I Mahmud (Səlcuq)
I Mahmud (fars. محمود; türk. Mahmud; 1088 – noyabr 1094, İsfahan) — Beş yaşında ikən 1092-1093-cü illərdə Böyük Səlcuqlu Dövləti hökmdarı, 1093-1094-də isə İsfahan və Fars bölgəsinin vassal hökmdarı elan edilmişdir.[1]
I Mahmud | |
---|---|
Mahmud | |
Böyük Səlcuq sultanı | |
1092 – 1093 | |
Əvvəlki | I Məlikşah |
Sonrakı | Börkiyaruq |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | İsfahan, Böyük Səlcuq İmperiyası |
Vəfat səbəbi | Təbii çiçək |
Fəaliyyəti | siyasətçi |
Atası | I Məlikşah |
Anası | Türkan xatun |
Həyatı
1092-ci ilin noyabrında Məlikşah öldüyü zaman 13 yașında olan və qanuni varisi olaraq elan edilmiş olan Əbul-Müzəffər Börküyarıq Böyük Səlcuqlu Dövləti taxtına keçdi. Amma Məlikşahın arvadı Qaraxanlılar hökmdarının qızı olan Türkan xatun Məlikşahdan sonra öz oğlu Mahmudun sultan olmasını istəyirdi. O zaman Səlcuqlu Dövləti vəziri olan və qısaca "Mustafi" olaraq xatırlanan "İbn Mərzban Xosrov Firuz Şirazi ibn Darust Tacumulk Əbul-Qanayim" tərəfindən dəstəkləndi. Bağdaddakı Abbasi xəlifəsi Müqtədini də xəbərdar edən Türkan xatun Məlikşahın ölümündən 6 gün sonra, 25 Noyabr 1092-də beş yaşındakı oğlu Mahmudu sultan elan etdirib Bağdadda oğlu adına xütbə oxutdu.[2]
Müxtəlif bölgələrdə valilik və idarəçilik edən Səlcuqlu liderləri bu qarışıqlığı fürsət bilib öz müstəqilliklərini elan etməyə başladılar. Məlikşahın qardaşı Xorasan və Bəlxi tutdu. Məlikşahın digər bir qardaşı olan Tutuş özünü Şamda Suriya məliki elan etdi. Ali idarəçilərdən Xələb əmiri olan Ağsunqur əl-Hacib müstəqilliyini elan etdi. Diyarbəkir əmiri kimi digər vali və əmirlər də özlərini müstəqil elan etdilər.
Azərbaycan və Arran valisi olan və Börküyarıqın dayısı və əmisioğlu olan Yaqut ibn İsmayıl ibn Davud, Mahmudun sultanlığını qəbul etdiyini açıqca bildirdi.
Qutalmış oğlu Süleymanın oğulu olan I Qılınc Arslan əsir olduğu İrandan Anadoluya qaçdı və burada atasına dəstək vermiş və bu bölgələrə köç etmiş olan Türkmən tayfalarının mənsubları tərəfindən Anadolu Səlcuqlu Dövləti Sultanı olaraq qəbul edildi.
Sultan Börküyarıq, dövlət Vəziri olan "Mustavi"dən əvvəl vəzir olan amma uzun bir dövr vəzifədən sonra Nizari İsmaili dövləti tərəfindən bir sui-qəsdə qurban gedib öldürülmüş olan Nizamülmülk yaxınları və tərəfdarları (Nizamıya) tərəfindən tutulmaqda idilər.
Türkan xatun oğluna tərəfdar tapmaq və səltənətini gücləndirmək üçün rəvayətə görə ordu mənsublarına 20.000 qızıl dinar bəxșiș paylamışdı. Türkan xatun sonra da Əmir Kür-Boğanı[3] İsfahanda olan vəliəhd Börküyarıqı tutmaq üçün İsfahana göndərdi. Türkan xatun və I Mahmud ordu ilə bu əmiri izlədilər. Ancaq Vəzir Nizamülmülk tərəfdarları da 14 yaşındakı Börküyarıqı Rəy şəhərinə qaçıraraq sultan elan etdilər.
Oğlu Mahmudu bütün ölkənin hakimi etmək istəyən Türkan xatun, sultan elan edilən Börküyarıq ilə mübarizəyə başladı. Börküyarıq tərəfdarları Reydə yeni bir ordu təşkil edərək 1093-cü ilin yanvarında İsfahana getdilər və şəhəri mühasirəyə aldılar. Türkan Xatun və oğlu I Mahmudun ordusu ilə Börküyarıqun ordusu arasında 17 Yanvar 1093-cü ildə Luristanda Həmədan və Əhvaz arasındakı yol üzərində olan bir mövqedə Burucird döyüşü baş tutdu. Mahmud və Türkan Xatunun ordusundakı bəzi əmirlər və əsgərlər Börküyarıq tərəfə keçdi və Türkan xatunun ordusu döyüşü uduzdu.
Türkan xatun və Mahmud İsfahana çəkildi. Burada ikən daha əvvəl Mahmudu tutmus olan Azərbaycan və Arran valisi olan və Börküyarıqın dayısı və əmisioğlu olan Yaqut ibn İsmayıl ibn Davudun Sultan Börküyarıq tərəfinə keçdiyi xəbəri gəldi. Türkan Xatun və Vəzir "Mustavi" onun bir sui-qəsdlə öldürülməsini təşkil etdilər. 1093-cü ilin fevralında Vəzir "Mustavi" Börküyarıq tərəfindən tutularaq əsir alınıb, edam edildi.
Türkan xatun Börküyarıq ilə müqavilə bağladı. Bu razılaşmaya görə Türkan xatun ilə Mahmud İsfahan və Fars bölgəsinə vassal hökmdar olaraq hakim olacaqdı. Börküyarıq isə bütün qərbi Böyük Səlcuqlu Dövləti ūzərində Sultan olaraq hökm sürəcəkdi.[2]
Bu razılaşmadan təxminən yarım il sonra Türkan xatun xəstələnərək öldü. Türkan xatunun ardından da 1094-cü ildə Sultan Mahmud çiçək xəstəliyinə tutularaq öldü.
İstinadlar
- Nagendra Kr Singh (ed.) (2005) International encyclopaedia of Islamic dynasties, Anmol Publication PVT Ltd., s. 1076.
- Özaydın, Abdülkerim (2001) Sultan Berkyaruk Devri Türk Tarihi (485-498/1092-1104), İstanbul: İstanbul Üniversitesi Yay. ISBN 975-404-608-5
- Kafesoğlu, İbrahim (1992), Selçuklular İstanbul: MEB Yayınlar, ISBN 975-11-0454-8 , Kür-Boğa maddesi