından Qara Timurtaş Paşanı bəylərbəyi təyin edərək Bursaya döndü. 1375–1381-ci illərdə Rumelidə mühüm reformasiyalar baş tutdu. Yerli xristian əsgərlərə timar adlı şərti torpaqlar verilərək Osmanlı tabeliyində qalmaları təmin edildi. Beləcə, Rumeli torpaqları Balkan-Osmanlı birliklərinin nəzarəti altında inkişaf etdi. Üstəlik, qəbul edilən yeni qanuna görə, vəfat edən timar sahibinin mülkü bir başqasına deyil, onun övladları arasında bölüşdürüləcəkdi.

Bu əsnada Osmanlının ən mühüm siyasi hədəfi isə Gelibolunu geri almaq idi. Bir gözünün kor edilməsinə baxmayaraq 1376-cı ilin avqustunda Bizans taxtını ələ keçirən Andronik genuyalıları və Sultan Muradın dəstəyini alaraq atası V İohann və qardaşlarını zindana atdı. Bozca adanı genuyalılara vəd etsə də, adanın Venesiya tərəfindən işğalı ilə iki dövlət arasında müharibə başladı. Osmanlı dəstəyini almaq niyyətində olan Andronik Gelibolunu Osmanlılara təslim etdi (1377). Çox keçmədən siyasətini dəyişən Sultan Muradın köməyilə 1379-cu ilin iyununda V İohann tutulduğu zindandan qaçaraq Üsküdarda olan sultana sığındı. Osmanlılara daha çox xərac vermə və Alaşəhərin təslimi şərtləriylə Osmanlı dəstəyini alan V İohann yenidən Bizans taxtına çıxarıldı. Andronik isə genuyalılara sığındı və 1381-ci ildə atasıyla bağlanan sülhə qədər mübarizəni davam etdirdi.

Anadolu səfəri

1381-ci ildə Sultan Murad Anadolu bəyliklərini mərkəzi hakimiyyətə tabe etmək məqsədilə yeni bir siyasət yürütməyə başladı. Bursada böyük bir mərasim təşkil edərək Anadolu bəylərini bura dəvət etdi. Belə ki, Gərmiyanoğlu Süleyman bəy, Həmid eli torpaqlarını ələ keçirməyə çalışan Qaramanoğullarına qarşı İlyas bəyi dəstəkləyirdi və bu mübarizədə Osmanlıları öz tərəfinə çəkməyə çalışırdı. Bu səbəblə Sultan Muradın oğlu Şahzadə Bəyazidlə qızı Sultan Xatunu evləndirdi. Cütlüyün toy mərasimi üçün 1381-ci ilin qışında Bursaya gələn Sultan Muradın əmriylə mərasim 1382-ci ilin baharında baş tutdu. Toy mərasimi səbəbilə Qaramanoğlu, Həmidoğlu, Mentəşoğlu, Təkəoğlu, Saruxanoğlu, AydınoğluCandaroğlu bəyləri Bursaya dəvət edildi. Qaramanoğlu və digər cənub Anadolu bəylikləri üzərində nüfuz sahibi olan Məmlük sultanı da unudulmamış, Misir elçisinə digərlərindən daha üstün rəftar edilmişdir. Toy mərasimi əsnasında Sultan Muradın qızı Nəfisə Mələk Xatun da Qaramanoğlu Ələddin Əli bəylə nişanlandı. Mərasim əsnasında mühüm diplomatik andlaşmalar da baş tutdu. Belə ki, Gərmiyanoğlu bəyliyinin Qaramanlılarla sərhəd ərazisi olan bir çox mülklər cehiz olaraq Şahzadə Bəyazidə ilhaq edildi. Bunun nəticəsində Sultan Murad sonuncu dəfə Rumeliyə keçmədən öncə oğlunu Qara Timurtaş Paşayla birlikdə Kütahyaya sancaqbəyi olaraq təyin etdi.

Serbiyalılara qarşı səfərə çıxmadan öncə Anadoludakı bəylikləri, xüsusilə də Qaramanoğullarını nəzarət altına almaq istəyən Sultan Murad mərasim əsnasında gəlinən razılıqla Akşəhər, Beyşəhər, Seydişəhər və İspartanı ələ keçirdi. Ancaq Qaramanlılar bunu heç vaxt qəbul edə bilmədi və 1385-ci ildə Sultan Murad Rumelidə ikən bu torpaqları işğal etdi. Sultan Muradın 1386-cı ildə çıxdığı Qaraman səfərinin səbəbi də məhz budur.

Macar kralı Lüdoviqin 1382-ci ilin sentyabrında vəfat etməsiylə Sultan Murad Balkanlardakı mühüm rəqibini aradan qaldırmışdı. Anadoludakı suverenliyi təmin etdikdən sonra Sultan Murad 1383-cü ildə yenidən Ədirnəyə döndü və sədrəzəmi Çandarlı Qara Xəlil Əfəndini Serez və Saloniki üzərinə göndərdi. Serez şəhəri 19 sentyabrda təslim oldu. Ardından Rumeli bəylərbəyi Qara Timurtaş Paşa Albaniya və Bosniya üzərinə göndərildi. Monastır şəhəri fəth edildi və birliklər bölgədəki alban qəbilələrini özlərinə tabe etdilər. Bu isə albanlar üzərində qurulan ilk Osmanlı hakimiyyəti idi. Bu əsnada Bursaya dönən Sultan Murad 1385-ci ilin baharında yenidən Rumeliyə keçdi. İdrisi Bitlisiyə görə, Knyaz Lazar əhalini və bütün ərzaq mallarını qalalara toplamış, dağ keçidlərini gücləndirmiş və mühüm müdafiə tədbirləri almışdı. 4 ay boyunca bölgədə hərəkət edən Osmanlı birlikləri düşməni izləməyə davam edirdi ancaq qış yaxınlaşırdı və ərzaq tükənmişdi. Ardından verilən qərarla səfərin istiqaməti dəyişərək Niş olaraq təyin edildi. Ümumi hücum əmrinin ardından qala ələ keçirildi və ən güclü qalasını itirən Knyaz Lazar Osmanlı təbəəliyini qəbul etdi. Səfərin ardından Qaramanlılara qarşı yeni bir səfər üçün hazırlığa başlayan Sultan Murad Bursaya döndü.

Qaraman səfəri

Qışı Bursada keçirən Sultan Murad baharda Qaramanoğulları üzərinə səfərə çıxdı. Bu səfərin nəticəsində ağır məğlubiyyətə uğrayan Qaramanoğlu Ələddin Əli bəy Konyaya çəkilsə də, Osmanlı qüvvələri şəhəri mühasirəyə aldı.[1] Sultanın əmrini tabe olmayaraq şəhəri talan etmək istəyən bəzi serb əsgərləri edam edildi. Bu hadisə isə Knyaz Lazarın üsyanında əsas bəhanələrdən biri oldu. Ancaq Ələddin Əli bəy sultanın kürəkəni idi və qızı Nəfisə Mələk Xatunun xahişi ilə tərəflər barışdı. Ələddin Əli bəy Sultan Muradın əlini öpərək yenidən Osmanlı təbəəliyini qəbul edetdi. Konyadakı mühasirəni qaldıran Sultan Murad Həmid eli mülkünü yenidən öz mülkünə qatdı. Ardından Təkəoğlu Osman Çələbiyə yazaraq Antalya və ətrafını tələb etsə də, istəyi qəbul edilmədi və nəticədə bu bölgələr də döyüşlə ələ keçirildi.[1][9] Daha sonra Kastamonudakı Candaroğulları arasındakı mübarizəni aradan qaldırmaq məqsədilə qardaşı Süleyman Paşanın qızı Sultan Xatunu Candaroğlu bəyi Bəyazidin oğlu Süleyman bəylə evləndirdi (1384). Bu siyasi nikah Candaroğlu bəyliyi üzərindəki Osmanlı hakimiyyətinin başlanğıcı oldu. Üstəlik bütün bu birləşdirmə siyasəti ərazidəki siyasi güclərdən biri olan Məmlüklər tərəfindən də tanınırdı. Belə ki, Məmlük sultanı Bərkuk Qazi BurhanəddinQaramanoğullarına qarşı Osmanlıları daim dəstəkləmişdir.[10] Bu Osmanlı-Məmlük ittifaqı Sultan Muradın vəfatına qədər davam etdi.

1383-cü ilin payızından bəri Çandarlı Qara Xəlil Əfəndinin mühasirəsində tutulan Saloniki nəhayət 10 aprel 1387-ci ildə ələ keçirildi. Həmin il bu münasibətlə Yenişəhərdə möhtəşəm mərasim keçirildi. Belə ki, mərasim əsnasında Sultan Murad imperatorun qızlarından biriylə evlənmiş, digər 2 qızı isə Şahzadə BəyazidŞahzadə Yaqubla evləndirilmiş, Şahzadə Bəyazidin 3 oğlu sünnət edilmişdir. Digər yandan mərasim əsnasında dəvət edilən Genuya elçilərinin səyiylə, 1387-ci ilin iyununda ticarət andlaşması yeniləndi.

Ertəsi il Osmanlıların dəstəklədiyi Şahin bəyin Balkanlarda məğlub olması bölgədəki tarazlığı pozdu.[1][11] 1385-ci ildə Sultan Murada tabe olan Knyaz Lazar Macar kralı Lüdoviqin də dəstəyini alaraq bölgədə hegemonluq edir, zəngin gümüş yataqlarını ələ keçirərək buradan əldə etdiyi gümüşü İtaliyaya daşımış, beləcə mühüm miqdarda sərvət qazanmışdı. Əldə etdiyi sərvətlə inşa etdirdiyi kilsə və monastırlarla ruhani təbəqəni də ətrafına toplayan Knyaz Lazar, ordusuna muzdlu əsgər toplamağa başlamışdı.

Kosova döyüşü və ölümü

Hüdavəndigar Məşhədi, Priştina, Kosova

Nəticədə Sultan Murad, Əmir Timurtaşı və bəzi sancaqbəylərini 5 min əsgərlə Anadoluda saxlayaraq altıncı dəfə Rumeliyə keçdi. 1388-ci ilin qışında Çandarlı Əli Paşanı Yaxşı bəy və 30 min əsgərlə birlikdə Bolqar çarının üzərinə göndərdi. Bolqarıstanın qısa zamanda tabe olmasının ardından Kosova hədəf seçildi.[12] Çar İvan Şişman Yambolidə qurulan ordugaha gələrək yenidən Sultan Murada tabe olduğunu bildirdi. Bağışlanan çara xələt geyindirildi və Silistrə qalasının təslim edilməsi əmr edildi. Ancaq çar bu andından dönərək qalanı vermədi və öncə Tırnovaya, ardından Niqboluya qaçdı.

Baş verən Kosova döyüşü Osmanlı birliklərinin parlaq qələbəsi ilə başa çatdı (15 iyun 1389). Döyüşün əvvəlində Osmanlı ordusunun sol qolu çöksə də, sağ qolu idarə edən Şahzadə Bəyazidin şücaətiylə zəfər qazanıldı.[11][13][14] Şair Əhmədinin yazdığı "Qəzanamə"yə görə, bir neçə adamıyla birlikdə döyüş meydanını gəzən Sultan Murad, cəsədlər arasında gizlənən Miloş Kobiloviç tərəfindən xəncərlə yaralandı və bir müddət sonra vəfat etdi. Daxili orqanları çıxarılaraq şəhid düşdüyü yerə dəfn olunan Sultan Muradın cənazəsi, İldırım Bəyazidin cülusundan sonra edam edilən oğlu Şahzadə Yaqubun cənazəsiylə birlikdə Bursaya gətirildi və burada öz adına inşa olunan türbəsinə dəfn olundu. Yaralandığı və öldüyü yerə Hüdavəndigar Məşhədi adı verilən türbə inşa olundu.[15]

Kosova döyüşü nəticəsində Sultan Muradın şəhid düşməsi xəbəri İstanbulda sevinclə qarşılandı. Üstəlik onun ölümü, oğlu Bəyazidin döyüş çadırında cülus etməsi, digər oğlu Yaqubun isə edam xəbəri Sivasa qədər bütün Anadoluya yayılmış, Sultan Murada tabe olan bəylər ayaqlanmışdı.

Ailəsi

Hərəmxanası

Oğlan uşaqları

Qız uşaqları

Mənbə

  • Ahmedî, Dâstân ve Tevârîh-i Mülûk-i Âl-i Osmân (haz. Çiftçioğlu N. Atsız, Osmanlı Tarihleri I içinde), İstanbul 1949, s. 14–20.
  • D. Cydonès, Correspondance, Vatican 1975, I–II, tür.yer.
  • Ducas, Decline and Fall of Byzantium to the Ottoman Turks (trc. H. J. Magoulias), Detroit 1975, tür.yer.
  • N. Gregoras, Rhomäische Geschichte (trc. J. L. van Dieten), Stuttgart 1973–88, I–III, tür.yer.
  • a.mlf., "Şehzade Halil’in Sergüzeşti" (trc. İ. Hoçi), TOEM, I/4 (1328), s. 239–252.
  • Karamânî Mehmed Paşa, Osmanlı Sultanları Tarihi (trc. İ. Hakkı Konyalı, Osmanlı Tarihleri I içinde), İstanbul 1949, s. 346–347.
  • Âşıkpaşazâde, Târih (Atsız), s. 126–134.
  • Enverî, Düstûrnâme, s. 84–87.
  • Tevârîh-i Âl-i Osmân: Die altosmanischen anonymen chroniken (nşr. F. Giese), Breslau 1922, tür.yer.; a.e. (haz. Nihat Azamat), İstanbul 1992, s. 21–29.
  • Hüdavendigâr Livası Tahrir Defterleri (nşr. Ö. Lütfi Barkan – Enver Meriçli), Ankara 1988, s. 26–44.
  • Hoca Sâdeddin, Tâcü’t-tevârîh, I, 103–125.
  • Phil. Konstantin, Lebensbeschreibung des Despoten Stefan Lazarevic (ed. M. Braun), ’s-Gravenhage 1956.
  • C. Jireček, Geschichte der Bulgaren, Prag 1876, s. 351–352.
  • a.mlf., Geschichte der Serben, Gotha 1911–18, I–II, tür.yer.
  • N. Jorga, Geschichte des Osmanischen Reiches, Gotha 1908, I, 196–266.
  • a.mlf., "Latins et grecs d’Orient et l’éstablissement des turcs en Europe, 1342–1362", BZ, XV (1906), s. 179–222.
  • Amasya Târihi, III, 63–65.
  • P. Lemerle, Philippes et la Macédoine orientale à l’époque chrétienne et byzantine, Paris 1945, I–II, tür.yer.
  • Gökbilgin, Edirne ve Paşa Livâsı, tür.yer.
  • a.mlf., Rumeli’de Yürükler, Tatarlar ve Evlâd-ı Fâtihân, İstanbul 1957, tür.yer.
  • a.mlf., "Una proposta di lega antiturca tra Venezia, Genova e Bizanzio nel 1363", Archivio Storico Italiano, sy. 113 (1955), s. 321–334.
  • S. Novaković, Srbi i Turci, XIV i XV veka, Beograd 1960, s. 197, 437–438.
  • a.mlf., "Edirne’nin Fethi", Edirne: Edirne’nin 600. Fetih Yıldönümü Armağan Kitabı, Ankara 1965, s. 137–159.
  • a.mlf., "How to Read Âşık Pashazâde’s History", Studies in Ottoman History in Honour of Professor V. L. Ménage (ed. C. Heywood – C. Imber), İstanbul 1994, s. 139–156.
  • a.mlf., "Ahmedi’s Gazānāme on the Battle of Kosova", Kosova, Paris 2000, s. 21–26.
  • M. C. Şehabeddin Tekindağ, Berkuk Devrinde Memlûk Sultanlığı, İstanbul 1961, tür.yer.
  • I. Beldiceanu-Steinherr, Recherches sur les actes des règnes des sultans Osman, Orkhan et Murad I, Münich 1967, tür.yer.
  • a.mlf., "La prise de Serrès et le Firman de 1372 en faveur du monastère de Saint-Jean-Prodrome", Acta Historica, IV (1965), s. 15–24.
  • a.mlf., "La conquête d’Andrinople par les turcs: La pénétration turque en Thrace et la valeur des chroniques ottomanes", Travaux et mémoires, I, Paris 1965, s. 439–461.
  • a.mlf., "Un acte concernant la surveillance des Dardanelles", BEO, XXIX (1977), s. 17–24.
  • Yaşar Yücel, Kadı Burhaneddin Ahmed ve Devleti (1344–1398), Ankara 1970, s. 103–104, 121.
  • Mustafa Çetin Varlık, Germiyanoğulları Tarihi (1300–1429), Ankara 1974, s. 57.
  • D. M. Nicol, The Last Centuries of Byzantium (1261–1453), Cambridge 1975, tür.yer.
  • Cronaca dei Tocco di Cefalonia (ed. G. Schirò), Roma 1975, tür.yer.
  • K. M. Setton, The Papacy and the Levant (1204–1571), Philadelphia 1976, II, tür.yer.
  • A. Luttrell, Latin Greece, the Hospillers and the Crusades (1291–1440), London 1982.
  • E. A. Zachariadou, Trade and Crusade: Venetian Crete and the Emirates of Menteshe and Aydin (1300–1415), Venice 1983, tür.yer.
  • a.mlf., "Marginelia on the History of Epirus and Albania (1380–1418)", WZKM, LXXVIII (1988), s. 195–210.
  • Stephen W. Reinert, "A Byzantine Source on the Battles of Bileća (?) and Kosovo Polje: Kydones’ Letters 396 and 398 Reconsidered", Studies in Ottoman History in Honour of Professor V. L. Ménage (ed. C. Heywood – C. Imber), İstanbul 1994, s. 249–272.
  • K. Fleet, European and Islamic Trade in the Early Ottoman State: The Merchants of Genoa and Turkey, Cambridge 1999, s. 15–20.
  • a.mlf., "The Treaty of 1387 between Murad I and the Genoese", BSOAS, LVI/1 (1993).
  • Mükrimin Halil Yinanç, "Ferîdûn Bey Münşeâtı", TOEM, XI/62–77 (1339), s. 161–168; XI/63 (1339), s. 77–81.
  • P. Charanis, "An Important Short Chronicle of the Fourteenth Century", Byzantion, XIII, Bruxelles 1938, s. 335–362.
  • a.mlf., "The Strife Among the Palaeologi and the Ottoman Turks, 1370–1402", a.e., XVI (1943), s. 286–314.
  • P. Tomać, "Bitka na Marici", Vojnoistorijski glasnik, VII, Beograd 1956, s. 61–74.
  • R. J. Loenertz, "Jean V Paléologue à Venise (1370–1371)", REB, XVI (1958), s. 217–232.
  • G. A. Škrivanić, "Bitka na Márici", Vojnoistorijski glasnik, XIV (1963), s. 71–94.
  • M. Spremić, "Harač Soluna XV veku", Zbornik Radova Vizantološkog instituta, X, Beograd 1967, s. 187–195.
  • J. Chrysostomides, "Studies on the Chronicle of Caroldo with Special Reference to the History of Byzantium 1371 to 1377", Orientalia Christiana Periodica, XXXV, Roma 1969, s. 123–182.
  • P. Schreiner, "Zur Geschichte Philadelpheias im 14. Jahrhundert (1293–1390)", a.e., XXXV (1969), s. 375–431.
  • V. Gjuzelev, "Chronikon Mesembrie", Godišnik na Sofia Universite Istor. Fakultat, sy. 66, Sofia 1975, s. 145–199.
  • İsmail Eren, "Kosova’da I. Murad Hüdavendigar Türbesine Ait Tarihî Bir Belge", GDAAD, IV–V (1976), s. 67–80.
  • J. Gill, "John V. Palaeologus at the Court of Louis of Hungary (1366)", Byzantinoslavica, XXXVIII/1, Prague 1977, s. 31–38.
  • N. Kočev, "Quel-ques reflexions au sujet de la diplomatie de Byzance à l’époque de la pénétration ottomane dans les Balkans", EB, sy. 2 (1978), s. 101–113.
  • İbrahim Artuk, "I. Murad’ın Sikkelerine Genel bir Bakış", TTK Belleten, XXXVI/184 (1982), s. 782–794.
  • H. Matanov, "Contribution to the Political History of South-Eastern Macedonia after the Battle of Cernomen", EB, sy. 2 (1986), s. 31–44.

İstinadlar

  1. Neşrî, Cihannümâ (Unat), I, 162–164, 190–196, 210–310.
  2. Halil İnalcık, "Stefan Duşan’dan Osmanlı İmparatorluğuna: XV. Asırda Rumeli’de Hristiyan Sipahiler ve Menşeleri", 60. Doğum Yılı Münasebetiyle Fuad Köprülü Armağanı, İstanbul 1953, s. 207–248.
  3. Oruç b. Âdil, Târih, Manisa Muradiye Ktp., nr. 1373, vr. 41a; a.e.: Tevârîh-i Âl-i Osmân, s. 20–26, 92–97.
  4. O. Halecki, Un emperour de Byzance à Rome, Warszawa 1930, s. 82–85, 169–212, 233, 241–309.
  5. G. Ostrogorski, Serska oblast posle dušanove smrti, Beograd 1965, tür.yer.
  6. F. Dölger, "Zum Ausstand Andronikos gegen seinem Vater Johannes V. im Mai 1373", a.e., XIX (1961), s. 328–332.
  7. F. Thiriet, Régestes des délibérations du Sénat de Venise concernant la Romanie, Paris 1958, I, 541.
  8. J. W. Barker, Manuel II Palaeologus (1391–1425): A Study in Late Byzantine Statesmanship, New Brunswick 1969, tür.yer.
  9. İstanbul’un Fethinden Önce Yazılmış Tarihî Takvimler (nşr. Osman Turan), Ankara 1984, s. 18, 19, 54, 55, 70.
  10. Esterâbâdî, Bezm ü Rezm (nşr. Kilisli Muallim Rifat), İstanbul 1928, s. 318, 381–383, 387–388.
  11. Th. A. Emmert, Serbian Golgotha: Kosovo 1389, New York 1990, s. 39, 43–44, 79–142.
  12. Feridun Bey, Münşeât, I, 89–116.
  13. N. Malcolm, Kosovo: A Short History, New York 1998, s. 58–80.
  14. R. Mihaljčić, Kraj Srpskog carstva, Beograd 1975, s. 43–45.
  15. Ayverdi, Osmanlı Mi‘mârîsi I, s. 209, 219–361.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.