II Məngli Gəray

II Məngli Gəray (16789 yanvar 1740, Bağçasaray) — XXXV Krım xanı.[1]

II Məngli Gəray
sentyabr 1724 noyabr 1730
ƏvvəlkiIV Səadət Gəray
SonrakıI Qaplan Gəray
1737 9 yanvar 1740
ƏvvəlkiII Fateh Gəray
SonrakıII Səlamət Gəray
Şəxsi məlumatlar
Doğum tarixi 1678
Vəfat tarixi 9 yanvar 1740(1740-01-09)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti suveren[d]
Atası I Səlim Gəray
Ailəsi Gəraylar
Dini sünnilik

Krım xanı I Səlim Gərayın oğludur. Atasının sürgün illərində Rodos adasında dünyaya gəldi. Qardaşı III Qazi Gərayın səltənətində nurəddin, digər qardaşı I Qaplan Gərayın səltənətində isə 2 dəfə kalqay ünvanı aldı. Onun taxtdan çəkilməsinin ardından Məngli Gəray Krım xanlığına gətirildi (sentyabr 1724). Qardaşı Səlaməti nurəddin, digər qardaşı Səfanı isə kalqay təyin etdi. İlk iş olaraq illərdir mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçıran bəylərin müqavimətini qırmaq oldu. Səfəvilər cəbhəsinə çağırılan Məngli Gərayın səfərbərlik əmrinə tabe olmayan bir çox tatar əsilzadəsi cəzalandırıldı, bəziləri isə edam olundu. 1725-ci ildə toplanan 10 minlik tatar birliyi kalqay Səfa Gəray, nurəddin Səlamət Gəray və xanın oğlu Toxtamışın əmrində Səfəvilərlə müharibəyə göndərildi. 1729-cu ilin mayında İstanbula gedən Məngli Gəray bir müddət burada qaldı. Osmanlı sultanı Sultan Əhməd tərəfindən mərasimlə qarşılandı və Krımda əmin-amanlıq yaratdığı üçün xilat geyindirildi. Ancaq 1730-cu ilin noyabrında anidən vəzifədən alındı. Buna səbəb isə Sultan Əhmədin taxtdan endirilməsiylə nəticələnən Patrona Xəlil üsyanına adının qarışması səbəb göstərildi. Dərhal Rodos adasına sürgün olunan Məngli Gəray ikinci dəfə hakimiyyətə gəlişinədək burada qaldı.

1737-ci ilin yayında rusların Bağçasaraya ikinci hücumunun ardından Məngli Gəray yenidən Krım xanlığına gətirildi. Kalqay olaraq qardaşı Səlamət Gərayı, nurəddin olaraq isə qardaşı oğlu Həlim Gərayı seçdi. 1738-ci ilin qışında ruslara bir neçə dəfə hücumlar tərtibləsə də, bunlar uğursuzluqla nəticələndi. Həmin ilin yayında ruslar üçüncü dəfə Krımı işğal etdilər və qısa müddət sonra geri çəkildilər. Bundan bir il sonra ağır xəstələnən Məngli Gəray 9 yanvar 1740-cı ildə Bağçasarayda vəfat etdi.

Mənbə

  • Oleksa Gaivoronsky «Повелители двух материков», Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2

İstinadlar

  1. Henry Hoyle Howorth, History of the Mongols, 1880, part 2, p 479
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.