I Mariya (Portuqaliya kraliçası)

I Mariya (port. Maria I) və ya Dəli Mariya (port. Maria a Louca; 17 dekabr 1734[1][2][…], Lissabon20 mart 1816[1][2][…], Rio-de-Janeyro) — Braqanza sülaləsinə mənsub ilk PortuqaliyaBraziliya kraliçası. Əmisi III Pyotrla evlənib, onunla birlikdə ölümünədək ortaq monarx kimi, onun vəfatından sonra isə təkbaşına krallığı idarə etdi.

I Mariya
port. Maria I de Bragança
Şəxsi məlumatlar
Doğum tarixi 17 dekabr 1734(1734-12-17)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 20 mart 1816(1816-03-20)[1][2][…] (81 yaşında)
Vəfat yeri
Sülalə Braqanza sülaləsi
Atası I Jozef (Portuqaliya kralı)
Anası Marianna Viktoriya (Portuqaliya kraliçası)
Həyat yoldaşı
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[3]

İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Donna Mariya Fransiska Portuqaliya kralı I Jozefinİspaniya infantası Marianna Viktoriyanın ən böyük qızı idi. Taxtın varisi olaraq Braziliya şahzadəsi və Braqanza hersoqinası elan edildi. 1760-cı ildə əmisi İnfant Pyotrla evləndi və cütlüyün bu nikahdan 6 övladı dünyaya gəldi. Ancaq bunlardan yalnız üçü yetkinlik yaşına çatdı — İnfant Xose, İnfant Con, İnfanta Marianna Viktoriya. Atasının 1777-ci ildə vəfatının ardından 42 yaşlı Mariya taxta çıxdı. Əri İnfant Pyotr da krallığın de-yure kralı elan edildi.

Ərinin 1786-cı ildə vəfatından sonra təkbaşına hakimiyyəti ələ alan Donna Mariya öncə ərinin, daha sonra isə varisi İnfant Xosenin ölümü ilə psixoloji sarsıntı keçirdi. Kiçik oğlu İnfant Con taxt naibi olaraq krallığın idarəsinə gətirildi. Napoleon Bonapartın Avropadakı işğalçı siyasəti səbəbilə Donna Mariya və bütün saray əhalisi 1807-ci ildə Portuqaliyanı tərk edərək Braziliyaya qaçdı. 1815-ci ildə Braziliya krallığının elanı ilə Donna Mariya Braziliya kraliçası oldu. Ancaq cəmi 1 il sonra vəfat etdi və oğlu İnfant Con taxta çıxdı.

Mənbə

  • Cheke, Marcus (1947). Carlota Joaquina, Queen of Portugal. London, England: Sidgewick & Jackson. p. 203. ISBN 9780836950403
  • Birmingham, David (2018). A Concise History of Portugal. Cambridge University Press. pp. 93–107. ISBN 978-1-108-42419-6

İstinadlar

  1. Maria I // Encyclopædia Britannica (ing.).
  2. Lundy D. R. Dona Maria I de Bragança, Rainha de Portugal // The Peerage (ing.).
  3. Çex Milli Hakimiyyət Məlumat bazası.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.