I Manuil (Trabzon imperatoru)

Həyatı

Atası ilk Trabzon imperatoru I Alekseydir. Atası 1222-ci ildə vəfat etdiyi əsnada o və qardaşı İohann azyaşlı olduğu üçün taxta bacısının əri Andronik Gidos çıxdı. Bu müddət ərzində taxtın ikinci varisi olaraq qalan Manuel, Andronik Gidosun ölümünün ardından qardaşı İohannın taxta çıxmasıyla vəliəhd elan edildi. Əslində imperator qardaşının Yannis adlı bir oğlu vardı və taxt sırasında ondan öncə olmalı idi. Ancaq bu vəliəhd bilinməyən səbəblə rahib olmağı seçmiş və qalan ömrünü kilsədə keçirmişdir. Beləcə, Manuel hələ qardaşının sağlığında ikən taxt varisi elan edildi.

Trabzonda inşa etdirdiyi Ayasofya kilsəsi

Qardaşının üç illik qısa səltənətinin ardından 1238-ci ildə Manuel taxta çıxdı. Hakimiyyətinin ilk illərində monqol yürüşlərinə qarşı Rum sultanınıNikeya çarlığını dəstəkləyən I Manuel daha sonra monqolların təbəəliyini qəbul etdi. Bu səbəblə münasibətləri pisləşən Anadolu səlcuqları 1254-cü ildə Sinopa hücum etdi və buranı işğal etdi.

Onun dönəmində Roma papasıFransa krallığı ilə diplomatik əlaqələr qurulmuş, Fransa kralı IX Lüdovikə yazdığı məktubla qızlarından biriylə evlənmək istədiyini bildirmiş, ancaq onun bu təklifi qəbul edilməmişdir.

Yenə onun səltənətində 1250–1260-cı illərdə Trabzonun mərkəzində məşhur Ayasofya kilsəsi inşa olunmuşdur.

Ailəsi

Xanımları

Uşaqları

Mənbə

  • Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c. 1071–1330, 1968
  • George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877)
  • Alexander Kazhdan, (Ed.) (1991). The Oxford Dictionary of Byzantium (İngilizce). Oxford ve New York: Oxford University Press. ISBN 0-19-504652-8

İstinadlar

  1. Lundy D. R. Manuel I Comnenos, Emperor of Trebizond // The Peerage (ing.).
  2. Jackson Williams, Kelsey (2007). "A Genealogy of the Grand Komnenoi of Trebizond". Foundations: The Journal of the Foundation for Mediaeval Genealogy.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.