II Karloman (Fransa kralı)
II Karloman (lat. Carlomannus, fr. Carloman; 866 – 6 dekabr 884[1] və ya 12 dekabr 884[2], Le-Andeli[d] və ya Lion) — 879–884-cü illərdə Qərbi Frank krallığının hökmdarı. O, 882-ci ilə qədər qardaşı III Lüdoviklə birgə hökmdar olmuş, Burqundiya və Akvitaniyanı idarə etmişdir. Karolinqlər sülaləsindəndir. II Kəkələyən Lüdovik və Burqundiyalı Ansqardanın oğlu olmuşdur.
II Karloman | |
---|---|
fr. Carloman II | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 866 |
Vəfat tarixi | 6 dekabr 884[1] və ya 12 dekabr 884[2] |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | II Kəkələyən Lüdovik |
Ailəsi | Karolinqlər sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Kəkələyən Lüdovikin ölümündən sonra bəzi frank zadəganları III Lüdovikin yeganə kral seçilməsini müdafiə etmişdilər, lakin nəticədə hər iki qardaş padşah elan olunmuşdur. Onların hər ikisi 879-cu ilin sentyabrında taclandırılmışdılar.[3] Buna baxmayaraq, onların qanuniliyinə bəzi şübhələr yaranmışdı, lakin həmin ilin noyabrında vikinqlər üzərində qələbələrindən sonra bu şübhələr yox olmuşdular. 880-ci ilin martında qardaşlar atalarının səltənətini bölmüşdülər. Karloman cənubda Burqundiya və Akvitaniyanı qəbul etmişdir.[4] III Lüdovik vəfat etdikdən sonra Qərbi Frank krallığının qalan hissəsini qardaşına buraxmışdır.[5]
İstinadlar
- https://www.tombes-sepultures.com/crbst_1773.html.
- Carloman II de França // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- McKitterick, Rosamond. The New Cambridge Medieval History. 2. 1995. 137. ISBN 9780521362924. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-27.
- Kisholm, Hyu, redaktor Carloman s.v. Carloman (d. 884) // Britannika Ensiklopediyası. 5 (XI). Cambridge University Press. 1911. səh. 343.
- Mueller-Vollmer, Tristan; Wolf, Kirsten, redaktorlar Chronology: 881 // Vikings: An Encyclopedia of Conflict, Invasions, and Raids. ABC-CLIO. 2022.