II Vilhelm Torpağı
II Vilhelm Torpağı (alm. Kaiser Wilhelm II Land) — Antarktidanın təbii ərazi bölgüsünə daxil olan hissə. 87°43' və 91°54' şərq uzunluqları arasında yerləşir. Sahillərini Deyvis dənizi yuyur.
Enderbi Torpağı | |||
---|---|---|---|
ing. "Kaiser Wilhelm II Land" | |||
|
|||
66°48′ c. e. 89°11′ ş. u. | |||
Ölkə | Antarktida | ||
|
Buzlaq qatının qalınlığı cənub hissədə 2000 metri keçir. Buz qatından yalnız sahildə yerləşən sönmüş vulkan olan Qaussberq azad olur. Vulkanın hündürlüyü 369 metr təşkil edir.
II Vilhelm Torpağı 1902-ci ilin fevralında alman ekspedisiyasının rəhbəri Erix fon Driqal tərəfindən kəşf edilmişdir. Ərazi Almaniya imperatoru II Vilhelmin[1] şərəfinə adlandırılmışdır.
II Vilhelm Torpağına rəsmi olaraq Avstraliya iddia edir. Ancaq Antarktida haqqında konvensiyaya görə ərazi iddiaları dondurulmuşdur.
İstinadlar
- "Geographic Names Information System. United States Geological Survey". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-04.
Mənbə
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.