II Smbat

II Smabt Aşotyan (doğum tarixi bilinmir — 1044 və ya 1051[1]) – 1040-cı ildən hakimiyyətdə olan Sünik knyazı.[1]

II Smbat
III Sünik knyazı
1040 1044/1051
ƏvvəlkiI Vasak
SonrakıI Qriqor
Şəxsi məlumatlar
Doğum tarixi ?
Vəfat tarixi 1044 və ya 1051
Ailəsi Sünik
Dini xristian

Bioqrafiyası

II Smbat Sünik sülaləsinin Çxuk hakimi olan Aşotyanlar[2] (Aşot oğulları anlamında Aşotyanlar soy adı erməni dilli mənbələrdə işlədilir) nəslindəndir. Ana xətti ilə Vasak Süninin (9981040) nəvəsidir. Vasak Süninin hakimiyyəti dövründə onun sarayında yaşamış və böyümüş, ölümündən sonra isə taxta keçmişdir. “Knyazlar knyazı” məqamını isə qardaşı Qriqora vermişdir.

1040-cı ildə II Smbat 2000 nəfərlik ordu ilə Şəddadilər sülaləsindən olan Əbüləsvar Şavura qarşı döyüşdə iştirak etmiş və onun məğlub edilməsində mühüm rol oynamışdır.[3] Bunun əvəzinə 1044-cü ildə Ərdəbil, ƏhərLənkəranın müsəlman əmirləri Sünikə soxularaq onun mədəni-ruhani mərkəzi olan Tatevi ələ keçirmişlər. Müsəlmanların geri çəkilməsindən sonra II Smbat ömrünün sonuna kim Sünikin bərpa edilməsi ilə məşğul olmuşdur. Onun hakimiyyəti zamanı ölkə çiçəklənmə dövrünü yaşamışdır.[4] 1044 və ya 1051 – ci illərdə II Smbatın ölümündən sonra taxta onun qardaşı I Qriqor keçmişdir.

İstinadlar

  1. Q. Qriqoryan. Sünik çarlığı (X—XII əsrlər) Arxivləşdirilib 2015-06-30 at the Wayback Machine // Tar.-filol. jurn.. — 2006. — № 2. — səh. 144
  2. Степанос Орбелян. История области Сисакан. — М., 1861. — С. 233.
  3. V. Minorsky. Studies in Caucasian History. — CUP Archive, 1953. — С. 51
  4. Böyük Sovet Ensiklopediyasından (III nəşri) Sünik çarlığı Arxivləşdirilib 2014-10-07 at the Wayback Machine məqaləsi

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.