I Maksimilian (Müqəddəs Roma imperatoru)
Habsburqlu I Maksimilian (22 mart 1459[1], Viner-Noyştadt[d], Müqəddəs Roma imperiyası – 12 yanvar 1519[2][3][…]) — Müqəddəs Roma İmperatoru. 1493-cü ildən ölümünə qədər hakimiyyətdə olmuş, müharibələr və nikah diplomatiyası nəticəsində Habsburq sülaləsinin nüfuzunu xeyli artırmışdır.
I Maksimilian | |
---|---|
alm. Maximilian I | |
| |
4 fevral 1508 – 12 yanvar 1519 | |
Sonrakı | V Karl |
9 aprel 1486 – 12 yanvar 1519 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Erzherzog Maximilian von Österreich |
Doğum tarixi | 22 mart 1459[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 12 yanvar 1519[2][3][…] (59 yaşında) |
Dəfn yeri |
|
Sülalə | Habsburqlar sülaləsi |
Anası | Portuqaliyalı Elyanora (Müqəddəs Roma imperatriçası)[4] |
Həyat yoldaşları |
|
Uşaqları | |
|
|
Təltifləri | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
İlk illəri
Maksimilian Müqəddəs Roma imperatoru III Fridrixlə (1415–1493) portuqaliyalı Eleanorenin oğludur. Atası 1440-cı ildə Alman kralı, 1452-ci ildə Müqəddəs Roma İmperatoru olmuşdur. Bundan əlavə Avstriya hersoqu olan atası oğlunun təhsilinə xüsusi əhəmiyyət verirdi. Maksimilian 1477-ci ildə Burqundiya hersoqu Pis Karlın yeganə qızı Burqundiyalı Merrylə evlənərək, 1477-ci ildə, Nansi döyüşündə Fransa kralı XI Lüdovikə (1423–1483) məğlub olaraq, öldürülən qayınının ardından Burqundiya hersoqu oldu. Həyat yoldaşından, sonradan imperator olan V Karlın atası olan Yaraşıqlı Flipp, Avstriyalı Marqaret və kiçik yaşda ölən Frans adlı 3 uşağı olan Maksimilian, yoldaşının 1482-ci ildə ölməsindən sonra Burqundiya hersoqu ünvanını itirdi.[5] Ancaq vaxtı ilə qayınatası Pis Karlın ələ keçirdiyi Burqundiya Flandriyasını qorumağı bacardı. Atası III Fridrix tərəfindən vəkil elan edildi və atası ölənə qədər bu ünvanını qorudu. 16 fevral 1486-cı ildə Roma kralı (Rex Romanorum) elan edilən Maksimilian, Flandriyanı oğlu Flippə verdi. Atasının 19 avqust, 1493-cü ildə ölməsindən sonra Müqəddəs Roma imperatoru elan edilən Maksimilian, eyni ildə Fransa ilə imzaladığı müqavilə ilə Flandriyanın özünə aid olduğunu fransızlara qəbul etdirdi.[6]
İmperatorluq illəri
Maksimilian, imperator olmadan öncə 1491-ci ildə Breton hersoqluğunun Fransaya qalmaması üçün Breton hersoqu Fransiskin yaşayan tək uşağı və varisi olan qızı Bretanlı Anna ilə evləndi.[7] Ancaq Fransa kralı VIII Karlın (1470–1498) etirazları və təhdidlərindən sonra Anna, Maksimiliandan ayrılaraq VIII Karlla evləndi.[8] Beləcə Breton hersoqluğunu itirən Maksimilian, 1494-cü ildə, Milan hersoqu və VIII Karlın düşməni Lüdoviko Sforzanın qardaşı qızı Bianka Mariya Sforza ilə evləndi.[9] İtalyan savaşlarına Fransanın düşməni olaraq qatıldı. Fransanın I İtaliya Müharibəsində (1494–1498) məğlubiyyətə uğramasından sonra İtaliya fransız işğalından azad oldu. Ancaq Maksimilin bütün diqqətini İtaliyaya yönəldiyindən İsveçrədə artan milliyətçi üsyanlara saymazyana yanaşdı. Buna görə, 1499-cu ildə I Maksimilianın qüvvələrinə qarşı zəfər qazanaraq, İsveçrənin Müqəddəs Roma İmperiyasından ayrı hesab edilməsinə nail oldular. Sonralar Maksimilian İsveçrəni yenidən imperiyaya qatmaq istəsə də, bacarmadı.
1500-cü illərin başlanğıcında, Avropada vəziyyət belə idi; Fransa kralı VIII Karlın ölümündən sonra yerinə keçən XI Lüdovik dövründə yenidən güclənmiş, İtaliyadakı müharibələr yenidən başlamış (II İtaliya Müharibələri), Ludoviko Sforza Milana girən fransızların tələbi ilə hersoqluqdan imtina etmiş, Venesiya Respublikası və Osmanlı imperiyası savaşmaqda (1499–1503), İspaniya Xristafor Kolumbun kəşf etdiyi Amerikaya kəşf səyahətləri etməkdə və Almaniyada çəkişmələr baş verməkdə idi. Maksimilian gedərək artan fransız təhdidinə qarşı 1490-cı illərdə İspaniya kralı II Ferdinand və kraliçası Kastilyalı İzabelın qızları Xuana ilə öz oğlu Yaraşıqlı Flippi evləndirmişdi[10], bu evlilikdən sonralar Müqəddəs Roma imperatoru olacaq və İspaniya kralı olacaq V Karl ilə Müqəddəs Roma imperatoru I Ferdinand doğuldu.[11] Digər yandan artan Osmanlı təhlükəsini hiss edən imperator, buna qarşılıq Macarıstan və Bohemiya kralı Vladislasla (1456–1516) yaxşı münasibətlər qurmuş[12] və evlilik yolları ilə münasibətlərini artırmışddı. Bu evliliklər sonralar imperatorun köməyinə yetəcəkdi.[13]
Fransa kralı XII Lüdovik II İtaliya Müharibələri (1499–1502) başladıqdan qısa müddət sonra Fransa İtaliyanın böyük bir hissəsini işğal etmişdi. Buna görə Fransanın gücündən çəkinən bəzi dövlətlər Maksimilianın rəhbərliyində "Xalqın Xoşbəxtliyi Üçün Birlik" adlı ittifaq qurdular. Lüdovik, İttifaqa qarşı uzun savaşlardan sonra 1508-ci ildə onları məğlub edə bildi. Ancaq İtaliya Müharibələri getdikcə şiddətlənməyə başladı, bu dövrdə Maksimilianın oğlu və İspaniya kralı II Ferdinandın varisi Dəli Xuananın əri Yaraşıqlı Flipp, qayınatasını onun xeyrinə taxtdan əl çəkməyə məcbur edərək, I Flipp adı ilə İspaniya kralı oldu. Flippin 1506-cı ildə ölməsindən sonra Ferdinand taxtı yenidən ələ keçirdi, I Maksimilianla onun nəvəsi olan Carlosu (V Karl) özünün varisi elan etdi. Beləliklə də, V Karl 1516-cı ildə İspaniya, 1519-cu ildə isə Alman və Avstriya taxtına çıxdı.[14]
"Xalqın Xoşbəxtliyi Üçün Birlik" kral XII Lüdovik tərəfindən məğlub edildikdən sonra, Maksimilian Lüdoviklə barışıq imzaladı, lakin III İtaliyan müharibəsində Fransaya qarşı savaşan dövlətlərə yardım etdi.
31 oktyabr, 1517-ci ildə, alman rahib Martin Lüter, Vittenburqda "95 tezis"ini qala-kilisənin qapısına asaraq, Katolik keşişləri tanımadığını elan etdi və beləcə Reformist Hərəkat başladı. Qısa müddətdə Almaniyaya yayılan hərəkat, Papa X. Leonun hiddətlənməsinə səbəb oldu. Martin Lüter Saksoniya hersoqu III Fridrixin qorumasına girdi və Papanın göndərdiyi aforoz kağızını yandırdı. Maksimilian əvvəldə reformist hərəkatı önəmsəməsə də, Papanın təzyiqi və hərəkatın təhlükəli bir şəkildə yayyılmasını nəzərə alıb, Martin Lüteri dönük elan etdi. Əslində Lüterin səbəb olduğu hərəkatı önəmsəməyən Maksimilian, Lüterin qurduğu Protestant kilsəsinin imperiyaya və Papaya vuracağı ziyanı tam görəcək qədər yaşamadı, lakin öldüyü zaman Protestantlığı əngəlləməməklə etdiyi səhvin böyüklüyünü görürdü.
Ölümü
Maksimilian, 12 yanvar, 1519-cu ildə Avstriyada 59 yaşında öldü. İnnsbruckdə dəfn edilən Maksimilianın yerinə 1516-cı ildə İspaniya kralı olan I Karlos (V Karl) keçdi. Flandriyaya isə Maksimilianın qızı Avstriyalı Marqaret hakim oldu. Avstriya isə Maksimilianın kiçik nəvəsi Ferdinandın hakimliyinə verildi. Maksimilianın ölümündən sonra İspaniya və Avstriya birləşərək böyük bir güc halına gəldi. Macaristan və Bohemiya isə 1526-cı ildə Macar kralı II Lajosun (1506–1526) Moxoc döyüşündə Osmanlı sultanı I Süleymana (1494–1556) məğlub olaraq ölməsindən sonra, Bohemiya Avstriyanın oldu, yerdə qalan digər ərazilər isə Osmanlıya verildi.
İstinadlar
- Deutsche Nationalbibliothek Record #118579371 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Maximiliaan van Oostenrijk. 2009.
- Skjelver D. M., Wiesflecker H. Maximilian I // Encyclopædia Britannica (ing.).
- Kindred Britain.
- World Book Encyclopedia, Field Enterprises Educational Corporation, 1976. Jump up^ Encyclopædia Britannica 1911
- Hare, Christopher (1913). Maximilian The Dreamer, Holy Roman Emperor 1459–1519. Stanley Paul & Co. p. 70.
- Hare, Christopher (1907). The high and puissant princess Marguerite of Austria, princess dowager of Spain, duchess dowager of Savoy, regent of the Netherlands. Harper & Brothers. pp. 43–44.
- Seton-Watson, Robert William (1902). Maximilian I, Holy Roman Emperor : Stanhope historical essay 1901. Westminster: Archibald Constable & Co. pp. 23–24, 28–29. Retrieved 8 December 2013.
- Michael Erbe: Die Habsburger 1493–1918. Kohlhammer Urban 2000. ISBN 3-17-011866-8. pp. 19–30
- Maximilian I. Excerpted from Encyclopædia Britannica, 11th Ed. Vol XVII. Cambridge: Cambridge University Press, 1910. 923 Arxivləşdirilib 2019-09-20 at the Wayback Machine. Luminarium.org (2007–01–26). Retrieved on 2012–01–02.
- Heinz-Dieter Heimann: Die Habsburger. Dynastie und Kaiserreiche. ISBN 3-406-44754-6. pp. 38–45
- Fichtner, Paula Sutter (1976). "Dynastic Marriage in Sixteenth-Century Habsburg Diplomacy and Statecraft: An Interdisciplinary Approach". The American Historical Review. Oxford University Press on behalf of the American Historical Association. 81 (2): 243–265. doi:10.2307/1851170 Arxivləşdirilib 2023-07-23 at the Wayback Machine. JSTOR 1851170 Arxivləşdirilib 2022-05-01 at the Wayback Machine.
- Hare, Christopher (1913). Maximilian The Dreamer, Holy Roman Emperor 1459–1519. Stanley Paul & Co. p. 208.
- Aikin, Judith Popovich (1977). "Pseudo-ancestors in the Genealogical Projects of the Emperor Maximilian I" Arxivləşdirilib 2013-12-11 at the Wayback Machine. Renaissance et Réforme. 13 (1): 8–15. Retrieved 8 December2013.