II Qaplan Gəray

II Qaplan Gəray (17391771) — XXXXV Krım xanı.[1]

II Qaplan Gəray
mart 1770 noyabr 1770
ƏvvəlkiIV Dövlət Gəray
SonrakıIII Səlim Gəray
Şəxsi məlumatlar
Doğum tarixi 1739
Vəfat tarixi 1771
Vəfat səbəbi taun
Dəfn yeri
Fəaliyyəti suveren[d]
Atası II Səlim Gəray
Ailəsi Gəraylar
Dini sünnilik

1739-cu ildə doğuldu. Krım xanı II Səlim Gərayın oğludur. Arslan Gərayın və Krım Gərayın ikinci səltənətlərində nurəddin ünvanı almışdır. Davam edən Rusiya-Osmanlı müharibəsi əsnasında vəzifəyə gətirilən, ancaq yerli bəylərin dəstəyini qazana bilməyən IV Dövlət Gərayın vəzifədən alınmasının ardından 1770-ci ilin martında Krım xanlığına gətirildi. Dərhal topladığı tatar süvariləriylə cəbhəyə yollansa da, burada hərbi uğur qazana bilmədi və Krıma geri göndərildi.

Tabeliyindəki noqayların rusların tərəfinə keçməsinin ardından baş verə biləcək hər hansı bir hücuma qarşı səfərbərlik elan etdi və müharibəyə hazırlıq işləri gördü. Buna baxmayaraq ruslardan gələn muxtariyyət təkliflərini də dəyərləndirdiyi bilinir. Müharibənin mühüm zamanaında Krım xanının rusların tərəfinə keçməsindən çəkinən Sultan Mustafa dərhal onu vəzifədən uzaqlaşdırdı (noyabr 1770). Yerinə isə sabiq Krım xanlarından III Səlim Gəray ikinci dəfə hakimiyyətə gətirildi. İstanbula çağırılan Qaplan Gəray dərhal sürgün edildi. Cəmi bir il sonra 1771-ci ildə yayılan vəba epidemiyası səbəbilə vəfat etdi.

Mənbə

  • Oleksa Gaivoronsky «Повелители двух материков», Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2

İstinadlar

  1. Henry Hoyle Howorth, History of the Mongols, 1880, part 2, p 479
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.