I İvan Asen

I İvan Asen - İkinci Bolqarıstan imperiyasının ikinci imperatoru. 1185-ci ildə Bizans imperiyasına qarşı qaldırılan qiyamın başçısı olmuşdur. Qardaşı IV Pyotr ilə birlikdə II İsaak Angelosu məğlub edərək müstəqil dövlət qurmuşdur.

I İvan Asen
Иван Асен I
bayraq
İkinci Bolqarıstan imperiyasının II imperatoru
bayraq2
1189 1196
ƏvvəlkiIV Pyotr
SonrakıKaloyan
Şəxsi məlumatlar
Doğum tarixi ?
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Milliyyəti Bolqar
Fəaliyyəti suveren[d]
Atası ?
Anası ?
Həyat yoldaşı Yelena-Yevgeniya
Uşaqları II İvan Asen
Aleksandr Asen
Ailəsi Asen sülaləsi
Dini Ortodoks
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hakimiyyəti

I Fridrix Barbarossa ilə müttəfiqliklərini təhlükə kimi görən II İsaakın ordusunu ağır məğlubiyyətə uğratdığına görə 1189-cu ildə qardaşı IV Pyotr tərəfindən çar elan olunmuşdur. 1191-ci ildə Sofiya və Nişi ələ keçirən İvan, 1195-ci ildə Belqradı, 1196-cı ildə də Melniki ələ keçirmişdi. Serres döyüşündə böyük qalibiyyət qazandıqdan sonra geriyə qayıdan İvan Asen, öz generallarından biri olan İvanko tərəfindən öldürülmüşdür.[1]

Ailəsi

İvan Asenin ilk həyat yoldaşı Mariya adlı bir qadın olmuş, daha sonra Yelena adlı bir qadınla evlənmişdir. İki oğlu olmuşdur:

  • II İvan Asen
  • Aleksandr Asen

İstinadlar

  1. Nicetas Choniates, Historia, ed. J.-L. Van Dieten, 2 vols. (Berlin and New York, 1975); trans. as O City of Byzantium, Annals of Niketas Choniates, by H.J. Magoulias (Detroit; Wayne State University Press, 1984)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.