II Məhəmməd xan Ziyadoğlu-Qacar

II Məhəmməd xan Ziyadoğlu-Qacar (1738, Gəncə1789, Şuşa) — Gəncə xanı (1778–1780)

II Məhəmməd xan Ziyadoğlu-Qacar
II Məhəmməd xan Şahverdi xan oğlu Ziyadoğlu-Qacar
Doğum tarixi 1738
Doğum yeri Gəncə
Vəfat tarixi
Vəfat yeri Şuşa

Həyatı

1778-ci ildə Gəncənin hakimi II Məhəmməd xan Şahverdi xan oğlu oldu.

Məhəmməd xan qəddarlığa qurşanıb qohum-qardaşlarını zəlil etdi.

Şirazdan qayıtmış əmisi Rzaqulu xanı dünya işığına həsrət qoydu. Kor olmuş Rzaqulu xan siyasi səhnədən çəkildi.

1780-ci ildə İbrahimxəlil xan Sarıcalı-Cavanşir Gəncəyə yürüş edib Məhəmməd xanı və oğlu Аğa bəyi əsir tutub Şuşaya gətirdi.

Gəncəni Qarabağ valisi Həzrətqulu bəy idarə etməyə başladı.

İbrahimxəlil xan Cavanşir 1789-ci ildə Məhəmməd xanı edam etdirdi.

Ailəsi

Məhəmməd xan Surxay xan Qazıqumuxlunun bacısı Hürü bikə ilə ailə qurmuşdu.

Ağa bəy adlı oğlu, Bilqeyisbanu bəyim, Şərəfcahan bəyim adlı qızları vardı.

Mənbə

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.