II Səadət Gəray

II Səadət Gəray (15601587, Həştərxan) — XII Krım xanı.[1]

II Səadət Gəray
aprel 1584 may 1584 (1 ay)
ƏvvəlkiII Mehmed Gəray
SonrakıII İslam Gəray
Şəxsi məlumatlar
Doğum tarixi 1560
Vəfat tarixi 1587
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti suveren[d]
Atası II Mehmed Gəray
Uşaqları
Ailəsi Gəraylar

Krım xanı II Mehmed Gərayın oğludur. Atasının Osmanlı sultanı III Murad tərəfindən taxtdan endirilməsi və əmisi II İslam Gərayın taxta çıxmasının ardından buna qarşı çıxdı. Ayaqlanan Səadət Gəray oğulları ilə birlikdə paytaxt Bağçasaraydan qaçdı və bir müddət sonra güclü bir süvari birliyi ilə geri döndü. Burada onu dəstəkləyən bəzi yerli əyanların köməyilə özünü xan elan etdi. Ancaq Osmanlı dəstəyini qazanan əmisi II İslam Gərayın Krıma gəlişiylə qaçmağa məcbur oldu. Noqaylara sığınan Səadət Gəray və böyük oğlu Qumuq Gəray çox keçmədən Astraxan yaxınlığında qətlə yetirildi.

Digər oğlu Dövlət Gəray II Qazi Gəray dönəmində nurəddin (ikinci varis) ünvanı alsa da, 1601-ci ildə ayaqlanmış və qətlə yetirilmişdir. Bu qətlin ardından digər oğlu Şahin Gəray da qaçmış və yox çıxmışdır. Ən kiçik oğlu Mehmed Gəray isə 1623-cü ildə xan olmuşdur.

Mənbə

  • Henry Hoyle Howorth, History of the Mongols, 1880, Part 2, page 565
  • Халим Гирей-султан "Розовый куст ханов, или история Крыма", Симферополь, "Стилос", 2008 г. ISBN 978-966-8518-91-1
  • Desaive Dilek, " Le khanat de Crimée dans les archives ottomanes ", dans Cahiers du monde russe et soviétique, 1972, cilt 13, n° 13–4, s. 560–583

İstinadlar

  1. Oleksa Gaivoronsky "Повелители двух материков", Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.