IV Tiqran

IV Tiqran (e.ə. 351) (arm: Տիգրան Դ) - III Tiqranın oğlu Artaşşidlər sülaləsinin nümayəndəsi və Ermənistan kralı.

IV Tiqran
erm. Տիգրան Դ
Şəxsi məlumatlar
Doğum tarixi e.ə. 35
Vəfat tarixi 1
Fəaliyyəti suveren[d]
Atası III Tiqran
Həyat yoldaşı
Ailəsi Artaşes sülaləsi
Dini Zərdüştilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

III Tiqranın ölümündən sonra oğlu IV Tiqran Roma qanunlarına əhəmiyyət verməyərək taxta çıxmışdır. Yunan dünyasının qanunlarına görə öz bacısı Erato ilə evlənmişdir. Lakin, e.ə. 5-ci ildə Romalılar onu taxtdan məhrum etmiş və onun yerinə uzun müddət əsir saxlanılmış başqa bir qardaşı olan III Artavazdeni kral təyin etmişlər. Ancaq onu yalnız üç il taxtda saxlaya bildilər. Çevrilişin köməyi ilə Tiqran və Erato yenidən taxta qayıtdılar. Lakin Tiqran tezliklə şimaldan gələn və Ermənistana hücum edən Alanlara qarşı döyüşdə öldürüldü və Erato qısa müddət sonra taxtdan imtina etdi. Beləliklə, 1-ci ildə Artaşsis sülaləsinin 200 illik hakimiyyəti sona çatdı[1]

İstinadlar

  1. М. Нерсисян. История армянского народа. İrəvan. 1985. səh. 65. (erm.).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.