I Aleksandr Torpağı

I Aleksandr Torpağı (rus. Остров Александра I) — Antarktidanın ən iri adası, sahəsi 43 250 km² təşkil edir.

I Aleksandr Torpağı
rus. Остров Александра I
Ümumi məlumatlar
Sahəsi 43 250 km²
Uzunluğu
  • 378 km
Eni 200 km
Hündür nöqtəsi 3140 m
Əhalisi
  • 0 nəf.
Yerləşməsi
71°00′00″ c. e. 70°00′00″ q. u.
Ölkə  Antarktida
Akvatoriya
I Aleksandr Torpağı xəritədə
I Aleksandr Torpağı
I Aleksandr Torpağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğafiya

Ada Antarktidadan 20 km qərbdə Bellinshauzen dənizi daxilində yerləşir. Uzunluğu 378 km, eni 200 km təşkil edir. Sahil xəttinin uzunluğu 2185 kilomertdir. Materikə Şelf buzlağı ilə birləşdiyindən kosmosdan görünməz olur. Ən hündür yeri 3140 metr təşkil edir. İqlimi Antarktikdir, iyul ayının orta temperaturu −15°S, yanvar ayında isə 0°S təşkil edir. İllik yağıntının miqdarı 500 mm-dir.

Tarix

I Aleksandr Torpağı 28 yanvar 1821-ci ildə Birinci Rus Antarktik ekspedisiyası Faddey BellinshauzenMixail Lazarev tərəfindən kəşf edilir. Ada Rusiya İmperiyası Çarı I Aleksandrın şərəfinə adlandırılmışdır. 1940-cı ilə qədər ərazi materikin bir hissəsi olduğundan onu ada deyil, torpaq olaraq adlandırılmışlar.

Ərazi iddiası

Adaya ərazi iddiası ilə Böyük Britaniya, ArgentinaÇili çıxış edir. 1961-ci ildə Antarktika haqqında konvensiyaya görə məsələ dondurulmuş olaq qalır. Hal-hazırda adada Böyük Britaniyaya məxsus elmi stansiya ing. Fossil Bluff fəaliyyət göstərir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.