IV Ümmə xan

IV Ümmə xan (1761, Xunzax, Avar Xanlığı — 1801, Balakən)— Avar xanlığının hakimi.

IV Ümmə xan
avar. КIудияв ГIумахан
1774 1801
ƏvvəlkiIV Məhəmməd nutsal
SonrakıI Göbək xan
Şəxsi məlumatlar
Doğum tarixi 1761
Doğum yeri
Vəfat tarixi 22 mart 1801(1801-03-22)
Vəfat yeri
Dəfn yeri
Atası IV Məhəmməd nutsal
Dini islam

Həyatı

Ümmə xan (əsl adı Ömər xan) IV Məhəmməd nutsal oğlu 1761-ci ildə Dağıstanın Xunzax aulunda anadan olmuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Doğma Avar dilindən başqa Azərbaycan, Ərəb və Ləzgi dillərini də bilirdi.

Ümmə xan 13 yaşında atasının taxtına əyləşdi.

Ümmə xan Qarabağ xanı İbrahimxəlil xanın qaynı və müttəfiqi idi. Onunla bərabər Naxçıvan, QaradağXoy xanlıqlarına qarşı vuruşmuşdu.

Tarixçi Mirzə Yusif Qarabaği yazır: "O zamanlar Naxçıvan hakimi Kəlbəli xanla İbrahim xanın arasında ədavət törəmişdi. Buna görə də İbrahim xan Dağıstan ləzgilərindən kömək istədi və Dağıstan hakimi Ümmə xan (Ömər xan—Ə. Ç.) öz qoşunu ilə İbrahim xanın köməyinə gəldi. İbrahim xan Qarabağın atlıları və könüllüləri ilə (çəri) birlikdə hərəkət etdi. Kəlbəli xana cəza vermək qərarına gəldi və onun olduğu Qarababaya yetişərək dayandı. O, Qarababanı mühasirəyə aldı. Kəlbəli xan da qabaqcadan İrəvan hakimindən kömək istəmişdi. O da ona bir qədər kürdlərdən və başqa ellərdən kömək göndərmişdi.

Yuxarıda qeyd etdiyimiz yerdə hər iki tərəfin qoşunu bir-birinə rast gəldi. Kəlbəli xan bir qədər geri çəkildikdən sonra Tiflis yolu ilə qaçmağa üz qoydu. Bunu görən Ümmə xan iti gedən atını onların dalınca çıpdı. Ibrahim xan isə Ümmə xanın Kəlbəli xanı təqib etməsinə mane oldu və onun təqibi nəticəsiz qaldı".[1]

Ənvər Çingizoğlu yazır: "Avarıstan da Dağıstanın bir yörəsidir. Bu diyarda Məhəmməd Nutsal xan hökmranlıq edirdi. 1774-cü ildə onun ölümündən sonra oğlu Umma xan (Ömər xan) başçı oldu. Umma xan bacısı Bikə ağanı İbrahimxəlil xana verib, qohumlaşdı. İbrahimxəlil xan bu qohumluqdan dəfələrlə istifadə etmişdi.

Tarixçi Rzaqulu bəy Vəzirov yazır: "Lazım olan zaman Dağıstan və ləzgi vilayətlərindən qoşun istəyirdi. İbrahim xan Ümmə xanın və başqa sərkərdələrin başçılığı ilə Qarabağa gələn qoşunu öz övladları və Qarabağ qoşunu ilə birlikdə lazım olan yerlərə göndərir, istədiyi adamı təbeh edir və öz itaəti altına çəkirdi".

Tarixçi Mirzə Yusif Qarabaği yazır: "Eyni zamanda qohumluq münasibətinə görə avar hakimi Ümmə xan və Dağıstan əmirləri də İbrahim xana sadiq və dost idilər, əgər aralarında bir narazılıq üz versəydi, dərhal İbrahim xanın işarəsi ilə Dağıstan əmirləri bütün qoşunlarıyla Gürcüstan üzərinə hücum edərək oranı çapıb dağıdırdılar, necə ki, 1205 (1790)-ci ildə Gürcüstan valisi ilə İbrahim xanın arasında olan narazılıq üz vermişdi.

Bu səbəbə görə Ümmə xan çoxlu qoşunla Gürcüstan tərəfinə gedib bacardığı qədər Gürcüstan torpağını qarət edərək Sığnaq və Gümüşxananı zəbt etdi, camaatın çoxunu öldürdü. Bir qədərini əsir və bir qədərini də dustaq edib, təcili surətdə Axalsixə, Süleyman paşanın yanına getdi. Qışı orada keçirib, bahar fəslində geri qayıdaraq, yenə də Gürcüstan torpağına daxil oldu. Ümmə xan yolun üstündə knyaz Abaşidzenin arvad-uşağı ilə yaşadığı möhkəm qalanı mühasirə edib zor ilə zəbt etdi. Oranın əhalisini qılıncdan keçirdərək, bəzilərini də əsir etdi. Knyaz Abaşidzenin qızlarından Cavahir xanımı İbrahim xan üçün göndərdi, bir qızına da Ummə xan özü evləndi".[2]

İstinadlar

  1. Qarabağnamələr, 2-ci kitab, Bakı, "Yazıçı", 2001, səh..
  2. M. İ. Əmrahov, Ə. Çingizoğlu, H. İ. Həsənov. Qarabağ xanlığı. Bakı: Mütərcim, 2008, 220.səh.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.