I Just Can't Stop Loving You

I Just Can't Stop Loving YouMaykl CeksonSiedah Garrett tərəfindən ifa olunmuş məşhur balladadır. Mahnı Maykl Ceksonun yeddinci solo albomu olan Baddən çıxarılmıç ilk sinqldır. Mahnının ispan dilində olan versiyası "Todo Mi Amor Eres Tú" adlanır. Fransız dilində olan "Je Ne Veux Pas La Fin De Nous" adlı versiyası isə Maykl Ceksonun ölümündən sonra "Bad 25" albomunda satışa çıxarılmışdır. Mahnının söz və musiqi müəllifi Cekson özüdür. Əvvəlcə mahnının Ceksonun seçdiyi iki qadın müğənnidən biri – ya Barbra Streyzand ya da Vitni Hyustonla birgə ifa edilməsi nəzərdə tutulmuşdu. Hətta Areta FranklinAgnetaa Feltskoqla (ABBA qrupunun üzvü) da birgə ifa edilməsi də düşünülürdü. Lakin hər dörd qadın ifaçı o zaman başqa işlə məşğul olduğu üçün təklifi qəbul edə bilməmişdi.

I Just Can't Stop Loving You
Maykl CeksonSiedah Garrett tərəfindən Bad albomunda ifa olunmuş sinql
Yayımlanma tarixi 20 iyul, 1987
Format sinql
Janr Pop/R&B
Dil ingilis dili
Müddət 04:11
Prodüser Maykl Cekson və Quincy Jones
Bəstəkar Maykl Cekson
Sözlərin müəllifi Maykl Cekson
Studiya Epic Records
Maykl CeksonSiedah Garrett sinqllarının xronologiyası
"Thriller"
(1984)
"I Just Can't Stop Loving You"
(1987)
"Bad"
(1987)
Audio nümunəsi
I Just Can't Stop Loving You mahnısının səslənməsi

Bu zaman mahnının müəllifi və Kuinsi Cons Ceksonun "Man In The Mirror" mahnısının bəstəkarı Garrettə mahnını Ceksonla birgə səsləndirməyi təklif etdilər. Beləcə Garret 1984-cü ildə Dennis Edvardsla olan "Don't Look Any Further" hitindən sonra növbəti hiti səsləndirmək təklifi aldı.

Mahnı çox uğurlu alınmış və dinləyicilər tərəfindən sevilmişdir. Həmçinin hit paradlarda da sürətlə irəliləyən mahnı Billboard Hot 100 – də ilk beşliyə daxil ola bilmişdir. Mahnı həmçinin Billboard R&B və adult contemporary hit paradlarında birinciliyə yüksəlmişdir.

Bu mahnı Ceksonun "AC chart"da birinciliyə yüksəlmiş ikinci sinqlıdır (bu hit paradda zirvəyə yüksəlmiş ilk mahnısı Pol Makkartni ilə birgə 1982-ci ildə ifa etdiyi "The Girl Is Mine" mahnısı olmuşdur.)[1] Mahnıya klip çəkilməmişdir. 2012-ci ildə "Bad 25" layihəsi çərçivəsində mahnı yenidən sinql şəklində satışa çıxarılmışdır.

Orijinal versiyada mahnı Ceksonun danışığı ilə başlayır. Lakin sonra çıxarılmış versiyalarda və ümumiləşdirici albomlara daxil edilmiş versiyalarda həmin hissə ixtisar edilmişdi.

Fon və yazılması

Maykl Cekson debüt balladası olan "I Just Can't Stop Loving You" mahnısını Barbara Streyzand və ya Vitni Hyustonla birgə ifa etmək istəyirdi. Lakin hər iki müğənni Ceksonun duet təklifini qəbul edə bilmir.[2] Bundan sonra "Temptations" qrupunun keçmiş üzvü Dennis Edvardsla birgə ifa etdiyi "Don't Look Any Further" mahnısı ilə duet təcrübəsi olan Siedah Garrettin duet ortağı olması təklif edilir. Garrett, Deco üçün elan olunmuş müsabiqədə qalib gəlməsindən sonra ilk dəfə Maykl Ceksonun prodüseri olan Kuinsi Consun diqqətini cəlb etmişdi. Bundan sonra isə o, "Warner Bros. Domestic Television Distribution"la müqavilə imzalamışdı.[2] Müğənniyə tez-tez demo mahnılar göndərilirdi və həmin mahnılardan biri də, gələcəkdə Cekson tərəfindən oxunacağı naməlum olan for "I Just Can't Stop Loving You" mahnısı idi. Səsyazma studiyasına çağırıldıqda Gerrett bunun "Man in the Mirror" mahnısının həmmüəllifi olması ilə əlaqəli olduğunu düşünürdü.[2] Lakin studiyada ona Maykl Ceksonla duet ifa etmək üççün seçildiyi bildirilmişdi. Ümumilikdə bu mahnı, Ceksonun Motown dövründə ifa etdiyi "Got to Be There" balladasını xatırladır.[2]

Mahnının orijinal albom versiyası Ceksonun danışığı ilə başlayır. O, "I just want to lay next to you for awhile. You look so beautiful tonight… A lot of people misunderstand me. That's because they don't know me at all. I just want to touch you and hold you…" sözlərini deyir.[3]

Tənqidçilərin mövqeyi

Sputnikmusic tənqidçisi mahnıya beşdən dörd ulduz verir və qeyd edir: "Bu heç də albomun ən çox diqqət çəkən mahnılarından biri deyil. Lakin mən onu daha çox dinlənildiyinə və xüsusilə instrumentasiyasının diqqət çəkməsinə görə qiymətləndirirəm. Bu həqiqətən də yaxşı mahnıdır, sözləri sanki musiqiyə sarılmışdır, lakin mahnı indi də alboma xüsusi bir fərqlilik verir və vocal ifaları ilə diqqəti cəlb edir."[4] "Los Angeles Times"dan Riçard Kromleyn mahnı haqqında mənfi fikir bildirərək yazır: "Monoloq yüngül, kövrək və incə səslənsə də, onun arxasınca gələn titrək və unudulmaz musiqi bir qədər tük ürpədici təsir bağışlayır və bu Norman Bitsin "Psixo IV" filmindəki sürətlənməsini xatırladır."[3] "Rolling Stone"dan mahnını şərh edən Devitt Sigerson yazır:

"Kobud insanlar kədərlənir ki, Ceksonun adı heç də tez-tez xatırlanmayan Siedah Garrettlə birgə ifa etdiyi 'I Just Can't Stop Loving You' mahnısı onun ikinci uğursuz çıxışı idi. Musiqidə MakKartizmin azalması və hər kəsdə səhvlərin axtarıldığı bir dövrdə çırtma və timpani ifasında yanlışlıq axtaranlardan soruşmaq lazımdır ki, son vaxtlar hansı mahnıda xorun ifasında yanlışlıq axtarıblar?"[5]

Hit-parad göstəriciləri

"I Just Can't Stop Loving You" Ceksonun "Bad" albomuna daxil olan mahnılar arasında ən çox uğur gözlənilən mahnılardan biri idi. Sinql U. S. Billboard Hot 100 hit paradında 8 avqust 1987-ci ildə 37-ci ildə debüt etmişdir. Sinql 1987-ci ilin ən yüksək debüt nəticəsini göstərməklə, ikinci həftəsində 16-cı, yeddinci həftəsində, 19 sentyabr 1987-ci ildə isə birinciliyə yüksəlmişdir.

Lakin albomun eyni adlı mahnısının tezliklə sinql kimi satışa çıxarılması ("Bad" sinqlı "I Just Can't Stop Loving You" ilə eyni həftədə 40-cı yerdə debüt etmişdi.) mahnının hit parad liderliyinə tez son qoymuş və cəmi beş həftə sonra mahnı 40-cı pilləyə qədər enimiş, ümumilikdə on bir həftə top 40-da qalmışdır. Billboard, 1987-ci ilin yekun "Hot 100 chart"ında mahnını 43-cü yerdə qərarlaşdırmışdır.

Sinql üç həftə "Billboard's Adult Contemporary" hit paradında birinci yerdə qərarlaşaraq Ceksonun hit paradın zirvəsinə yüksəlmiş ikinci mahnısı olmuşdur. Birləşmiş Krallığın "UK Singles Chart"ında mahnı 11 avqust 1987-ci ildə birinciliyə yüksəlmiş, ilin sonunda isə 30-cu yerdə qərar tutmuşdur.

Avtobioqrafik əsəri olan "Moonwalk"da cekson qeyd edir ki, mahnı fikrində tutduğu kiməsə həsr edilməmişdir, lakin mahnını hər dəfə canlı ifa edərkən fikrində mütləq kimisə tutur.

Hit-parad (1987) Yüksəldiyi
yer
Australian Singles Chart 10
Austrian Singles Chart 5
Belgium Singles Chart 1
Canadian Singles Chart 2
Danish Singles Chart 1
Dutch Singles Chart 1
Eurochart Hot 100 Singles 1
French Singles Chart 12
German Singles Chart 2
Irish Singles Chart 1
Japan Singles Chart (International Singles) 3
New Zealand RIANZ Singles Chart 3
Norwegian Singles Chart 1
Spanish Singles Chart 1
Swedish Singles Chart 4
Swiss Singles Chart 2
UK Singles Chart 1
US Billboard Hot 100 1
US Billboard Hot Adult Contemporary Tracks 1
US Billboard Hot Black Singles 1
US Billboard Hot Latin Songs (Spanish Version) 11
Hit-parad (2009) Yüksəldiyi
yer
Swiss Singles Chart 40[6]
UK Singles Chart 78

Canlı ifalar

Cekson, "Bad World Tour" çərçivəsində mahnını arxa fon ifaçısı Şeril Krou ilə, "Dangerous World Tour" çərçivəsində isə Siedah Garretlə birgə ifa etmişdir. Bruneydəki Kral Konsertində isə Cekson mahnını Marva Hickslə birgə ifa etmişdir. "This Is It" konsertlərində isə Cekson mahnını Cudi Hillə birgə ifa etməli idi, lakin müğənninin qəfil ölümü bu konsertləri yarımçıq qoydu. Buna baxmayaraq mahnı "This Is It" filmində istifadə edildi. Ceksonun ölümündən sonra, Cudi Hill, "I Will Always Be Missing You" adı ilə mahnının sekvelini yazaraq ifa edib.

Çıxarılması

  • CD promo:
  1. "I Just Can't Stop Loving You" (7" version) – 4:12
  • US 7" single
  1. "I Just Can't Stop Loving You" (with spoken intro) – 4:17
  2. "Baby Be Mine" – 4:20
  • US 12" special edition single
  1. "Todo Mi Amor Eres Tu" – 4:06
  2. "I Just Can't Stop Loving You" (7" version) – 4:12
  • US 3" CD single
  1. "I Just Can't Stop Loving You" (7" version) – 4:12
  2. "Baby Be Mine" – 4:20
  • American CD single Wal-Mart exclusive
  1. "I Just Can't Stop Loving You" (original album version) — 4:25
  2. "Don't Be Messin' 'Round" (demo) — 4:19

Remiks versiyaları

  1. Album version / Original album mix* – 4:25
  2. 7" version – 4:11 *Bu versiya Bad albomunun sonrakı nəşrlərində orijinal versiyanın yerinə verilmişdir.
  3. "Todo mi amor eres tú" ispan dilli versiya – 4:06 ("Sən Mənim Sevgimsən" mənasını verir.)
  4. "Je ne veux pas la fin de nous" fransız dilli versiya – 4:06 ("Bizim Sonumuzu İstəmirəm" mənasını verir.)

Heyət

  • Musiqisi və sözləri – Maykl Cekson
  • Maykl Ceksonla vokal duet — Siedah Garrett
  • Prodüser – Kuinsi Cons
  • İkinci pordüsser – Maykl Cekson
  • Natan İst – Bass
  • N'dugu Chancler – zərb alətləri
  • Paulinho Da Costa – zərb alətləri
  • Den Haff – Gitara
  • Con Barnes – Pianino
  • Kristofer Kurrell – Sinklaviyer
  • Devid Peyç, Qreq Fillinceyc – Sintezator
  • Stiv Porkaro – Sintezator proqramlayıcısı
  • Ritm aranjimançısı – Kuinsi Cons
  • Sintezator aranjimançısı – Devid Peyc və Kuinsi Cons
  • Vokal aranjimançısı – Maykl Cekson və Con Barns

Digər ifalar

  • 2001-ci ildə "Maykl Cekson: 30-cu ilinə xüsusi" konsertində mahnı Qloria EstefanCeyms İnqrem tərəfindən ifa olunmuşdur.
  • Müasir caz gitaraçısı Çak Loeb 2002-ci ildə çıxardığı "My Shining Hour" albomunda mahnının improvizasiyasını təqdim etmişdir.[7]
  • 2009-cu ildə "Latin American Idol" yarışmasının səkkiz finalçısı mahnının ispan dilində versiyasını "Todo mi amor eres tú" adı ilə ifa etmişlər.[8]
  • 2012-ci ildə "Xor" musiqili serialının "Michael Jackson Tribute Episode" seriyasında mahnı ifa edilmişdir.[9]
  • 2013-cü ildə Tobi Lav mahnının ispan dilində olan cersiyasını bakatada ifa etmişdir. Bu versiya Dominikan Respublikasında "Billboard Tropical Songs" hit paradında birinciliyə yüksəlmişdir.[10][11]

2012 Buraxılışı

I Just Can't Stop Loving You
Maykl CeksonSiedah Garrett tərəfindən Bad 25 albomunda ifa olunmuş sinql
B tərəfi "Don't Be Messin' 'Round"
Yayımlanma tarixi 5 iyun 2012
Format sinql
Janr Pop/R&B
Dil ingilis dili
Müddət 04:25
Prodüser Maykl Cekson və Quincy Jones
Bəstəkar Maykl Cekson
Sözlərin müəllifi Maykl Cekson
Studiya Epic Records
Maykl CeksonSiedah Garrett sinqllarının xronologiyası
""Immortal Megamix: Can You Feel It/Don't Stop 'Til You Get Enough/Billie Jean/Black or White (Immortal Version)""
(2011)
"I Just Can't Stop Loving You"
(2012)
"Bad (Afrojack Remix) (DJ Buddha Edit)"
(1987)

5 iyun 2012-ci il tarixində "Bad 25" layihəsi çərçivəsində mahnı yenidən sinql şəklində təqdim edilmiş və "Walmart" mağazalarında satışa çıxarılmış, lakin, dijital satışdan imtina edilmişdir.[12] Sinqla "I Just Can't Stop Loving You" mahnısının 1987-ci ildə çıxarılmış "Bad" albomuna daxil olan tam versiyası (bu versiyada mahnının əvvəlində Ceksonun nitqi də verilsə də, sonrakı versiyalarda bu hissə kəsilmişdir), "Don't Be Messin' 'Round" mahnısının 1986-cı ildə yazılmış demo versiyası daxil edilmişdir. "Billboard"ın ən yaxşı satış nəticələrinə görə sıralamaya əsaslanan "Hot Singles Sales Chart"da "I Just Can't Stop Loving You" mahnısı 5,000 nüsxə satışla birinci yerdə debüt etmişdir. "One More Chance" mahnısının 2003-cü ildə "Hot R&B/Hip Hop Singles Sales Chart"da üç həftə birinciliyi saxlamasından sonra bu Ceksonun Billboard hit paradlarında birinciliyə yüksəlmiş ilk mahnısı idi.[13][14] Vinil sinql ABŞ-də 26 iyun 2012-ci ildə satışa çıxarılmışdır.[15]

Trek siyahısı

  • Worldwide 5" CD Single (88725414922)[12]
  1. I Just Can't Stop Loving You (Album Version) — 4:23
  2. Don't Be Messin' 'Round (Demo) — 4:19
  • US 7" single
  1. "I Just Can't Stop Loving You" (with spoken intro) – 4:25
  2. "Baby Be Mine" – 4:20

Hit-parad göstəriciləri

Hit-parad (2012) Yüksəldiyi
yer
Hungarian Singles Chart 6[16]
Japan Hot 100 94[17]
Japan Oricon Singles Chart 39[18]
US Billboard Hot Singles Sales Chart 1[13]
Canadian Physical Singles Sales Chart 1[19]
Spanish Physical Singles Chart 1[20]
French Singles Chart 64[21]

Çıxarılma tarixi

Ölkə Tarix Format
Fransa 4 iyun 2012[22] CD Sinql
Yaponiya 6 iyun 2012[23]
Almaniya 1 iyun 2012[24]
Birləşmiş Krallıq 12 iyun 2012[25]
ABŞ 5 iyun 2012
26 iyun, 2012 7" Sinql

Qələbə və Məğlubiyyətləri

Sələfləri 
Los Lobos - "La Bamba"
BK nömrə bir sinql
9 avqust 1987 - 23 avqust 1987
Xələfləri 
Rick Astley - "Never Gonna Give You Up"
Sələfləri 
Dionne Warwick & Jeffrey Osborne - "Love Power"
Billboard Adult Contemporary nömrə bir sinql
29 avqust 1987
Xələfləri 
Vitni Hyuston - "Didn't We Almost Have It All"
Sələfləri 
Los Lobos - "La Bamba"
Billboard Hot 100 nömrə bir sinql
19 sentyabr 1987
Xələfləri 
Vitni Hyuston - "Didn't We Almost Have It All"
Sələfləri 
Force M.D.'s - "Love is a House"
Billboard Hot Black Singles nömrə bir sinql
19 sentyabr 1987 - 25 sentyabr 1987
Xələfləri 
LL Cool J - "I Need Love"

İstinadlar

  1. Hyatt, Wesley (1999). The Billboard Book of #1 Adult Contemporary Hits (Billboard Publications), page 324.
  2. Hogan, Ed. "I Just Can't Stop Loving You | Allmusic". Allmusic. Rovi Corporation. 2011-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-25.
  3. Cromelin, Richard. "Michael Jackson has a good thing in 'Bad'". Los Angeles Times. August 31, 1987. 2013-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-25.
  4. "Michael Jackson - Bad (album review) | Sputnikmusic". Sputnikmusic. April 23, 2006. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-25.
  5. Sigerson, Davitt. "Album Reviews: "Bad"". Rolling Stone. Wenner Media LLC. 2001. 2016-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-07.
  6. "Swiss Singles Chart Archives". hitparade.ch. 2013-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-25.
  7. "My Shining Hour overview". Allmusic. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-14.
  8. "LATIN AMERICAN IDOL DIRIGE TODO MI AMOR ERES TU DE MICHAEL JACKSON SU CANCION EN ESPAÑOL". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-14.
  9. "Glee - I Just Can't Stop Loving You". 2021-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-14.
  10. "Tropical Songs - Week of April 13 2013". Billboard. Prometheus Global Media. 2013-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-13.
  11. "Latin Hits". Monitor Latino. RadioNotas. 2013-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-25.
  12. "Michael Jackson - I Just Can't Stop Loving You - Sony Music Entertainment Germany GmbH". 2012-08-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-25. (#invalid_param_val)
  13. "Weekly Chart Notes: Carly Rae Jepsen, Michael Jackson, Eric Church". Billboard.com. 2012-06-16. 2018-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-20.
  14. "Alan Jackson Scores Top Debut on Billboard 200, Adele's Back at No. 1". Billboard.com. 2012-06-13. 2013-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-26.
  15. "I Just Can't Stop Loving You (VINYL): Michael Jackson: Amazon.co.uk: Music". Amazon.co.uk. 2021-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-25.
  16. "MAHASZ – Magyar Hanglemezkiadók Szövetsége". mahasz.hu. 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-13.
  17. "Hot 100 JAPAN Charts|publisher=Billboard JAPAN". 2011-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-20.
  18. "キャント・ストップ・ラヴィング・ユー マイケル・ジャクソンのプロフィールならオリコン芸能人事典-ORICON STYLE". Oricon Style. 2012-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-20.
  19. "Arxivlənmiş surət". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-14.
  20. "Spanish Physical Singles Chart". PROMUSICAE. 2016-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-25. (#invalid_param_val)
  21. "lescharts.com - Les charts français". PROMUSICAE. 2021-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-20.
  22. "I Just Can'T Stop Loving You: Michael Jackson: Amazon.fr: Musique". Amazon.fr. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-04.
  23. "I Just Can'T Stop Loving You: Michael Jackson: HMV Japan:". hmv.co.jp. 2012-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-06.
  24. "I Just Can't Stop Loving You: Michael Jackson: Amazon.de: Musik". Amazon.de. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-04.
  25. "I Just Can't Stop Loving You: Michael Jackson: Amazon.co.uk: Music". Amazon.co.uk. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-04.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.