I Aleksandr (Rusiya imperatoru)

I Aleksandr Pavloviç (rus. Алекса́ндр I Павлович; 12 (23) dekabr 1777[1], Sankt-Peterburq[1]19 noyabr (1 dekabr) 1825[1], Taqanroq, Don Voysko vilayəti[d][1][2]) — Rusiya imperatoru və mütləq hakimi (24 mart 1801-ci ildən), Malta ordeninin protektoru (1801-ci ildən), Böyük Finlandiya knyazı (1809-cu ildən), Polşa çarı (1815-ci ildən), I PavelinMariya Feodorovnanın böyük oğlu.[3] İnqilaba qədərki tarixşünaslıqda rəsmi olaraq Uğurlu (rus. Благословенный) adlandırılmışdır.[4]

I Aleksandr
Александр I
24 mart 1801 1 dekabr 1825
ƏvvəlkiI Pavel
SonrakıI Nikolay
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Sankt-Peterburq, Rusiya imperiyası
Vəfat tarixi (47 yaşında)
Vəfat yeri Taqanroq, Rusiya imperiyası
Vəfat səbəbi tif xəstəliyi[d]
Dəfn yeri
Fəaliyyəti monarx
Atası I Pavel[1]
Anası Mariya Feodorovna[1]
Dini şərqi ortodoks xristianlıq
Hərbi xidmət
Mənsubiyyəti Rusiya imperiyası
Döyüşlər
Rütbəsi marşal, general-feldmarşal

Təltifləri "Fəxri Legion" ordeninin Zabit dərəcəsi
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Aleksandr Pavloviç (Blaqoslovennıy – Uğurlu); I Aleksandr (1777-1825) – 1801-ci ildə Rusiya taxtına çıxmışdı. Belə bir fikir var ki, atası Pavel Petroviçə (I Pavel) sui-qəsdin təşkilində iştirak etmişdir. Məhz I Aleksandrın dövründə Azərbaycan torpaqlarının ilhaq edilməsi başlamışdır.Rusiya bu dövrdə İsveçlə (1808-1809), İran (1804-1813), Osmanlı (1806-1812) dövlətləri ilə müharibə aparmışdı. Napoleon Fransası ilə 1812-ci il Vətən müharibəsi, rus qoşunlarının Avropa səfəri, 1815-ci il Vyana konqresi I Aleksandrın xarici siyasətində mühüm yer tutmuşdu. Bundan sonra daha çox dini-mistik təlimlərlə məşğul olmuşdu. Bu atasının qətli ilə izah edilir. 1825-ci ilin noyabrında Taqanroqda ölmüşdü. 1826-cı ilin martın 13-də Petropavlovsk soborunda dəfn edilmişdi. I Aleksandrın həmin vaxt ölmədiyi, tərki-diyarlığı barədə mülahizələr mövcuddur. Bu onun ölümündən 11 il sonra Sibirdə Fyodor Kuzmiç adlı bir zahidin peyda olması ilə əsaslandırılır.

İstinadlar

  1. Г. Александр I (rus.). // Энциклопедический лексикон СПб: 1835. Т. 1. С. 469–480.
  2. Almaniya Milli Kitabxanası, Berlin Dövlət Kitabxanası, Bavariya Dövlət Kitabxanası və d. Record #118501852 Arxivləşdirilib 2023-07-23 at the Wayback Machine // Ümumi normativ nəzarət (GND) — 2012—2016.
  3. "Александр I (Российский гуманитарный энциклопедический словарь)". 2017-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-13.
  4. Rusiya Romanovların səltənəti altında (1613—1913) Arxivləşdirilib 2013-10-10 at the Wayback Machine.  (rus.) İlk nəşr 1912-ci il

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.