II Kristian (Danimarka kralı)

II Xristian (ing. Christian II of Denmark) (d. 1 iyul 1481 – ö. 25 yanvar 1559) — Danimarka, Norveçİsveçi özündə birləşdirən Kalmar birliyinin kralı. 1513–1523-cü illərdə əmisi Fridrixlə birlikdə Şlezviq-Holşteyn hersoqu ünvanını daşıdı.

II Xristian
ƏvvəlkiI Con
SonrakıI Fridrix
ƏvvəlkiI Con
SonrakıI Qustav
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi (77 yaşında)
Fəaliyyəti monarx
Atası I Con
Anası Saksoniyalı Kristina
Həyat yoldaşı Avstriyalı İzabella
Uşaqları Danimarkalı Doroteya
Danimarkalı Kristina
Ailəsi Oldenburqlar
Dini Roma-Katolik kilsəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kalmar birliyini ayaqda tutma cəhdi onu 1518–1523-cü illərdə İsveçlə müharibəyə sürüklədi. 1520-ci ildə ölkəni ələ keçirsə də, öndə gələn İsveç zadəganlarının, din xadimlərinin və bəzi mühüm şəxslərin qətlə yetirilməsi onun bölgədəki nüfuzunu sınıdrdı və yerli əhali onu burda istəmədi. İsveç əsilzadələrindən Qustav Vasanın rəhbərliyindəki üsyan nəticəsində İsveç taxtından endirildi. 1521–1522-ci illərdə Danimarkada əsilzadə və din adamlarının etirazlarına baxmayaraq kəndlilərin xeyrinə bəzi reformasiyalar apardı. Nəticədə əsilzadələr tərəfindən Danimarkadan da qovuldu və taxtı əmisi Fridrixə təhvil verərək Hollandiyaya sürgün edildi. 1531-ci ildə səltənətini geri almaq üçün cəhd etsə də, həbs edildi və qalan ömrünü Kalundborq qalasında məhkum olaraq keçirdi. 1559-cu ildə burada vəfat etdi.

II Xristian 1515-ci ildə Kastiliya kraliçası Yuannanın qızı, eləcə də Müqəddəs Roma imperatoru I Maksimilyanın nəvəsi Avstriyalı İzabella ilə evləndi. Cütlüyün 3 övladı olsa da, İzabellanın 1526-cı ildə vəfatının ardından ailəsi uşaqları geri aldı. II Xristianın birlikdə olduğu məşuqəsi Divek Siqbrisdater isə kralı fəlakətə aparırdı. Belə ki, Divekin anası məclisin mühüm iştirakçılarından biri idi və kralın sürgünə göndərilməsində önəmli rol oynadı.

Mənbə

  • Bricka, Carl Frederik (1887). Dansk biografisk Lexikon. Copenhagen: Gyldendal. Retrieved 5 July 2020.
  • Lockhart, Paul Douglas (2007). Denmark, 1513–1660 : the rise and decline of a Renaissance monarchy. Oxford University Press. ISBN 9780199271214
  • Reiter, Paul Johann (1943). Kristian Tyrann. Personlighet, själsliv och livsdrama (in Swedish). Witting, Gustaf (tr). Natur och kultur

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.