II Səlim Gəray
II Səlim Gəray (1708 – 29 may 1748, Bağçasaray) — XXXVIII Krım xanı.[1]
II Səlim Gəray | |
---|---|
noyabr 1743 – 29 may 1748 | |
Əvvəlki | II Səlamət Gəray |
Sonrakı | Arslan Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1708 |
Vəfat tarixi | 29 may 1748 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | I Qaplan Gəray |
Uşağı | |
Ailəsi | Gəraylar |
Dini | sünnilik |
Vikianbarda əlaqəli mediafayllar |
Krım xanı I Qaplan Gərayın oğludur. 1741-ci ildə əmisi II Səlamət tərəfindən kalqay təyin edildi. 2 il sonra onun Osmanlılar tərəfindən vəzifədən alınmasıyla Krım xanlığına gətirildi (noyabr 1743). Əmisi Adil Gərayın oğlu Şahini kalqay, digər əmisi Bəxti Gərayın oğlu Səlimi isə nurəddin təyin etdi. 3 il sonra Səlim Gərayın vəfatıyla nurəddin ünvanı digər əmisi Mehmed Gərayın oğlu Əhmədə verildi.
Taxta çıxdığı ərəfədə İstanbulda qıtlıq yaranmış, Krımdan göndərdiyi ərzaq və taxıl yarımıyla Osmanlı sultanının rəğbətini qazandı. Digər yandan uzun zamandır əsir tutulan rus əsirlərini qaytararaq ruslarla bağlanan sülhün qorunmasına müvəffəq oldu. 1745-ci ildə Nadir şah Əfşara qarşı tərtib olunan səfərə çağırıldı və 20 minlik hərbi birliklə Osmanlıların cəbhəsində vuruşdu. Hərbi şöhrət qazandı.
1748-ci ilin mayında Səlim Gəray vəfat etdi və cənazəsi Bağçasarayda dəfn olundu.
Mənbə
- Oleksa Gaivoronsky «Повелители двух материков», Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2
İstinadlar
- Henry Hoyle Howorth, History of the Mongols, 1880, part 2, p 479