II Kvarkvare
II Kvarkvare - Mesxetiyanın onuncu atabəyi idi. Hakimiyyətə gələndə 35 yaşı olan Kvarkvare daha yetkin olduğu üçün dövləti idarə etmə bacarığını da yaxşı göstərirdi. Hərbi gücünü artıran Kvarkvare 1463-cü illərdə özünü müstəqil elan etdi və Baqrationilərdən VI Baqrat tərəfindən müdafiə olunurdu. VI Baqratın VIII Georgiyə məğlub olmasını bəhanə edən Kvarkvare 1465-ci ildə Paravani gölü sahilindəki döyüşdə Georgini ağır məğlubiyyətə uğradaraq qardaşıoğlu II Konstantin Baqrationi ilə birgə həbs etdi. Bundan istifadə edən VI Baqrat özünü kral elan etdi. Özünə yeni rəqib istəməyən Kvarkvare Georgini sərbəst buraxdı. Lakin sonuncu təkcə Kaxetiyada möhkəmlənə bildi. 1483-cü ildə özünü kral elan etmiş II Konstantin Baqrationini Aradetidə məğlub edərək daha da gücləndi. 1498-ci ildə vəfat etdi. Vardzia monastırında basdırıldı. Onun dövründə Mesxetiya müstəqil dövlət olmuşdu.
II Kvarkvare | |
---|---|
ყვარყვარე II | |
Mesxetiyanın X çarı | |
1451 – 1498 | |
Əvvəlki | II Ağbuğa |
Sonrakı | I Keyxosrov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Atası | II Beka |
Həyat yoldaşı | Nestan Darecan |
Uşaqları |
Ailəsi
Nestan Darecan adlı bir xanımla olan evliliyindən övladları:
- Bahadur Jakeli - sərkərdə
- Mzetçabuki- XII çar
- I Manuçar - XIII çar
- I Keyxosrov - XI çar
- Tamar - X Davidin həyat yoldaşı, Kartli çarı I Luarsabın anası.