I Artafern

I ArtafernLidiyanın fars satrapı, I Daranın kiçik qardaşı.

I Artafern
Lidiya satrapı
e.ə. 513 e.ə. 493
SonrakıII Artafern
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. VI əsr
Doğum yeri
Vəfat tarixi e.ə. 493
Vəfat yeri
Fəaliyyəti siyasətçi, dövlət rəsmisi
Atası Histasp
Uşağı
Ailəsi Əhəmənilər sülaləsi
Hərbi xidmət
Mənsubiyyəti Əhəmənilər imperiyası
Rütbəsi general

Həyatı

Artafern I Daranın çox güman ki yaşca kiçik qardaşı idi, çünki onun Bisütun kitabəsində təsvir olunan vətəndaşlıq müharibəsində iştirakı barədə heç bir məlumat qeyd olunmamışdır.

O, Herodotun "Tarix" əsərində dəfələrlə xatırlanır. Klisfenin dövründə Afina səfirləri məhz ona, fars padşahına itaət və onun hökmdarlığının tanınmasının rəmzi olan "torpaq və su"yu təqdim etmişdilər.[1]

Lidiya satrapı olaraq İoniya üsyanı zamanı qiyamçı yunan şəhərlərinə qarşı vuruşurdu. Üsyan zamanı onun idarə etdiyi satrapiyanın paytaxtı Sardis yunanlar tərəfindən işğal edildi.[1] Qiyam yatırıldıqdan sonra sülh üçün məqbul şərtlərlə danışıqlar aparmaq üçün səfir tərəfindən onun yanına Hekatey göndərildi. Siciliyalı Diodora görə, Hekatey öz məqsədinə uğurla nail oldu.[2]

Artaferndən sonra Lidiyanın hökmdarı onun oğlu II Artafern oldu, hansı ki farslar üçün uğursuz başa çatan Marafon döyüşü zamanı fars ordusuna komandanlıq edirdi.

İstinadlar

  1. "Artaphernes" (ingilis). сайт www.livius.org. 2012-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-07.
  2. Siciliyalı Diodor. Tarixi kitabxana (kitab X, fəsil 25).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.