II Françesko Sforza (Milan hersoqu)
II Françesko Sforza (it. Francesco II Sforza; 4 fevral 1495, Milan – 24 oktyabr 1535, Vicevano, Paviya əyaləti) — XI Milan hersoqu. Sforza sülaləsinə mənsub son Milan hersoqudur.
II Françesko Sforza | |
---|---|
20 noyabr 1521 – 24 oktyabr 1535 | |
Əvvəlki | I Fransisk |
Sonrakı | Habsburq işğalı dövrü |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 fevral 1495 |
Doğum yeri | |
Vəfat tarixi | 24 oktyabr 1535 (40 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | monarx, monarx |
Atası | Lüdoviko Mariya Sforza (Milan hersoqu)[1] |
Anası | Beatriçe d'Este[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Lüdoviko Sforzanın fransızlarla döyüşdə məğlub olaraq əsir düşməsinin ardından, Françesko və böyük qardaşı Maksimilyan Milandan qaçırılaraq Müqəddəs Roma imperatorunun İnsbrukdakı sarayına təhvil verildi. Qardaşı Maksimilyan Sforzanın qısa səltənəti və bölgənin yenidən fransızlar tərəfindən işğal edilməsinin ardından, Müqəddəs Roma imperatoru V Karlın dəstəyini alaraq hakimiyyət uğrunda mübarizəyə başladı. Nəhayət, 1521-ci ildə fransızları bölgədən çıxaran almanlar tərəfindən Milan hersoqu elan edildi.
Bu ittifaqı gücləndirmək məqsədilə, Müqəddəs Roma imperatoru V Karlın bacısı qızı və Danimarka kralı II Kristianın qızı Kristina ilə evləndi. Ancaq cütlüyün bu nigahdan övladı olmadı və bu səbəblə, Françesko Sforzanın ani ölümünün ardından Milan hersoqluğu və tabeliyindəki digər mülklər Müqəddəs Roma imperiyasının tərkibinə ilhaq edildi.
Mənbə
- Michael Mallett and Christine Shaw, The Italian Wars:1494-1559, Pearson Education Limited, 2012.
- Charles Oman. A History of the Art of War in the Sixteenth Century. London: Methuen & Co., 1937.
- Ernst Schulin. Kaiser Karl V: Geschichte eines übergroßen Wirkungsbereiches. Stuttgart: Kohlhammer Verlag, 1999
İstinadlar
- Lundy D. R. Francis II Sforza di Milano, Duca di Milano // The Peerage (ing.).