I Matyaş

I Matyaş və ya Mattias Korvinus (mac. Hunyadi Mátyás, xorv. Matija Korvin, rum. Matei Corvin, slovak. Matej Korvín, çex. Matyáš Korvín, 24 fevral 1443[1], Kluj-Napoka, Macarıstan krallığı6 aprel 1490, Vyana)— 1458-1490-cı illərdə MacarıstanXorvatiyanın kralı. Bir neçə hərbi kampaniya təşkil etdikdən sonra 1469-cu ildə Bohemiya kralı seçilmiş, 1487-ci ildə isə Avstriya hersoqu ünvanını qəbul etmişdir[2].

I Matyaş
mac. Hunyadi Mátyás
1458 1490
Bohemiya kralı
1469 1490
1487 1490
ƏvvəlkiV Fridrix
SonrakıV Fridrix
Şəxsi məlumatlar
Doğum tarixi 24 fevral 1443[1]
Doğum yeri
Vəfat tarixi 6 aprel 1490 (47 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Qida zəhərlənməsi
Dəfn yeri
  • Sekeşfexervar kafedralı[d]
Fəaliyyəti siyasətçi, monarx
Atası Yanoş Hunyadi
Anası Elizabet Siladi
Həyat yoldaşları
  • Katalina Podebrad[d] (1461, 14611464),
  • Beatrisa Araqon[d] (1476, 14751490),
  • Elizabet Çelye[d]
Uşaqları
  • Yanoş Korvin[d],
  • N. Hunyadi[d]
Dini Hunyadi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Mattias Korvinus 24 fevral 1443-cü ildə Kolozvarda anadan olmuşdur. Matyaş Məşhur macar general Yanoş Hunyadinin kiçik oğlu idi[3]. Atasının ölümündən sonra o, 1456-cı ildə atasının düşməni Ulrix tərəfindən əsir götürülmüş, kiçik qardaşı Laslo Hunyadi isə öldürülmüşdü[4][5]. 1457-ci ildə V.Laslonun ölümündən sonra macar əsilzadələri ənənəyə sadiq qalaraq kralın seçki yolu ilə taxta çıxmasına qərar verdilər. Bu məqsədlə Macar taxtı üzərində iddiaları olan Müqəddəs Roma-Alman imperatoru III Fridrixə qarşı öz namizədlərini irəli sürdülər. 24 yanvar 1458-ci ildə Budada toplaşan məclis Matyaşı Macarıstan kralı seçdi. Matyaşın kral seçilməsi ilə orta ərslər tarixində ilk dəfə heç bir sülalə ilə bağı olmayan bir namizəd kral seçilmiş oldu.

Macarıstan kralı I Matyaş

I Matyaş Korvinusun Milanda, Sforçesko qəsrindəki heykəli

Daxili siyasəti

I Matyaş taxta çıxdıqdan sonra hərbi, iqtisadi və idarəetmə sahəsində bir sıra islahatlar həyata keçirdi. Bu islahatlar Macarıstanın itirdiyi nüfuzunun yenidən qayatırlmasına xidmət edirdi. Kral ilk növbədə xarici və daxili düşmənlərə qarşı moraviyalı, sileziyalıbohemiyalı[6] əsgərlərdən ibarət 30 minlik ordu yaratdı. Dövlətin gəlirlərini artırmaq məqsədilə vergilərdən azad edilmiş bir sıra torpaq sahibləri yenidən vergi ödəməyə tabe tutuldu və yeni vergilər elan edildi. Vergilərin nizami qaydada toplanması dövlət xəzinəsinin artmasına səbəb oldu . Mərkəzi hakimiyyəti gücləndirmək üçün kral ilk növbədə ona müxalif olar qruplaşmalarla mübarizə apardı. Bundan başqa krallıq daxilindəki adamlarına geniş səlahiyyətlər verdi, əyalət məhkəmələri isə krallıq məhkəməsinin tabeliyinə verildi. 1486-cı ildə krallıq daxilində yeni qanunlar ilə bağlı verilən fərmanlar oxunuldu[7]. I Matyaş yaxşı bir əsgər və idarəçi olmaqla yanaşı həm də incəsənətə və elmə olan marağı ilə tanınmışdır. Onun sahib olduğu əl yazmalar, rəsm əsərləri, heykəl kolleksiyaları bütün Avropada məşhur idi. Buda da yerləşən məşhur Korvina kitabxanası da məhz I Matyaş tərəfindən qurulmuşdur. Kitabxanada 10 mindən çox əlyazma mövcud idi. Bu əlyazmalardan bəziləri I Sultan Süleymanın hücumu zamanı İstanbula göndərilsə də sonralar 1877-ci ildə geri qaytarılmışdır.

Xarici siyasəti

I Matyaş ölkə daxilində hakimiyyətini gücləndirdikdən sonra ən böyük məqsədlərindən biri olan Bohemiya krallığınıMüqəddəs Roma İmperiyasını ələ keçirmək üçün fəaliyyətə başladı. Yeni bir müharibəyə başlamadan əvvəl ilk öncə Papalıq və bir neçə İtaliyan dövlətləri ilə münasibətləri yoluna qoyan kral daha sonra Fransa və Burqundiyaya da öz elçilərini göndərdi. 1469-cu ildə isə Bohemiya kralı ünvanını qəbul edərək özünü Moraviya, SileziyaLusatyanın kralı elan etdi. III Fridrix hələ də taxt üzərində iddialarına davam etməkdə idi. Bu məqsədlə AvstriyaAlmaniya ilə mütəffiqlik quraraq I Matyaş üzərinə hücuma keçdi. Nəticədə I Matyaş Avstriya və Sitirya üzərindəki iddialarından əl çəkmək məcburiyyətində qaldı.

İstinadlar

  1. https://www.britannica.com/biography/Matthias-I.
  2. "Matthias I". 2022-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-18.
  3. "Matthias Corvinus of Hungary". 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-18.
  4. "Matthias Corvinus". 2022-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-18.
  5. Babinger, Franz. Mehmed the Conqueror and His Time. Princeton University Press. 1978. ISBN 0-691-09900-6.
  6. Cartledge, Bryan. The Will to Survive: A History of Hungary. C. Hurst & Co. 2011. ISBN 978-1-84904-112-6.
  7. E. Kovács, Péter. Matthias Corvinus (macar). Officina Nova. 1990. ISBN 963-7835-49-0.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.