II Fridrix Hohenştaufen
II Fridrix Hohenştaufen (alm. Friedrich II von Staufen; 26 dekabr 1194[1][2] – 13 dekabr 1250[1]) — Almaniya kralı, Müqəddəs Roma imperatoru (1220–1250).
II Fridrix Hohenştaufen | |
---|---|
alm. Friedrich II von Staufen | |
| |
1220 – 1250 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 dekabr 1194[1][2] |
Vəfat tarixi | 13 dekabr 1250[1] (55 yaşında) |
Vəfat səbəbi | dizenteriya |
Dəfn yeri |
|
Fəaliyyəti | suveren[d], yazıçı, şair, monarx |
Uşaqları |
|
Ailəsi | Hohenştaufen sülaləsi |
Dini | ateizm |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Şvabiyalı Flippin ölümündən sonra hakimiyyətə Barbarossanın nəvəsi II Fridrix (1212–1250) gəlir. Dövrün mənbələri II Fridrixi çox maraqlı və görkəmli şəxs kimi xarakterizə edir. Uşaqlıq vaxtlarından Siciliyada böyümüş, ətrafını Ərəb, Yəhudi və Yunan alimləri ilə doldurmuş, bu xüsusiyyətlərinə görə macərə axtaran, döyüşkən ritsarlarla şərq müstəbidinin xüsusiyyətlərinin qəribə şəkildə özündə birləşdirmişdi. O, Neopolda universitet açdırmış (1224), yunan, roma və ərəb müəlliflərinin əsərlərini orijinaldan oxuyurdu. Bununla yanaşı II Fridrix dövrünün görkəmli dövlət xadimi və diplomatı idi. II Fridrixin özünəməxsusluğu onda idi ki, müasirlərindən fərqli olaraq dini məsələlərə olduqca laqeyd idi. Başqa dindən olanlara qarşı dözümlülük göstərən imperator, xalq təriqətçı hərəkatlarına qarşı amansız idi. O, imperator olarkən Siciliyanı öz bazası kimi saxladı. Nisbətən mərkəzləşmiş olan bu əyalətin bütün qüvvəsini Orta və Şimalı İtalyanın tutulmasına yönəltdi. Lakin babası kimi o da, İtaliya şəhər dövlətlərinin və papalığın güclü müqaviməti ilə qarşılaşdı. Təxminən fasilərlə 30 il davam edən bu müharibə Siciliya və Cənubi İtalyanın sərvətlərini tükətdi, imperiyanın əsaslarını sarsıtdı.
Sülalənin hakimiyyətinin sona çatması
Nəticədə II Fridrixin ölümündən sonra papanın çağırışı ilə Fransa Kralının qardaşı Anjulu Karl Siciliyaya qoşun çıxardı. II Fridrixin nəvəsi IV Konrad (1250–1254) fransızları qovmaq üçün güclü müqavimət göstərsə də, tutulub edam edildi.1254-cü ildə Hohenştaufenlərin imperatorluq dövru başa çatsa da, V Konrad 1254–1268-ci illərdə Siciliya kralı və Şvabiya hersoqu olmuşdur.Onun 1268-ci ildə ölümündən sonra Hohenştaufnlər sülaləsinin hakimiyyətinə həm Almaniyada həm də İtaliyada tamami ilə son qoyulur.
Ədəbiyyat
- Danilov A.İ, B.Q. Mokilnitski " Avropa orta əslər tarixi "
İstinadlar
- Kamp N. FEDERICO II di Svevia, imperatore, re di Sicilia e di Gerusalemme, re dei Romani // Dizionario Biografico degli Italiani (it.). 1995. Vol. 45.
- https://books.google.de/books?id=hlXAdBM8WaoC&pg=PA9#v=onepage&q&f=false. S. 9.