II Viktor Emanuel

II Viktor Emanuel (it. Vittorio Emanuele Mariya Alberto Eugenio Ferdinando Tommaso; 14 mart 1820[1][2][…], Turin, Turin əyaləti[d]9 yanvar 1878[1][2][…], Roma) — 1849–1861 illərdə Sardiniya krallığının kralı, 1861-ci ildən birləşmiş İtaliya Krallığının ilk kralı, "Padre della Patria" (Ata Vətənin atası) olaraq tanınır.

II Viktor Emanuel
it. Vittorio Emanuele II
ƏvvəlkiÇarlz Albert
SonrakıI Umberto
ƏvvəlkiÇarlz Albert
Sonrakı-
ƏvvəlkiNapoleon Bonapart
SonrakıI Umberto
Şəxsi məlumatlar
Doğum adı Vittorio Emanuele Maria Alberto Eugenio Ferdinando Tommaso di Savoia
Doğum tarixi 14 mart 1820(1820-03-14)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 9 yanvar 1878(1878-01-09)[1][2][…] (57 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xəstəlik
Dəfn yeri
Fəaliyyəti siyasətçi, monarx, suveren[d]
Atası Çarlz Albert
Anası Avstriyalı Mariya Tereza
Həyat yoldaşları Avstriyalı Adelayd
Roza Verçellana
Uşaqları Savoyyalı Mariya Klotilda
I Umberto
I Amadeus
Savoyyalı Mariya Piya
Ailəsi Savoyya sülaləsi
Dini katolisizm
Rütbəsi general

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1820-ci ilin 14 martında anadan olmuşdur. 1878-ci ilin 9 yanvarında isə vəfat etmişdir.1849-cu ilın 23 martından 1861-ci ilə qədər Sardinyanın kralı (Piemont-Sardiniya), 1861-ci ildən 1878-ci ilə qədər isə vahid İtaliya krallığının kralı olmuşdur. O, 6-cı əsrdən bəri vahid olmayan İtaliyanın ilk kralı olmuşdur, buna görə də İtalyanlar ona "Della Patria" ləqəbini vermişlər. Bu sözün Azərbaycan dilinə tərcüməsi "Ata" mənasını verir.

Bioqrafiyası

Emanuel Karl Albertin ən böyük oğlu idi. Atası I Karl Alberti Sardiniya kralı, anası isə Avstriya Habsburqlarından olan Mariya Tereza idi. Onun gəncliyi Florensiya şəhərində keşmişdir. Burada çox erkən vaxtlardan siyasətlə, idmanla və hərb elmi ilə maraqlanmağa başladı. 1842-ci ildə Avstriya şahzadələrindən olan, qohumu Avstriyalı Adelaida ilə evləndi. Sardiniya kralı olana qədər, Savoyya Hersoqu kimi bu vəzifəyə hazırlandı. İtaliya tarixində I İstiqlaliyyət müharibəsi adlanan 1848–1849-cu il müharibələrində iştirak etmişdir. Onun atası Karl Albert Novaranın döyüşündə rüsvayçı məğlubiyyətə uğrayandan sonra taxt-tacdan əl çəkdi, onun yerinə Emanuel kral oldu. O, dərhal Avstriya ordu komandanı Radetskiy ilə Vignaledə danışıqlara başladı. Danışıqların sonunda Sardiniyanın xeyrinə yüngül bir sülh sazışının bağlanmasına nail oldu. Bundan sonra Genuyada baş verən üsyanı qədddarlıqla yatırtdı.1852-ci ildə isə Kamillo Kavuru baş nazır təyin etdi. Kamillo Kavur gələcəkdə İtaliyanın birləşdirilməsində (Risorgimento hərəkatı) birinci şəxs oldu. Viktor Emanuel isə ikinci şəxs oldu. Viktor Emanuelin xalq arasında nüfuzu yüksək idi. Bunun əsas səbəbləri onun yeni liberal konstitutsuya qəbul etməsi və digər liberal qanunları idi, lakin bu siyasət Avropanın digər monarxları tərəfindən bəyənilmirdi.

Krım müharibəsi

Viktor Emanuel qoşunları Krım müharibəsi üçün gözdən keçirdərkən

Viktor Emanuelin təkidi nəticəsində Sardiniya krallığı Krım müharibəsində İngiltərə və Fransanın müttəfiqi kimi daxil oldu. Bunu etməkdə əsas məqsəd İngiltərənin və ən əsasda İtaliyada güclü mövqelərə sahib olan Fransanın dəstəyini almaq, beynəlxalq konfranslarda İtaliyanın parçalanmış halda olmasını dünya dövlətlərinə çatdırmaq idi. Müharibəni bitirən sülh danışıqları gedəən zaman, Kamillo Kavur III Napaleon ilə görüş təşkil edir. Görüş Plombier şəhərində olur. Əldə olunan razılığa görə gələcək də olacaq Fransa-Avstriya müharibəsində İtaliya Fransanı dəstəkləsə, Fransa Avstriya hakimiyyəti altında olan Lombardiyanı İtaliyaya verəcəkdir, amma əvəzində Sardiniya krallığı SavoyyaNissanı Fransaya verməli idi.[3]

Viktor Emanuel

İtaliyanın birləşdirilməsi uğrunda müharibə

Avstriyaya qarşı Fransa-İtaliya (Sardiniya) kompaniyası (II Italiya İstiqlaliyyət Müharibəsi) 1859-cu ildə uğurla başlanıldı. Baxmayaraq ki, Avstriyanın cənub qoşunları Sardiniya ordusunu darmadağın etdi, lakin Fransa qoşunları Avtriyanı tamamilə diz çökdürdü. Müharibəni bitirən Villafrank sülhü imzalandı, lakin hələ də Sardiniya Fransadan ona söz verilmiş olan Lombardiyanı gözləyirdi. Bütün bu qarışıqlar içində Kamillo Kavur istefa verdi. II Viktor Emanuel isə danışıqları davam etdirdi. 1860-cı ilin martında II Viktor Emanuel ilə III Napaleon arasında sazış imzalandı(Turin sazişi). Savoyya və Nissa Fransaya verildi, əvəzində isə Lombardiya Sardiniyaya verilir. Kamillo Kavur yernidən baş nazir olur. II Viktor Emanuel sonra öz qoşunlarını Papaya qarşı göndərir. Papa qoşunları ilə baş vermiş Kasteldifardo döyüşündə Papa qoşunları məğlub olur və Papa öz fərmanı ilə II Viktor Emanueli kilsədən qovur. Elə həmin ildə Cüzeppe Haribaldш cənuba yürüş edir(Minlərin Ekspedisiyası). Siciliyanı hər iki hissəsi azad edilir və keçirilmiş referendum nəticəsində SiciliyaNeopol şəhərləri başda olmaqla cənub torpaqları Sardiniyaya birləşdirilir. 1860-cı ildə Toskanфda da referendum keçirilir və bura da Sardiniyaya birləşdirilir. Cənubu azad edən Cüzeppe Haribaldı Romaya hücum edir. Papa Romanı qorumaq üçün Avropa monarxlarına müraciət edir. Fransa Romanın müdafiəsi üçün qoşun göndərir. Beləliklə də İtaliyanın II Viktor Emanuel dövründə birləşdirilməsi üçün xeyli işlər görülür. Birləşdirilməmiş yalnız Venesiya, Roma və Trentino şəhərləri qalır. 1861-ci ildə isə Parlamentin qərarı ilə İtaliya krallığı yaradılır və II Viktor Emanuel onun ilk kralı olur. Paytaxt isə Turin şəhəri təyin olunur.

İtaliyanın birləşdirilməsinın sona çatması

1866-cı il Prussiya-Avstriya-İtaliya (Tarixdə III İtaliya İstiqlaliyyət Müharibəsi də adlanır) müharibəsində İtaliya Prussiyanı müdafiə elədi və Avstriyaya qoşun yeritdi. Avstriya məğlub edildikdən sonra Venesiya şəhəri İtaliya krallığına birləşdirildi. 1870-ci il Fransa-Prussiya müharibəsi zamanı III Napaleon İtaliyanın neytral qalması müqabilində Fransa qoşunlarını Romadan çıxardı. Bundan sonra Cüzeppe Haribaldinin başçılığı ilə İtalyan qoşunu bura 1870-ci ilin sentyabrın 20-də daxil olur. 1871-ci ildə 2 iyulda İtaliya krallığının yeni paytaxtı Roma elan olunur. II Viktor Emanuelin sonrakı hakimiyyəti sakit dövr olmuşdur. Bu dövrdə İtaliya daha çox mədəni və iqtisadi problemlərlə məşğül olmuşdur. II Viktor Emanuel 1878-ci ilin 9 yanvarında Papa IX Piyin nümayəndələri ilə görüşməkdən imtina etdi və az sonrada öldü. H ansıkı, onun kilsədən qovulmasına son qoya bilərdi. II Viktor Emanuel Romada Panteonda dəfn edildi. Ondan sonra hakimiyyətə oğlu I Umberto gəldi.[4]

Ailəsi

O, ilk dəfə 1842-ci ildə artıq məhv edilmiş Müqəddəs Roma İmperiyasının imperator (II Leopoldun) nəslindən olan, həmçinin də özünün yaxın qohumu olan Adelaida ilə evlənir. Onun bu evlilikdən 8 övladı olur. Bundan sonra 1869-cu ildə keçmiş məşuqəsi olan Roza Versellana ilə evlənir. Roza Versellanaya xalq arasında "Bela Rosin" deyilirdi. Roza Versellana zadəgan nəslindən olmasa da, 1858-ci ildə kral onu Mirafiori and Fontanafreddanın qrafinyası etmişdi. Bu nikahdan kralın iki oğlu olmuşdur.

  • Vittoria Guerrieri (2 dekabr 1848 – 1905), 3 dəfə evlənmişdir.
  • Emanuele Alberto Guerrieri (16 mart 1851 – 1894), Mirafiori and Fontanafreddanın sahibi. Bundan başqa kralın başqa məşuqələri də olmuşdur.

Virginia Oldoini, Castiglionenın hakimi —Laura Bon at Stupinigi, hansıkı kraldan iki uşaq dünyaya gətirmişdir:

  • ölü doğulmuş oğlan uşağı (1852).
  • Emanuela Maria Alberta Vittoria di Roverbella (6 sentyabr 1853–1880/1890).

— Eurinli Virginia Rho , iki u.aq dwnyaya gətirmişdir:

  • Vittorio di Rho (1861 – Turin, 10 oktyabr 1913). Sonradan o, tanınmış fotoqraf oldu.
  • Maria Pia di Rho (25 fevral 1866 – Vyana, 19 aprel 1947).

Mondovìdən olan, bilinməyən məşuqə, bir uşağı olmuşdur:

  • Donato Etna (15 iyun 1858 – Turin, 11 dekabr 1938). O, sonradan çox məşhur bir hərbçi oldu.

İstinadlar

  1. Victor Emmanuel II // Encyclopædia Britannica (ing.).
  2. Lundy D. R. Vittorio Emanuele II di Savoia-Carignano, Re di Sardegna // The Peerage (ing.).
  3. Pinto, Paolo (1997). Vittorio Emanuele II: il re avventuriero. Milan: Mondadori.
  4. Del Boca , Lorenzo, Maledetti Savoia. Casale Monferrato: Piemme.

Mənbə

  • Oxsford Lügəti, II Viktor Emanuel maddəsi
  • Rövşən Hətəmov, Yeni Tarixdən mühazirələr kursu
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.