II Presian

II PresianBirinci Bulqar dövlətinin XXVII imperatoru və son hökmdarı.

II Presian
bolq. Пресиян II
Vəzifədədir
1018-ciildən
Əvvəlkiİvan Vladislav
SonrakıII Pyotr
Şəxsi məlumatlar
Doğum tarixi təqr. 996
Doğum yeri Bolqarıstan
Vəfat tarixi təqr. 1060
Vəfat yeri Macarıstan
Dəfn yeri
Fəaliyyəti hərbi qulluqçu
Atası İvan Vladislav
Anası Mariya
Dini Xristian
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hakimiyyəti

İvan Vladislavın ən böyük oğlu olub Bulqarların azadlıq mücadiləsinə rəhbərlik etmişdir. 1018-ci ildə Tomorr dağında bir neçə ay qardaşları Aaron və Alusianla birlikdə mübarizə aparan çar sonda təslim olmağa məcbur oldu və Bizans hakimiyyətində yaşamağa başladı.

Sürgün

Presian magistros rütbəsi verilərək saray əyanına çevrilmişdi. 1020-ci illərdə VIII Konstantinə qarşı saray çevrilişi etməyə cəhd etmiş və sürgün olunmuşdu. 1029-cu ildə III Romanın hakimiyyəti zamanı yenidən saraya qayıdan Presian imperatorun qızı ilə evlənib taxtı ələ keçirməyə cəhd etdi. Lakin planın üstü açıldı və Presian 1030-cu ildə kor edilərək yenidən sürgünə göndərildi. 1060-cı ilə aid qəbri Slovakiyada tapılmışdır. Onun məğlubiyyəti ilə Birinci Bulqar dövlətinə rəsmən son qoyulmuş oldu.[1]

İstinadlar

  1. John V.A. Fine Jr., The Early Medieval Balkans, Ann Arbor, 1983.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.