II Hairan

II Hairan (ərəb. هيران إي) — Palmira şahzadəsi və kral Odenatın oğlu.

RTP 736 adlı möhür

Hairanın varlığının sübutu RTP 736 adlı bir qurğuşun möhürlə tapılmışdır.[1] Möhürdə iki keşiş təsvir edilmişdir. Bir tərəfdə Odenatın oğlu və xələfi Vaballatın adı, digər tərəfdə isə Hairanın adı oyulmuşdur.[2] Odenatın adı hər iki tərəfə də həkk olunmuşdur. Ana adı və tarixi haqda heç bir məlumat yoxdur.[1]

Kral Herodian və II Hairan

Kral Septim Herodian

Odenatın 251-ci ildən daha irəli vaxtlara aid bir çox kitabələrdə görünən II Hairan adlı başqa bir oğlu var idi.[1] Qurğuşun möhürdə, krallar kralı Septim Herodianın adı görünür.[3] Alimlər Septimius Herodianın I Hairan ya da II Hairan olduğu haqda mübahisə edirlər.[1]

Avqusta Tarixi, Odenatın Herod adlı (daha köhnə bir evlilikdən), Herenniyan adlı və daha bir çox oğlu olduğunu qeyd edir.[3] Henri Arnold Seyriqə görə, II Hairan Herenniyandır. Seyriq həmçinin, II Hairanın Vaballatın qardaşı olduğunu, lakin padşahlıq etmədiyini demişdir.[2] Seyriq, II Hairanı RTP 736 adlı qurğuşun möhürdəki Hairandan ayırmışdır.[4] Macarıstan alimi Andreyas Alföldi Septimius Herodianın Herenniyan olduğunu irəli sürmüşdür. Septim Herodian möhürü ilə əlaqədar olan başqa bir möhür, dəfnə yarpağı ilə taclandırılmış bir qadın təsvir edilmişdir. Alföldiyə görə bu qadın təsviri yalnız Zenobiya ola bilər.[5] Beləliklə, Alföldiyə görə Septimius Herodian, ZenobiyaOdenatın oğludur.[5]

Udo Hartmann, Septim Herodian ilə I Hairanın eyni bir şəxs olduğunu və Herodianın, Hairanın yunan dilində olan versiyası olduğunu demişdir.[6] Deyvid S. Potter bu fikirlə razılaşmır. Deyvidə görə, Septim Herodian Zenobiyanın oğludur, Herodian ilə II Hairan eyni şəxsdirlər və I Hairan ilə əlaqəsi yoxdur.[7]

Mənbə

İstinadlar

  1. Hartmann 2001, səhifə: 111 Arxivləşdirilib 2022-03-16 at the Wayback Machine
  2. Seyriq 1963, səhifə: 172
  3. Soutern 2008, səhifə: 8 Arxivləşdirilib 2022-03-16 at the Wayback Machine
  4. Seyriq 1963, səhifə: 171
  5. Brey 1997, səhifə:  Arxivləşdirilib 2022-07-06 at the Wayback Machine276 Arxivləşdirilib 2023-07-23 at the Wayback Machine
  6. Satern 2008, səhifə:  Arxivləşdirilib 2022-03-16 at the Wayback Machine9 Arxivləşdirilib 2022-03-16 at the Wayback Machine
  7. Potter 2014, səhifə: Arxivləşdirilib 2022-07-06 at the Wayback Machine85 Arxivləşdirilib 2023-07-23 at the Wayback Machine

Ədəbiyyat

  • Brey, Con Cefferson. Gallienus: A Study in Reformist and Sexual Politics. Wakefield Press. 1997. ISBN 978-1-86254-337-9.
  • Hartmann, Udo. Das palmyrenische Teilreich (alman). Franz Steiner Verlag. 2001. ISBN 978-3-515-07800-9.
  • Potter, Deyvid S. The Roman Empire at Bay, AD 180–395. Routledge. 2014. ISBN 978-1-134-69477-8.
  • Sautern, Patrişa. Empress Zenobia: Palmyra's Rebel Queen. A&C Black. 2008. ISBN 978-1-4411-4248-1.
  • Seyriq, Henri Arnold. "Les fils du Roi Odainat". Annales Archéologiques Arabes Syriennes. Damas: Direction Générale des Antiquités et des Museés. 13. 1963. ISSN 0570-1554.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.