IV Leo (imperator)

IV Leo (yun. Λέων ὁ Χάζαρος)(25 yanvar 750, Konstantinopol8 sentyabr 780[1]) — Bizans imperatoru.[3][4][5]

IV Leo
ƏvvəlkiV Konstantin
SonrakıVI Konstantin
Şəxsi məlumatlar
Doğum tarixi 25 yanvar 750(0750-01-25)
Doğum yeri
Vəfat tarixi 8 sentyabr 780(0780-09-08)[1] (30 yaşında)
Vəfat səbəbi vərəm
Fəaliyyəti rəhbər[d]
Atası V Konstantin (imperator)[2]
Anası Çiçək (Xəzər xaqanının qızı)
Həyat yoldaşı Afinalı Anna
Uşağı VI Konstantin
Dini şərqi xristianlıq[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Atası Bizans imperatoru V Konstantin, anası isə onun ilk xanımı olan Xəzər xaqanının qızı Çiçək Xatundur. Hələ 1 yaşında ikən 751-ci ildə atası tərəfindən ortaq imperator elan edildi. 17 dekabr 769-cu ildə yunan əsilzadələrindən Afinalı İrinayla evləndirildi. Atasının 775-ci ildə vəfatının ardından yeganə imperator olaraq taxta çıxdı. Ertəsi il keçirilən mərasimlə hələ 5 yaşlı yeganə oğlu Konstantini ortaq imperator elan etdi. Ancaq 5 illik qısa səltənəti boyunca xanımının təsiri altında qaldı. Atası və babası kimi bulqarlara və ərəblərə qarşı mübarizə aparan IV Leo, azyaşlı olan ögey qardaşları Antim və Evdokimə Nobilissimus ünvanı verdi. Yaşca daha böyük olan ögey qardaşı Nikeforun rəhbərlik etdiyi üsyanı yatırdı. Qamçılanaraq sürgünə göndərdiyi qardaşı Nikefor sonrakı illərdə bir neçə dəfə daha imperatora qarşı ayaqlanacaqdır.

IV Leo Bulqar çarı Kardama qarşı səfər hazırlığında ikən 8 sentyabr 780-ci ildə anidən vəfat etdi. Yerinə isə yeganə övladı olan 5 yaşlı VI Konstantin taxta çıxarıldı.

İstinadlar

  1. Lleó IV // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  2. Лев, византийские императоры (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1896. Т. XVII. С. 449–450.
  3. Norwich, John J. (1991). Byzantium: The Apogee. Alfred A. Knopf, Inc. ISBN 0-394-53779-3
  4. Alexander, Paul Julius (1985). The Byzantine Apocalyptic Tradition. University of California Press. p. 66 (note 21). ISBN 9780520049987
  5. Cooper, Eric; Decker, Michael J. (2012). Life and Society in Byzantine Cappadocia. Springer. p. 42. ISBN 9781137029645
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.