İOS

iOS (24 iyun 2010 ci ilə qədər iPhone OS) — Amerika şirkəti olan Apple tərəfindən hazırlanan mobil əməliyyat sistemi.[1] 2007-ci ildən buraxılır; ilk buraxılış — iPhone və iPod touch üçün, sonrakı buraxılışlar — iPad və Apple TV və bu tip qurğular üçün istifadəyə verilmişdir. Windows Phone-dən və Google Android-dən fərqli olaraq, yalnız Apple firması tərəfinfən istehsal edilən qurğular tərəfindən dəstəklənir.

İOS
Loqonun şəkli
Yaradıcı Apple
İstehsalçı Apple
Yazılma dili C, C++, Objective-C, Swift, Java
ƏS ailəsi Unix, OS X
Bazası macOS
Mənbə kodu Qapalı (azad komponentlərdən)
Buraxılış tarixi 29 iyun 2007
Son versiya 13.5 — 20 May 2020
Yenilənmə tezliyi istənilən OTA üçün iTunes vasitəsilə
Yenilənmə üsulu iTunes və OTA
Paketlər menecerləri App Store
Dəstəklənən dillər 40 dildə
Dəstəklənən platformalar Apple TV, Apple Watch
Nüvə tipi (Hibrid)XNU
İnterfeys API, Coco Touch (multitaç).
Lisenziya EULA
Vəziyyəti Aktiv
Veb-saytı apples.com/en/ios
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

iOS istifadəçi interfeysi multitouch (multitaç) jestlərindən istifadə edərək düz manipulyasiya konsepsiyasına əsaslanmışdır. İdarəetmə elementləri interfeysə toxunma və ya hərəkət, çeviricilər və düymələrdən ibarətdir.

iOS ƏS-i OS X əsasında yaradılmışdır və POSIX standartına uyğun olan Darwin əsas komponentlər dəstindən istifadə edir.

iOS-da dörd yayım qatı var: Core OS qatı, Core Services qatı, Media Layer qatı və Cocoa Touch qatı.

Əməliyyat sisteminin cari versiyasının (iOS 7.0.4) sitem bölməsi üçün qurğununun 1,4 - 2 Qb fleş-yaddaşı mövcuddur və təxminən 800 MB boş yerə malikdir (modeldən asılı olaraq dəyişilir).

İlk vaxlar sadəcə 500 ədəd proqramla fəaliyyətə başlayan App Store 2015-ci il statistikasına əsasən iOS-da 1.5 milyon proqram və bu proqramlarin ümumi yüklənmə sayı 100 milyarddan artıqdır.[2].

Yaradılma tarixi

iPhone OS əməliyyat sistemi 9 yanvar 2007-ci ildə keçirilən Macworld Conference & Expo sərgi-konfransında iPhone mobil telefonu ilə birlikdə Stiv Cobs tərəfindən şəxsən təqdim edilmişdi və həmin ilin iyununda buraxılışa başlanmışdır[3].

1.xx versiyası

  • MacWorld -də iPhone OS 1.0 təqdim edilməsi — 9 yanvar 2007-ci il.
  • 1.0 (1A543a) — 29 iyun 2007-ci il. IOS sisteminin birinci versiyası - iPhone OS üçün.
  • 1.0.1 (1S25) — 31 iyul 2007-ci il. Safari brauzerində təhlükəsiz gəzinti və potensial "virus" təhlükəsinin qarşısının alınması.
  • 1.0.2 (1S28) — 21 avqust 2007-ci il. Bir neçə xətatın düzəldilməsi.
  • 1.1 (3A101a) — 14 sentyabr 2007-ci il. Yalnız iPod touch üçün mümkü idi. iTunes Store-nin yaranması .
  • 1.1.1 (3A109a, 3A110a) — 27 sentyabr 2007-ci il. -çıxış dəstəyi və kalkulyator dizaynının dəyişikliyi.
  • 1.1.2 (3B48b) — 7 noyabr 2007-ci il. Səhvlərə düzəliş və klaviatura təkmilləşdirilməsi.
  • 1.1.3 (4A93) — 15 yanvar 2008-ci il. IPod touch-da "Xəritələr" "Hava", "Təşkilatçı" və "Qeydlər" köməkçi tətbiq etmələrinin daxil edilməsi; Google Xəritələri vasitəsilə mobil əlaqə şəbəkələrinin baza stansiyalarının siqnalları üzrə trianqulyasiya vasitəsi ilə vəziyyətin müəyyən edilməsi və ya Wi-Fi şəbəkələrinin yeri haqqında məlumatların əldə edilmələri; ikonaları hərəkətə gətirmək və başqa səhifələrə qarışdırmaq; klaviaturanın multi-touch tipini dəstəkləməsi; saxlanan SMS mesajların miqdarı 1000-dən 75 minə qədər artırılmışdır.
  • 1.1.4 (4A102) — 26 fevral 2008-ci il. Səhvlərə düzəliş; interfeysin sürəti artırılmışdır; kameranın kadr tezliyi əsaslı artırılmışdır.

Rəqabət aparan məhsullar

Müxtəlif əməliyyat sistemləri ilə smartfonların nisbəti
Platforma 2007 il. 2008 il. 2009 il. 2011 il. 2012 il.
Nokia (Symbian OS)62,3 %52,4 %47,2 %20,9 %2,4 %
BlackBerry (BlackBerry OS)10,9 %16,5 %20,8 %14,9 %5,3 %
Apple (iOS)5,2 %9,6 %15,1 %15,7 %13,9 %
Microsoft (Windows Phone)11,9 %13,9 %8,8 %5,5 %2,4 %
Google (Android)0,5 %4,7 %39,5 %72,4 %
Samsung (Bada)0,1 %1,9 %3,0 %
Başqa (Linux, Palm OS)9,6 %7,2 %3,4 %3,5 %0,97 %

iOS-un əsas rəqibləri:

Bu qurğuların bəzi istehsalçıları Apple şirkəti kimi öz mobil qurğuları üçün xüsusi əməliyyat sistemini istehsal edir.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.