I Klement
I Klement — 4-cü Roma papası olaraq bilinir. Bəzi mənbələrə görə[3] 88-97-cu illər aralığında Roma Papası olaraq fəaliyyət göstərmişdir. İmperator Trayanın dövründə edam edilmiş və şəhidlik zirvəsinə ucalmışdır.
Papalıq hakimiyyəti | Sələfi | Xələfi |
---|---|---|
88 - 97 | Klet | Evarist |
I Klement | |
---|---|
lat. Clemens PP. I Romanus | |
4-cü Roma Papası | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | I əsr |
Doğum yeri | Roma, İtaliya, Roma İmperiyası |
Vəfat tarixi | 99[1] |
Vəfat yeri | Taurika, Roma İmperiyası (indiki-Krım, Ukrayna/Rusiya |
Vəfat səbəbi | Xəstəlik |
Dəfn yeri | Müqəddəs Pyotr bazilikası |
Fəaliyyəti | ilahiyyatçı, katolik keşişi[d] |
Atası | Tit Flavi Sabin |
Dini | Roma-Katolik kilsəsi[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Papa Müqəddəss I Klement haqqında kifayət qədər məlumat tapılmamışdır. Papalığdan əvvəlki həyatına dair məlumatlar çox azdır. Papa Pyotr dövründə, Roma Yepiskopluğunu idarə etdiyinə dair sənədlər var.[4] Bu yepiskopluq dövründə, ona müqəddəs ünvanını uyğun görmüşdülər. Yepiskopluğ dövründə, xristianlığı uyğun bir dillə insanlara izah etmiş və insanlara xristianlığı sevdirmişdi. Bu səbəbdən xalq arasında tolerantlıq, sevgi və hörmət qazanmışdı.
Papa Pyotr, şəhid edilincə onun yerinə gələn 2 papa (Linus, Anakletus) vəzifəyə təyin olunmuşdu. Təxmin edilənlərin əksinə, onlara qarşı papa haqqı iddiasında olmayıb. Bu səbəbdən, papalar arasında ən səbirli və xoşgörüşlü papa olaraq bilinərdi.
Papalıq dövrü
Anqlikan kilsəsi və Lüteran kilsəsi, ilk qurulduğu əsrlərdə papanı müqəddəs sayırdılar. Ortodokslar, 24 noyabr - 25 noyabr aralığında Papa I Klementin anım gününü qeyd edirlər.[5]
Papa I Klement, yüksək kilsə vəzifəlilərinə yazdığı məşhur məktubunda yaşlılara yaxşı davranılmasını, yoxsullara kömək əlinin uzadılmasını, köməkləşmə və həmrəylik kimi bir sıra nəsihətlər etmişdir. Klement, papalar arasında ilk papa tacını və papalıq paltarlarını geyinməsi tanınan papa olmuşdur. Ondan sonra, papalar bu paltarları və tacı geyinirlər.
Ölümü
Xristian düşmənliyi azalsa da Romada hələ davam edirdi. IV əsrdə yazılan bir sənədə əsasən Papa I Klement imperator Trayan dövründə gəmi ilə Taurikaya, Krıma sürgünə göndərilmişdir. Krıma çatanda bir daş ocağında işə yollanmışdır. Oradakı həbs-sürgünlərin susuzluq çəkdiyini görmüş və xəyalında "quzu" gördüyü bir təpədə olan yerə bir balta ilə vurub su çıxartmışdır. Bu hadisədən sonra orada yaşayanların çoxu xristianlığı qəbul etmişdilər. Bu səbəblə edama məhkum edilmiş və limanda olan bir gəmidə papa I Klementin boynuna gəmi çapasını dolayıb çapayı dənizə atmışdılar və I Klement beləcə öldürülmüşdür. Lakin bu sənəddən daha əvvəl yazılmış olan Xristian kilsəsinin ilk Dönəm tarixini yazan kitablarda (Yevsevi və Müqəddəss Yerom) bunu "Xristian şəhidlik" hekayəsi olaraq verilmir.[6]
Həmçinin bax
İstinadlar
- Barcellona F. S., autori vari CLEMENTE I, santo // Enciclopedia dei Papi (it.). 2000.
- Catholic-Hierarchy.org (ing.). USA: 1990.
- (ing.) "Clement of Rome, St." Cross, F. L. (ed.), The Oxford Dictionary of the Christian Church, (New York: Oxford University Press, 2005).
- (ing.) Chapman, John. "Pope St. Clement I." in The Catholic Encyclopedia 1908 Arxivləşdirilib 2012-05-08 at the Wayback Machine
- (ing.) John Meyendorff, The Primacy of Peter: Essays in Ecclesiology and the Early Church Arxivləşdirilib 2020-02-14 at the Wayback Machine (St Vladimir's Seminary Press, 1992), (səhifə 135–136)
- (ing.) Church History 3.4.10 Arxivləşdirilib 2022-01-20 at the Wayback Machine "Clement ... was appointed third bishop of the church at Rome"
Xarici keçidlər
- Müqəddəs l Klement Britaniya Online Ensiklopediyasında
- Papa l Klemetin gördüyü işlər - İnternet arxivi