II Dövlət Gəray

II Dövlət Gəray (1648, Krım1718, Türkiyə) — Krım xanı ( 1699-1702 və 1709-1713-cü illərdə). Xanlıq dövrü fasilələrlə 8 il 5 ay olub.

II Dövlət Gəray
1777 1782
ƏvvəlkiI Səlim Gəray
SonrakıII Bahadır Gəray
1699, 1709 1702, 1713
ƏvvəlkiII Səlim Gəray, Qaplan Gəray
SonrakıI Səlim Gəray, Qaplan Gəray
Şəxsi məlumatlar
Doğum tarixi 1648
Doğum yeri Ədirnə
Vəfat tarixi 1718
Vəfat yeri Rodos adası, Osmanlı İmperiyası
Dəfn yeri
Milliyyəti Krım tatarı
Fəaliyyəti suveren[d]
Atası I Səlim Gəray
Uşaqları
Ailəsi Gəraylar
Dini İslam

I Səlim Gəray Xanın böyük oğludur. Əvvəl nurəddin və 1683-cü ildə isə kalgay oldu və 1691-ci ildə azad edildi. İlk dəfə I Səlim Gəray və ikinci dəfə Qaplan Gəray səltənətinin ardınca Krım taxtına çıxmışdır.

İlk səltənəti dövründə Rusların Osmanlı sərhədlərinə qalalar tikdirərək Polonyalılarla birlikdə İstanbula qarşı böyük bir hücum hazırlığı içərisində olduğuna bağlı göndərdiyi hesabatlar, Rus elçisi tərəfindən rəsmi olaraq yalanlanınca 1702-ci ildə Sultan II Mustafa tərəfindən azad edilmiş, yerinə atası I Səlim Gəray dördüncü dəfə xan elan edilmişdir. II Dövlət Gəray buna görə Kubana keçərək Çərkəzlərə sığınmışdı.

1703-ci ildə Sultan II Mustafanın yerinə III Əhmədin taxta çıxmasının ardınca 1709-ci ildə ikici dəfə Krım xanı oldu. 1711-ci ildə Sultan III Əhməd dövründə, sədrəzəm Baltacı Mehmet Paşa əmrində ruslarla edilən Prut müharibəsində Krım qüvvələrinə başçılıq etmişdir. Rus Çarı I Pyotr və Rus orduları baş komandanı Boris Petroviç Şeremetevin əmrindəki rus qüvvələrinin mövqelərinin döyüşdən oncə təyin olunaraq oğlu Kalgay Mehmet Gəray tərəfindən mühasirəyə alınmasında böyük bir rol oynamışdı. Prut Döyüşündə Rus ordusu məğlub olması ilə Prut razılaşması Krım xanı tərəfindən zəfərin şanına yaraşmadığı səbəbi ilə qəbul edilmədi. Prut razılaşması ilə başlayan müzakirələr nəticəsində Baltacı Mehmet Paşa, Kəndxuda Osman Ağa və məktubçu Osman Əfəndi edama məhkum edildilər.

Prut Müharibəsindən sonra Krımı əhatə edən Rus qalalarının sökülməsi təmin edildiyi kimi, ruslar Anapa bölgəsindən çəkilməyi qəbul etdi. II Dövlət Gəray 1713-ci ildə Prut müqaviləsi ilə başlayan müzakirələr nəticəsində Sultan III Əhməd tərəfindən azad edildi və yerinə qardaşı Qaplan Gəray xan təyin olundu.

II Dövlət Gərayın Rodosda sonra isə Vizada yaşamasına icazə verildi. Orada ikən 1718-ci ildə 70 yaşında vəfat etdi. Cəsur və sərt olaraq qiymətləndirilməkdədir.

Mənbə

http://www.filozof.net/Turkce/nedir-ne-demek/12796-giray-hanligihanedani-tarihi-ozellikleri-hakkinda-bilgi.html

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.