IX Lüdovik

IX Lüdovik (fr. Louis IX; 25 aprel 1214[2]25 avqust 1270[2], Tunis[2]) — Fransa kralı. Kapetinqlər sülaləsindəndir.

IX Lüdovik
fr. Louis IX[1]
fr. Saint Louis[1]
bayraq
Fransa kralı
bayraq2
8 noyabr 1226 25 avqust 1270
ƏvvəlkiVIII Lüdovik
SonrakıIII Filipp
Şəxsi məlumatlar
Doğum tarixi 25 aprel 1214[2]
Vəfat tarixi 25 avqust 1270[2] (56 yaşında)
Vəfat yeri
Vəfat səbəbi dizenteriya, sinqa[3]
Dəfn yeri
Fəaliyyəti rəhbər[d], monarx
Anası Kastiliyalı Blanka[d][4]
Həyat yoldaşı
Uşaqları
Ailəsi Kapetinqlər sülaləsi
Dini Roma-Katolik kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1248-ci ildə Fransa kralı IX Lüdovik öz qardaşları və vassalları ilə birlikdə yeddinci səlib yürüşünə çıxdı. Səlibçilər Damiyetta şəhərini ələ keçirdilər, lakin Mənsuriyyə uğrunda döyüşlərdə kralın qardaşı Robert öldürüldü. Müsəlman ordusu səlibçilərin geriyə yolunu bağladı. Tezliklə xristianların düşərgəsini aclıq və xəstəlik bürüdü. 1250-ci ilin aprelində səlibçilər dəhşətli məğlubiyyətə uğradılar, IX Lüdovik əsir düşdü, Damiyettanı geri qaytarmaq və iri məbləğdə təzminat ödəmək müqabilində azad edildi.

Səlibçilərin yaratdığı Antakiya knyazlığı 1268-ci ildə süqut etdi. 1270-ci ildə Fransa kralı IX Lüdovik Tunisdəki müsəlman Həfsi əmirliyinin üzərinə hücuma keçdi. Tunisə çatdıqdan az sonra kral, onun oğlu və papanın nümayəndəsi xəstələnib öldülər. Siciliya və Neapol kralı Anjulu Karl qoşuna başçılıq etməyi öz öhdəsinə aldı. Müsəlmanlarla sülh bağladıqdan sonra səlibçilərin bir hissəsi Avropaya qayıtdı, bir hissəsi də Müqəddəs Torpağa getdi. Lakin artıq uğur onlardan üz döndərmişdi. Bir-birinin ardınca şəhərlər səlibçilərin əlindən çıxırdı. Avropa monarxları artıq papanın çağırışı ilə İsa Məsihin məzarını xilas etmək arzusunda deyildilər. Müqəddəs Torpaqdakı səlibçilər də hakimiyyət uğrunda bir-biri ilə didişirdilər. 1289-cu ildə Tripoli qraflığı müsəlmanların hücumu qarşısında süqut etdi. 1291-ci ildə səlibçilər Yerusəlim krallığının son dayaq nöqtəsi olan Akra şəhərini itirdilər. Tir, Sidon, Beyrut şəhərləri müsəlmanlara tabe oldu. Səlibçilərin böyük bir hissəsi döyüşlərdə öldürüldü, sağ qalanlar Kipr adasına qaçdılar.

İstinadlar


This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.