I Fridrix Vilhelm (Brandenburq kürfürstü)

I Fridrix Vilhelm (alm. Friedrich Wilhelm von Brandenburg; 16 fevral 1620[1][2][…], Berlin Şəhər Sarayı29 aprel 1688[3], Potsdam Şəhər Sarayı[d], Potsdam[4]) — Brandenburq kürfürstü, Prussiya hersoqu.

I Fridrix Vilhelm
alm. Friedrich Wilhelm von Brandenburg
1 dekabr 1640 9 may 1688
Şəxsi məlumatlar
Doğum tarixi 16 fevral 1620(1620-02-16)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 29 aprel 1688(1688-04-29)[3] (68 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti Əsilzadəlik, rəsm kolleksioneri[d]
Ailəsi Hohensollernlər
Dini Kalvinizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəaliyyəti

Böyük kürfürüst (alm. Großer Kurfürst) adlanan Fridrix Vilhelm (1640–1688) Hollandiyada mükəmməl siyasət dərsi, tarix dərsi, hərb dərslər almışdı. O, 30 illik müharibədən sonra ölkənin düşdüyü ağır vəziyyəti nəzərə alaraq, yalnız Brandenburqun qorunub saxlanması istiqamətində siyasət yeridirdi. "Membra unis kapitis" adlanan siyasət yeritdi. Mahiyyət etibarilə ittifaqın üzvü hissəsi mənasını verir. Dövlətin ayrı-ayrı hissələri özlərinin vahid bir siyasi sistemin üzvləri kimi qəbul etməyə başladı. Ayrı-ayrı şəhərlərin və zadəgan mülklərinin imtiyazları azaldılırdı. Sərt idarəetmə sistemi yaradılırdı. idarəçiliyin bütün pillələrində nəzarət və hesabat prinsipi təyin edilirdi. Digər uğurlu addımı isə ölkənin müharibədən sonra dağılmış ərazilərin bərpası məqsədilə edilən tədbirlər idi. O, öz ölkəsinin ərazisini bütün qaçqınlara, sərgərdar dolaşan əsgərlərə, hətta soyğunçulara acıq elan etdi. Dini təqiblərdən qacan Hollandiyadan yəhudiləri və katolikləri, Fransadan hugenotları, Almaniyanın katolik dövlətlərindən lüteranları Brandenburq kürfürstlüyi onlar üçün sığınacaq idi. 29 oktyabr 1685-ci ildə Potsdam edikdi ilə bütün kolonistlərə ticarətdə imtiyazlar və güzəştlər, 10 il müddətində vergilərdən azad edilmələrini və sexlərə pulsuz qəbul edilmələrini bəyan etdi. İstehlak olunan bütün məhsullara aksiz tətbiq edildi. Dövlətin gəliri 40 min talerdən 1,5 mlna qədər artdı. Ordu 37 min nəfər oldu.

1650–1651-ci illərdə Brandenburq ilə Neyburq arasında Yulix müharibəsi baş verdi. 1655–1661-ci illərdə I Fridrix Vilhelm İsveç-Polşa müharibəsində iştirak etdi. İsveç ilə imzaladığı sazişlərə (Labiau müqaviləsi, 20 noyabr 1656-cı il) əsasən, X Karl Prussiya üzərində Hohensollernlərin tam suverenliyini tanıdı. Polşa ilə yaxınlaşdı və 1657-ci ildə onunla Velau müqaviləsini imzaladı. Polşa kralı Hohensollerlərin Prussiya üzərində tam hakimiyyətini tanındı. 1675-ci ildə Fransaya qarşı müharibəyə qoşuldu. Fransanın tərəfində müharibəyə qoşulan İsveç Brandenburqa hücum etdi. Avstriyanın davranışı səbəbindən Brandenburq 1679-cu il iyunun 29-da Fransa ilə imzaladığı Sen-Jermen sülh müqaviləsi ilə ələ keçirdiyi bütün əraziləri məğlub olmuş düşmənə verməli oldu. Sonuncu ərazi uğrunda müharibəsi Sileziya uğrunda idi.

İslahatları

  • Din azadlığı elan edir ki, bu da knyazlıqda müxtəlif ölkələrdən gələn mühacirlərin sayını artırır,
  • Fransadan, Hollandiyadan gələn mühacirlər sənayenin və ticarətin inkişafına səbəb olurlar,
  • Ölkədə bataqlıqlar qurudulur, kanallar çəkilir,
  • Merkantlizim siyasəti yeridən Fridrix Vilhelm elə vergi sistemi yarada bilir ki, xəzinəyə ildə 1,4 milyon taler pul sabit gəlsin,
  • İlk manufakturalar meydana gəlir, dövlət aparatı mərkəzləşdirilir və bürokratikləşdirilir,
  • Ordunun sayı 37 min nəfərə çatdırılır,
  • Landtaqlar heç bir rol oynamadıqları üçün yerli məmurlar şəbəkəsi inkişaf etdirilir.

Ədəbiyyat

  • Bernhard Erdmannsdörffer. Friedrich Wilhelm (Kurfürst von Brandenburg) // Allgemeine Deutsche Biographie (ADB). — Bd. 7. — Lpz.: Duncker & Humblot, 1878. — S. 480–497.  (alm.)
  • Peter Bahl: Der Hof des Großen Kurfürsten. Studien zur höheren Amtsträgerschaft Brandenburg-Preußens. Köln 2001.
  • Gerd Heinrich (Hrsg.): "Ein sonderbares Licht in Teutschland". Beiträge zur Geschichte des Großen Kurfürsten von Brandenburg (1640–1688). Berlin 1990.
  • Ludwig Hüttl: Friedrich Wilhelm von Brandenburg, der Große Kurfürst 1620–1688. Eine politische Biographie. München 1984.
  • Johann Gustav Droysen: Geschichte der preußischen Politik, Theil 3: Der Staat des großen Kurfürsten. 2. Auflage. Leipzig 1872.
  • Ernst Opgenoorth: Friedrich Wilhelm, der Große Kurfürst von Brandenburg. Göttingen u.a. 1971–1978. (zweiteilige Habilitationsschrift)
  • Форстен Г. В. Фридрих-Вильгельм, курфюрст бранденбургский // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.

İstinadlar

  1. Skalweit S. Frederick William // Encyclopædia Britannica (ing.).
  2. Friedrich Wilhelm von Brandenburg // RKDartists (nid.).
  3. Lundy D. R. Friedrich Wilhelm Kurfürst von Brandenburg // The Peerage (ing.).
  4. https://web.archive.org/web/20040411220152/http://www.preussen.de/de/geschichte/1640_kurfuerst_friedrich_wilhelm.html.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.