II Sarıbulaq nekropolu
II Sarıbulaq nekropolu — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda antik dövrə aid nekropol. Nekropol Sarıbulaq yurd yeri yaxınlığında yerləşir.
Sel suları nəticəsində dağılmış torpaq və daş qutu qəbirlərdən saxsı qab qırıqları toplanmışdır. Bu nekropoldan 2 km şimal-şərqdəki Keçəltəpə üzərindəki digər nekropolda torpaq qəbirlər (bəziləri dağılmışdır) aşkar olunmuş və erkən orta əsrlər üçün səciyyəvi olan saxsı məmulatı əldə edilmişdir.[1]
İstinadlar
- Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 245-246. ISBN 5-8066-1468-9.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.